Canlı yayım
Bugün, 17:15

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Suriya Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirib.
Duzxeber.az xəbər verir ki,TRT Haber-in xəbərinə görə, birgə əməliyyat nəticəsində 236 kiloqram marixuana ələ keçirilib.
Belə ki, MİT-ə Cənub-Şərqi Asiyadan yola düşən narkotik yüklü gəmi barədə kəşfiyyat məlumat daxil olub. Gəmi əvvəlcə Misirin İsgəndəriyyə, daha sonra isə Livanın Beyrut şəhərinə gedib.
Gəminin son dayanacağının Suriyanın Latakiya limanı olması planlaşdırılıb.
Narkotik maddənin “qara bazar”da dəyəri 300 milyon türk lirəsi dəyərində qiymətləndirilir.

Xəbər lenti