25.04.2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC olub. Müqaviləyə əsasən, şirkət Şuşa şəhərinin D-3 massivində yerləşən ərazidə ikinci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bu işlər üçün Qoruq İdarəsi tərəfindən şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik vəsait ödəniləcək…
Duzxeber.az Poliqon.info-ya istinadən xəbər verir ki, hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik məbləğində vergi borcu mövcuddur. Buna baxmayaraq, “DİLER İNŞAAT” QSC dövlət satınalmalarında aktiv iştirak edir və iri məbləğli tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, son 5 il ərzində şirkət 10 tenderin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq vəsait əldə edib.
Şirkət əsasən tikinti sektorunda fəaliyyət göstərir. Onun fəaliyyəti yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı, tikinti materiallarının satışını da əhatə edir. Şirkətin təqdim etdiyi məlumatlarda onun “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak etdiyi qeyd olunur.
Reyestr məlumatlarına görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə təsis edilib, daha sonra adını dəyişərək hazırkı hüquqi formasını alıb. Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə 1989-cu il təvəllüdlüdür və Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Qeyd edək ki, Ülvi Quliyev 20 ildən artıqdır parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.
Bundan əlavə, Orxan Quluzadənin “Loğman Farm” MMC adlı digər bir şirkətin də təsisçisi olduğu bildirilir. Açıq mənbələrdə həmin şirkətin də müxtəlif dövlət tenderlərinin qalibi olduğu barədə məlumatlar yer alır.
Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC olub. Müqaviləyə əsasən, şirkət Şuşa şəhərinin D-3 massivində yerləşən ərazidə ikinci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bu işlər üçün Qoruq İdarəsi tərəfindən şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik vəsait ödəniləcək…Duzxeber.az Poliqon.info-ya istinadən xəbər verir ki, hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik məbləğində vergi borcu mövcuddur. Buna baxmayaraq, “DİLER İNŞAAT” QSC dövlət satınalmalarında aktiv iştirak edir və iri məbləğli tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, son 5 il ərzində şirkət 10 tenderin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq vəsait əldə edib.
Şirkət əsasən tikinti sektorunda fəaliyyət göstərir. Onun fəaliyyəti yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı, tikinti materiallarının satışını da əhatə edir. Şirkətin təqdim etdiyi məlumatlarda onun “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak etdiyi qeyd olunur.
Reyestr məlumatlarına görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə təsis edilib, daha sonra adını dəyişərək hazırkı hüquqi formasını alıb. Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə 1989-cu il təvəllüdlüdür və Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Qeyd edək ki, Ülvi Quliyev 20 ildən artıqdır parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.
Bundan əlavə, Orxan Quluzadənin “Loğman Farm” MMC adlı digər bir şirkətin də təsisçisi olduğu bildirilir. Açıq mənbələrdə həmin şirkətin də müxtəlif dövlət tenderlərinin qalibi olduğu barədə məlumatlar yer alır.
Oxşar xəbərlər
-
16.03.2026Zaur Mikayılovun şübhəli tenderləri -vergi borcu olan şirkət, naməlum qaliblər və milyonlarla manatlıq müqavilələr -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
10.03.2026TVM və "İnnova" şirkətlər qrupu batır? -
21.02.2026“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyin“Qəhrəmanlıq salnaməsi – Tarix yazılan 44 gün” layihəsi çərçivəsində silsilə tədbirlər baş tutub -
1.02.2026“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsinin icrasına başlamışdır – FOTOLAR
Xəbər lenti
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb



