18.04.2026
PR üzrə mütəxəssis Vüqar Baba "Leobank"ın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı ciddi tənqidlərlə çıxış edib.
Duzxeber.az xəbər verir ki, V.Baba adıçəkilən bankla əməkdaşlığına son qoyduğunu açıqlayıb. Ekspert bildirib ki, ötən ilin iyul ayında tətbiq vasitəsilə 3 illik kredit rəsmiləşdirsə də, ötən müddət ərzində bankın kommunikasiya siyasəti dözülməz həddə çatıb. Belə ki, ödənişlərini heç vaxt gecikdirməməsinə baxmayaraq, hər ay ödəniş tarixinə xeyli qalmış həm tətbiq, həm SMS, həm də birbaşa zənglər vasitəsilə mütəmadi xatırlatmalar alıb.
Vüqar Baba bu vəziyyəti müştəriyə qarşı hörmətsizlik və etik qaydaların pozulması kimi qiymətləndirib: "Tanımadığım nömrələrdən gələn bu zənglər iş prosesimi və görüşlərimi yarımçıq qoyur. Üstəlik, kənar şəxslərin yanında edilən bu zənglər mənim kredit öhdəliyimin olması və sanki ödənişi gecikdirməyim barədə yanlış təəssürat yaradır. Bu, birbaşa müştəriyə hörmətsizlikdir".
Onun sözlərinə görə, bankın qaynar xəttinə və digər platformalarına edilən çoxsaylı şikayətlərə isə "bankın daxili qaydaları belədir, adınızı sistemdən çıxara bilmirik" cavabı verilib: "Heç bir daxili bank qaydası ölkənin qanunvericiliyindən və istehlakçı rahatlığından üstün tutulmamalıdır. Əgər sizin sisteminiz müştərini narahat edirsə, deməli, sisteminiz qüsurludur və düzəltməlisiniz".
Vüqar Baba, narazılıq əlaməti olaraq 3 illik kreditini vaxtından əvvəl – cəmi 9-cu ayında tamamilə bağlayıb. O, hesabındakı vəsaitləri digər banklara yönəltdiyini, yaxın günlərdə isə "Leobank" kartını birdəfəlik ləğv edəcəyini bəyan edib. Sonda o, bankların müştəri rəyinə biganə qalmasının və düzgün kommunikasiya qura bilməməsinin müasir biznes prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.
V.Babanın yazdığına cavab olaraq "Leobank"dan bildirilib ki, bank tərəfindən müştərilərə edilən zənglər və göndərilən SMS bildirişləri əsasən məlumatlandırma və xatırlatma xarakteri daşıyır: "Bu əlaqə vasitələri ödəniş tarixindən əvvəl müştərilərin ödənişlərini vaxtında həyata keçirmələrinə dəstək məqsədilə həyata keçirilir və Bankın standart prosedurlarına uyğundur.
Bununla belə, yaranmış vəziyyətə görə səmimi qəlbdən üzr istəyirik. Baş vermiş narahatlığa görə sizi tam anlayırıq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görüləcək. Sizin rahatlığınız bizim üçün önəmlidir və göstərdiyimiz xidmətlərin keyfiyyətini daim yaxşılaşdırmağa çalışırıq".//qaynarinfo
"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...
PR üzrə mütəxəssis Vüqar Baba "Leobank"ın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı ciddi tənqidlərlə çıxış edib.Duzxeber.az xəbər verir ki, V.Baba adıçəkilən bankla əməkdaşlığına son qoyduğunu açıqlayıb. Ekspert bildirib ki, ötən ilin iyul ayında tətbiq vasitəsilə 3 illik kredit rəsmiləşdirsə də, ötən müddət ərzində bankın kommunikasiya siyasəti dözülməz həddə çatıb. Belə ki, ödənişlərini heç vaxt gecikdirməməsinə baxmayaraq, hər ay ödəniş tarixinə xeyli qalmış həm tətbiq, həm SMS, həm də birbaşa zənglər vasitəsilə mütəmadi xatırlatmalar alıb.
Vüqar Baba bu vəziyyəti müştəriyə qarşı hörmətsizlik və etik qaydaların pozulması kimi qiymətləndirib: "Tanımadığım nömrələrdən gələn bu zənglər iş prosesimi və görüşlərimi yarımçıq qoyur. Üstəlik, kənar şəxslərin yanında edilən bu zənglər mənim kredit öhdəliyimin olması və sanki ödənişi gecikdirməyim barədə yanlış təəssürat yaradır. Bu, birbaşa müştəriyə hörmətsizlikdir".
Onun sözlərinə görə, bankın qaynar xəttinə və digər platformalarına edilən çoxsaylı şikayətlərə isə "bankın daxili qaydaları belədir, adınızı sistemdən çıxara bilmirik" cavabı verilib: "Heç bir daxili bank qaydası ölkənin qanunvericiliyindən və istehlakçı rahatlığından üstün tutulmamalıdır. Əgər sizin sisteminiz müştərini narahat edirsə, deməli, sisteminiz qüsurludur və düzəltməlisiniz".
Vüqar Baba, narazılıq əlaməti olaraq 3 illik kreditini vaxtından əvvəl – cəmi 9-cu ayında tamamilə bağlayıb. O, hesabındakı vəsaitləri digər banklara yönəltdiyini, yaxın günlərdə isə "Leobank" kartını birdəfəlik ləğv edəcəyini bəyan edib. Sonda o, bankların müştəri rəyinə biganə qalmasının və düzgün kommunikasiya qura bilməməsinin müasir biznes prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.
V.Babanın yazdığına cavab olaraq "Leobank"dan bildirilib ki, bank tərəfindən müştərilərə edilən zənglər və göndərilən SMS bildirişləri əsasən məlumatlandırma və xatırlatma xarakteri daşıyır: "Bu əlaqə vasitələri ödəniş tarixindən əvvəl müştərilərin ödənişlərini vaxtında həyata keçirmələrinə dəstək məqsədilə həyata keçirilir və Bankın standart prosedurlarına uyğundur.
Bununla belə, yaranmış vəziyyətə görə səmimi qəlbdən üzr istəyirik. Baş vermiş narahatlığa görə sizi tam anlayırıq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görüləcək. Sizin rahatlığınız bizim üçün önəmlidir və göstərdiyimiz xidmətlərin keyfiyyətini daim yaxşılaşdırmağa çalışırıq".//qaynarinfo
Oxşar xəbərlər
-
17.04.202613 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir? -
16.04.2026Unibank-da Sistem Xaosu: Ödənişini Edən Müştəri Nə üçün "Borclu" Çıxarılır? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı



