10.12.2025
Duzxeber.az: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Gülnarə Sultan qızı İbadova qalib elan edilmiş və qeyd edilən şirkət ilə 2.998.599,60 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 08.12.2025-ci ildə dərc edilmişdir.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Gülnarə Sultan qızı İbadova arasında ilk anlaşma deyil.
Tərəflər arasında Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 17.205 manat məbləğində satınalma müqaviləsi 26.11.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 25.11.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 30 ay müddətinə bağlanıb. Bu müqaviləyə görə ofis sahəsinin aylıq icarəsi 573 manat təşkil edib.
Lənkəran-Astara RMF üçün ofis icarəsinin satın alınması üzrə 133.200 manat məbləğində satınalma müqaviləsi 05.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi isə 05.06.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Şərtlər toplusuna görə 400 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 36 ay müddətinə bağlanıb. Təxmini hesablamalarımıza görə Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin aylıq icarə haqqı 3 min 700 manat təşkil edib.
Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması üzrə 1.499.299,8 manat məbləğində satınalma müqaviləsi 03.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi 31.01.2025-ci il, bitmə tarixi 01.02.2026-cı ilə müəyyən edilib. Şərtlər toplusuna görə 8.335 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 12 ay müddətinə bağlanıb.
Ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu tətbiq edilməklə 19.489,08 manat məbləğində satınalma müqaviləsi 08.01.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 01.01.2025-ci il, bitmə tarixi 01.02.2025-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 1 ay müddətinə bağlanıb.
Bu məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi fiziki şəxs Gülnarə İbadova ilə 2025-ci il ərzində ümumi dəyəri 1 669 193 manat olan 4 satınalma müqaviləsi bağlayıb. Bağlanılması planlaşdırılan müqaviləni də üstünə gələndə bu 4 667 792 manat təşkil edir.
Satınalmaların portalında verilmiş elandan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətini həyata keçirir.
Buradan ortaya suallar çıxır. Bu qədər əmlaka sahib olan Gülnarə Sultan qızı İbadova kimdir? Dövlət Məşğulluq Agentliyinin həm Aparatı üçün, həm də Mərkəzi filialları üçün ofis sahəsini icarəyə verən bu xanımda bu qədər əmlak hardandır?
Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Gülnarə Sultan qızı İbadova (VÖEN: (1605375812) vergi ödəyicisi kimi Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli ev 2A, mənzil 20 ünvanında daimi qeydiyyatdadır. Açıq və rəsmi mənbələrdə Dövlət Məşğulluq Agentliyinin ofis sahəsinin icarəsi üzrə 1 il ərzində ümumi olaraq 4 667 792 manat dəyərində müqavilə bağladığı fiziki şəxs Gülnarə İbadova barəsində heç bir məlumat yoxdu.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb. Ağentliyin sədri Sadiq Əliyevdir. O, 29 may 2024-cü ildən bu vəzifəyə təyinat alıb. Daha əvvəllər İqtisadiyyat Nazirliyində, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.//Aktualinfo.net
Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

Oxşar xəbərlər
-
5.12.2025Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək -
24.11.2025Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Bu vəsaiti kimlər ala biləcək? -
24.11.2025İşsizlərə MÜJDƏ… Gələn il pul ödəniləcək: Necə əldə edə bilərlər? -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı -
20.11.2025Əlilliyi olan şəxslərlə bağlı yeni qərar
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...