Canlı yayım
3-04-2026, 17:30

Dövlət qurumuna məxsus avtomobil oğurlandı


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Mitsubishi Pajero İO” markalı avtomobil oğurlanıb. Bununla da quruma 6500 manat ziyan dəyib.

Duzxeber.az xəbər verir ki, hüquq-mühafizə oqranlarına müraciətdən sonra cinayəti törədən İ.Əlirzayev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq – külli miqdarda ziyan vurulduqda törədildikdə) maddəsi ilə ittiham edilib.

Cinayət işinə Tərtər Rayon Məhkəməsində hakim Tahir Qubadovun sədrliyi ilə baxılıb.

Məhkəmə zamanı İ.Əlirzayev verilmiş ittiham üzrə özünü təqsirli bilib.

O, məhkəmənin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib

Xəbər lenti