Canlı yayım
Bugün, 15:15

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Yaponiyanın şimalında yerləşən Aomori prefekturasında quş qripi epidemiyası aşkar edildikdən sonra 230 min toyuğun məhv edilməsinə başlanılıb. Yerli hakimiyyət orqanları 32 quşçuluq təsərrüfatının ətrafında 10 kilometr radiusunda karantin zonası tətbiq edib.

Duzxeber.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Mütəxəssislər virusun daha geniş ərazilərə yayılma riskindən və bunun ölkə iqtisadiyyatına təsirindən narahatdırlar. Xüsusilə quşçuluq sektorunda itkilərin bazarda qiymət artımına səbəb ola biləcəyi qeyd olunur.

Xatırladaq ki, 2023-cü ildə quş qripi səbəbindən toyuqların kütləvi şəkildə məhv edilməsi Yaponiyada 1991-ci ildən bəri yumurta qiymətlərinin ən böyük artımına gətirib çıxarmışdı. Həmin dövrdə qiymətlər əvvəlki illə müqayisədə 76 faiz yüksəlmiş, bu isə bazarda ciddi təlatüm yaratmışdı. //Ajans.az 

Xəbər lenti