12.05.2026
Vaşinqtonda ABŞ hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların əməkdaşları və gənc şahmatçılar arasında şahmat turniri keçirilib.
DuzXeber.az xəbər verir ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə və ABŞ-nin yaranmasının 250 illiyinə həsr edilib.
Yeddi raunddan ibarət yarışın nəticələrinə əsasən, Oladapo Olutola birinci, Qreq Delia ikinci, Harisson Beyker isə üçüncü yeri tutub.
Turnirdən sonra rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu turnir əslində məğlubiyyət yarışı deyil, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edildiyi, dostluğun, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin qalib gəldiyi bir tədbirdir.
“Əslində, turnirin keçirildiyi məkan məhz Heydər Əliyev tərəfindən təsis edilib. Ulu Öndər sözün əsl mənasında ABŞ-Azərbaycan münasibətlərinin qurucusudur. O, şahmata böyük maraq göstərirdi və onun diqqət və qayğısı nəticəsində Azərbaycanın çoxsaylı şahmat çempionları oldu. Biz Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edirik”,- deyə səfir bildirib.
Səfir Xəzər İbrahim turnirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. Daha sonra iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda ABŞ Dövlət Departamentinin baş müşaviri və turnirin iştirakçısı Conatan Askonasa ABŞ-nin 250 illiyi münasibətilə Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi şahmat hədiyyəsi təqdim edilib.
C.Askonas yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin iki ölkə arasında tarixi münasibətlərin qeyd olunması baxımından əhəmiyyətli bir platforma olduğunu bildirib./trend
Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib
Vaşinqtonda ABŞ hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların əməkdaşları və gənc şahmatçılar arasında şahmat turniri keçirilib.DuzXeber.az xəbər verir ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin, ABŞ-Azərbaycan Ticarət Palatasının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə və ABŞ-nin yaranmasının 250 illiyinə həsr edilib.
Yeddi raunddan ibarət yarışın nəticələrinə əsasən, Oladapo Olutola birinci, Qreq Delia ikinci, Harisson Beyker isə üçüncü yeri tutub.
Turnirdən sonra rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim bildirib ki, bu turnir əslində məğlubiyyət yarışı deyil, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edildiyi, dostluğun, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin qalib gəldiyi bir tədbirdir.
“Əslində, turnirin keçirildiyi məkan məhz Heydər Əliyev tərəfindən təsis edilib. Ulu Öndər sözün əsl mənasında ABŞ-Azərbaycan münasibətlərinin qurucusudur. O, şahmata böyük maraq göstərirdi və onun diqqət və qayğısı nəticəsində Azərbaycanın çoxsaylı şahmat çempionları oldu. Biz Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edirik”,- deyə səfir bildirib.
Səfir Xəzər İbrahim turnirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib. Daha sonra iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda ABŞ Dövlət Departamentinin baş müşaviri və turnirin iştirakçısı Conatan Askonasa ABŞ-nin 250 illiyi münasibətilə Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi şahmat hədiyyəsi təqdim edilib.
C.Askonas yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin iki ölkə arasında tarixi münasibətlərin qeyd olunması baxımından əhəmiyyətli bir platforma olduğunu bildirib./trend
Oxşar xəbərlər
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



