Canlı yayım
3-04-2026, 15:45

Tanınmış jurnalistin evi borclara görə müsadirə EDİLDİ


Rusiyalı jurnalist və bloger Yuri Dyudun Moskvadakı mənzili borc səbəbindən müsadirə edilib.

Duzxeber.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, Rusiyada “xarici agent” kimi tanınan Dyud yalnız əsas yaşayış yerini qoruyub saxlaya bilib.


Bildirilir ki, məhkəmə icraçıları onun 2012-ci ildən sahib olduğu, Moskvanın Yujnoye Butovo rayonunda yerləşən 80 kvadratmetrlik mənzilinə həbs qoyublar. Mənzilin hazırkı bazar dəyəri təxminən 26 milyon rubl olaraq qiymətləndirilir.


Məlumata əsasən, hazırda ölkə xaricində yaşayan blogerə qarşı icraat 2025-ci ilin noyabrında başlayıb. Buna səbəb onun ümumi məbləği 68 min rubl olan cərimələri ödəməməsi olub.

Xəbər lenti