Canlı yayım
27.06.2026

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

Ukrayna müharibəyə uğurla müqavimət göstərdiyi müddətcə, Rusiyanın NATO-ya uğurla hücum etməyə gücü çatmır.
DuzXeber.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski “CBS Nyus”a verdiyi müsahibədə deyib.
“Putin bir neçə gün əvvəl Rusiyanın başqa ölkələr tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab tədbiri görəcəklərini söylədi. Əlbəttə ki, bizim belə bir planımız yoxdur.
Ona görə də, istisna etmirəm ki, ruslar öz ərazilərində hər hansı təxribat edərək, NATO ölkələrindən birinə zərbə endirmək üçün bəhanə yaratsınlar”, - deyə o bildirib.
Sikorski qeyd edib ki, NATO Putinə ittifaqın onun niyyətlərini başa düşdüyünü və ərazisinin hər qarışını müdafiə edəcəyini açıq şəkildə bildirməlidir.

Xəbər lenti