23.04.2026
“Yelo Bank”ın 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatları bankın ciddi risklərlə üz-üzə qaldığını göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətin 40% azalması və depozit portfelindəki daralma bankın dayanıqlılığı ilə bağlı suallar doğurur.
Duzxeber.az AFN.az-a istinadən xəbər verir ki, “Yelo Bank”ın xalis mənfəəti 2025-ci ilin birinci rübündəki 11.1 milyon AZN-dən 2026-cı ilin eyni dövründə 6.6 milyon AZN-ə qədər kəskin geriləyib. Bu azalmanın əsas səbəbi qeyri-faiz gəlirlərinin 33%-dən çox azalaraq 2.7 milyon AZN-ə düşməsidir. Bankın gəlir diversifikasiyasını təmin edə bilməməsi və demək olar ki, tamamilə kredit faizlərindən asılı qalması onu bazar dəyişiklikləri qarşısında müdafiəsiz qoyur.
Müştərilər vəsaitlərini çəkir?
Bankın ən həssas nöqtəsi olan depozit portfelində mənfi tendensiya müşahidə olunur. Belə ki, rüb ərzində müştərilərin depozit və cari hesablarında 29.4 milyon AZN həcmində xalis azalma baş verib. Bu, bankın resurs bazasının zəiflədiyinə və müştəri etimadının sarsıldığına dair siqnal kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, fiziki şəxslərin əmanətləri cəmi depozitlərin 86%-ni (914.5 milyon AZN) təşkil edir, bu kütləvi asılılıq istənilən iqtisadi dalğalanmada bank üçün ciddi təhlükə yaradır.
“Ani” təhlükə: 190 milyonluq likvidlik boşluğu
“Yelo Bank”ın likvidlik hesabatındakı rəqəmlər daha narahatedicidir. Bankın “ani” öhdəlikləri ilə aktivləri arasında 189.7 milyon AZN həcmində nəhəng bir kəsir yaranıb. Bu o deməkdir ki, bankın dərhal nağda çevrilə bilən vəsaitləri (45.8 milyon AZN) müştərilərin istənilən an geri tələb edə biləcəyi 235.5 milyon AZN-lik tələbli depozitləri qarşılamaq gücündə deyil.
Son rəqəmlər bankın kredit portfelinin keyfiyyəti ilə bağlı da suallar doğurur. 1 milyard manatlıq portfeli olan “Yelo Bank”da 236.7 milyon manatlıq kredit tamamilə təminatsızdır. Problemlər bununla bitmir: 102.4 milyon manatlıq borcun vaxtı keçib, 17.4 milyon manatlıq hissə isə artıq bir ildən çoxdur geri qaytarılmır. Bankın ümumi yığılmış zərəri isə -206.9 milyon manat təşkil edir ki, bu da qurumun hələ də ağır maliyyə yükü altında olduğunu sübut edir.
Yelo Bank-ın “rəqəmsal və aqressiv böyümə” adı altında apardığı siyasət, rəqəmləri analiz etdikdə, yüksək risk və azalan səmərəlilik kimi görünür. 190 milyonluq ani likvidlik boşluğu və azalan mənfəət fonunda bankın rəhbərliyinin hansı addımlar atacağı maraq doğurur. Əgər depozit çıxışı davam edərsə, bankı daha çətin rüblər gözləyə bilər.
“Yelo Bank”da mənfəət kəskin azalır
“Yelo Bank”ın 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatları bankın ciddi risklərlə üz-üzə qaldığını göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mənfəətin 40% azalması və depozit portfelindəki daralma bankın dayanıqlılığı ilə bağlı suallar doğurur.Duzxeber.az AFN.az-a istinadən xəbər verir ki, “Yelo Bank”ın xalis mənfəəti 2025-ci ilin birinci rübündəki 11.1 milyon AZN-dən 2026-cı ilin eyni dövründə 6.6 milyon AZN-ə qədər kəskin geriləyib. Bu azalmanın əsas səbəbi qeyri-faiz gəlirlərinin 33%-dən çox azalaraq 2.7 milyon AZN-ə düşməsidir. Bankın gəlir diversifikasiyasını təmin edə bilməməsi və demək olar ki, tamamilə kredit faizlərindən asılı qalması onu bazar dəyişiklikləri qarşısında müdafiəsiz qoyur.
Müştərilər vəsaitlərini çəkir?
Bankın ən həssas nöqtəsi olan depozit portfelində mənfi tendensiya müşahidə olunur. Belə ki, rüb ərzində müştərilərin depozit və cari hesablarında 29.4 milyon AZN həcmində xalis azalma baş verib. Bu, bankın resurs bazasının zəiflədiyinə və müştəri etimadının sarsıldığına dair siqnal kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, fiziki şəxslərin əmanətləri cəmi depozitlərin 86%-ni (914.5 milyon AZN) təşkil edir, bu kütləvi asılılıq istənilən iqtisadi dalğalanmada bank üçün ciddi təhlükə yaradır.
“Ani” təhlükə: 190 milyonluq likvidlik boşluğu
“Yelo Bank”ın likvidlik hesabatındakı rəqəmlər daha narahatedicidir. Bankın “ani” öhdəlikləri ilə aktivləri arasında 189.7 milyon AZN həcmində nəhəng bir kəsir yaranıb. Bu o deməkdir ki, bankın dərhal nağda çevrilə bilən vəsaitləri (45.8 milyon AZN) müştərilərin istənilən an geri tələb edə biləcəyi 235.5 milyon AZN-lik tələbli depozitləri qarşılamaq gücündə deyil.
Son rəqəmlər bankın kredit portfelinin keyfiyyəti ilə bağlı da suallar doğurur. 1 milyard manatlıq portfeli olan “Yelo Bank”da 236.7 milyon manatlıq kredit tamamilə təminatsızdır. Problemlər bununla bitmir: 102.4 milyon manatlıq borcun vaxtı keçib, 17.4 milyon manatlıq hissə isə artıq bir ildən çoxdur geri qaytarılmır. Bankın ümumi yığılmış zərəri isə -206.9 milyon manat təşkil edir ki, bu da qurumun hələ də ağır maliyyə yükü altında olduğunu sübut edir.
Yelo Bank-ın “rəqəmsal və aqressiv böyümə” adı altında apardığı siyasət, rəqəmləri analiz etdikdə, yüksək risk və azalan səmərəlilik kimi görünür. 190 milyonluq ani likvidlik boşluğu və azalan mənfəət fonunda bankın rəhbərliyinin hansı addımlar atacağı maraq doğurur. Əgər depozit çıxışı davam edərsə, bankı daha çətin rüblər gözləyə bilər.
Oxşar xəbərlər
-
17.04.202613 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir? -
13.04.2026“Azərbaycan Sənaye Bankı”nın maliyyə vəziyyəti açıqlanıb -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu



