Canlı yayım
30.05.2026

İsrail Qəzzaya hücum etdi - Ölən və yaralananlar var

İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi aviazərbələr nəticəsində 2 fələstinli ölüb, 5 nəfər yaralanıb.
DuzXeber.az xəbər verir ki, yaralananlar arasında uşaqlar da var.
Hücumlar pilotsuz təyyarələrlə həyata keçirilib.
Bildirilir ki, atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin hücumları nəticəsində təxminən 922 fələstinli həlak olub, 2786 nəfər yaralanıb./teleqraf

Xəbər lenti