5.12.2025
Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.
Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.
Hansı hallarda əmək müqaviləsinə xitam veriləcək?
Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər.
Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə də işdən azad edilə biləcək.
Bununla bərabər, işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.
“Bu şəxslər mütəmadi olaraq müayinədən keçməlidir”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, əslində bu dəyişikliklər Əmək Məcəlləsində var:
“Məsələn, Məcəllənin tələbinə görə bəzi işçilər davamlı olaraq tibbi müayinədən keçməlidir. Bir çox sahələr var ki, orada işləyənlərin mütəmadi olaraq tibbi müayinədən keçməsi lazımdır. Məsələn, sürücülər davamlı müayinədən keçməlidirlər ki, bilinsinŞ onların sağlamlığı yerindədirmi, xəttə çıxan zaman içkilidirlər, ya yox?
Əgər işçi tibbi müayinədən keçməyibsə, rəhbərlik onu işdən kənarlaşdıra bilər. Yəni tibbi müayinədən keçənə qədər onun adı işdə getsə də, əmək haqqı almır.
O ki, qaldı əməyin mühafizəsi ilə bağlı təlimdə iştirak tələbinə…
İşəgötürənin üzərində öhdəlik var ki, işçi cari və mütəmadi təlimlərə cəlb edilməli, əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmalıdır. Yeni qaydaya görə işçi əsassız yerə təlimdə iştirakdan boyun qaçırarsa, o zaman işəgötürən onu işdən azad edə bilər.
Təbii ki, işçi dərhal işdən azad edilmir. Əvvəlcə imtinanın əsasları öyrənilir. Əgər imtina əsassızdırsa, o zaman işçiyə şifahi və yaxud yazılı xəbərdarlıq edilə bilər. Əməl təkrarlanarsa, o zaman işçinin işdən çıxarılmasına baxıla, əmək müqaviləsinə xitam verilə bilər. Çünki əməyin təhlükəsizliyinə görə məsuliyyət işəgötürənin üzərindədir. Baş verə biləcək hər hansı bir hadisəyə görə də o məsuliyyət daşıyır.
Əslində bu qaydalar əvvəl də var idi. Amma indi cəza tədbirləri bir qədər sərtləşirilib. Normal bir yanaşmadır. Təbii ki, işəgötürənlər yeni qaydalardan istifadə etməsə…”
Bu halda işçilərin əmək müqaviləsinə xitam veriləcək – YENİ QAYDA
Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.

Oxşar xəbərlər
-
5.12.2025Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı -
24.11.2025Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Bu vəsaiti kimlər ala biləcək? -
24.11.2025İşsizlərə MÜJDƏ… Gələn il pul ödəniləcək: Necə əldə edə bilərlər? -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı