27.04.2026
Hernika dünyanın siyasi yaddaşına 1937-ci ildə - müdhiş müharibə fəlakəti olaraq daxıl oldu. Elə həmin ildə o, sənət tarixinə müharibə əleyhinə yaradılmış nadir tablo – Pikassonun "Hernika” əsəri ilə adladı. Rəssamın ağ və qara rənglərin harmoniyasından yaratdığı "Hernika” zaman keçdikcə sənət tarixinin müharibə əleyhinə ritualına çevrildi. Faşistlər Fransada tablo ilə bağlı Pikassodan soruşmuşdular: "Bunu sizmi yaratmısınız? Cavab qısa və dərin olmuşdu. "Xeyir, bunu siz yaratdınız”. Budur, o üçüncü dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir.
Duzxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bu gün həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı! Dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili ona dünya diplomatiyasında müstəsnalıq qazandırdı.
Cənab Prezident bütün görüşlərdəki çıxışları ilə həm məzmun, həm də ton baxımından qlobal siyasətə aydın mesajlar verirdi, Azərbaycanın beynəlxalq humanitar məsuliyyətinə əsaslanan mövqeyini ortaya qoyurdu: "Bizim baxışımız sülh və inkişaf üzərində qurulub - beynəlxalq hüquqa, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan bir dünya nizamı yaratmaq istəyirik"! Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan müharibə və qarşıdurmalardan uzaq, konstruktiv dialoqa üstünlük verən bir dövlət kimi tanınır.
Bu beynəlxalq görüşlərdə baş verənlər, əslində, Azərbaycanın diplomatik tarixində bir mərhələdir. Böyük qlobal tribuna, fərqli regionlar, amma eyni məzmunlu mesaj: ədalət, sülh, əməkdaşlıq və müstəqillik! Vaxtilə böyük qırğız yazıçısı Çingiz Aytmatov məşhur "Kassandra damğası"nda yazırdı: "İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?"
Hələ 80-ci illərin sonlarında Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: "Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq".
Yəni o məqamlar ki, humanitar düşüncəni, fikir adamlarını illərlə narahat edib, çıxış yolu kimi məhz o məqama istinad olunub ki, orda qlobal xaosu kosmosa çevirən, ahəngə və nizama xidmət edən dövlət başçılarının rolu prioritetə çevrilsin!
Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət! Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur. Və elə bu məram - sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! "Gernika mükafatı” bu mənada, bu ali əmələ verilən dəyərdir, eyni zamanda, cənab Prezidentin özünün qeyd etdiyi kimi, "sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir"!
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru//Qaynarinfo
"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir
Hernika dünyanın siyasi yaddaşına 1937-ci ildə - müdhiş müharibə fəlakəti olaraq daxıl oldu. Elə həmin ildə o, sənət tarixinə müharibə əleyhinə yaradılmış nadir tablo – Pikassonun "Hernika” əsəri ilə adladı. Rəssamın ağ və qara rənglərin harmoniyasından yaratdığı "Hernika” zaman keçdikcə sənət tarixinin müharibə əleyhinə ritualına çevrildi. Faşistlər Fransada tablo ilə bağlı Pikassodan soruşmuşdular: "Bunu sizmi yaratmısınız? Cavab qısa və dərin olmuşdu. "Xeyir, bunu siz yaratdınız”. Budur, o üçüncü dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir. Duzxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bu gün həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı! Dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili ona dünya diplomatiyasında müstəsnalıq qazandırdı.
Cənab Prezident bütün görüşlərdəki çıxışları ilə həm məzmun, həm də ton baxımından qlobal siyasətə aydın mesajlar verirdi, Azərbaycanın beynəlxalq humanitar məsuliyyətinə əsaslanan mövqeyini ortaya qoyurdu: "Bizim baxışımız sülh və inkişaf üzərində qurulub - beynəlxalq hüquqa, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan bir dünya nizamı yaratmaq istəyirik"! Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan müharibə və qarşıdurmalardan uzaq, konstruktiv dialoqa üstünlük verən bir dövlət kimi tanınır.
Bu beynəlxalq görüşlərdə baş verənlər, əslində, Azərbaycanın diplomatik tarixində bir mərhələdir. Böyük qlobal tribuna, fərqli regionlar, amma eyni məzmunlu mesaj: ədalət, sülh, əməkdaşlıq və müstəqillik! Vaxtilə böyük qırğız yazıçısı Çingiz Aytmatov məşhur "Kassandra damğası"nda yazırdı: "İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?"
Hələ 80-ci illərin sonlarında Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: "Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq".
Yəni o məqamlar ki, humanitar düşüncəni, fikir adamlarını illərlə narahat edib, çıxış yolu kimi məhz o məqama istinad olunub ki, orda qlobal xaosu kosmosa çevirən, ahəngə və nizama xidmət edən dövlət başçılarının rolu prioritetə çevrilsin!
Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət! Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur. Və elə bu məram - sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! "Gernika mükafatı” bu mənada, bu ali əmələ verilən dəyərdir, eyni zamanda, cənab Prezidentin özünün qeyd etdiyi kimi, "sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir"!
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru//Qaynarinfo
Xəbər lenti
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb



