Canlı yayım
30.05.2026

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün üçüncü oyununa çıxır.
DuzXeber.az xəbər verir ki, millimiz Fransa yığması ilə qarşılaşacaq.
"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi ilk turda Avstriya yığmasını 1:0, növbəti oyunda isə İtaliyanı 3:0 hesabı ilə məğlub edib və bununla Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan millisi hazırda qrupda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

Xəbər lenti