19.05.2026
"Azərişıq" ASC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Qəbələdə start verilib. Qəbələ rayonu Zarağan kənd İlqar Cəbrayılov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elektroenergetikasının qurulması və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı sahəsində aparılan islahatlar barədə danışıb. Həmçinin mərkəzin direktoru milli kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan energetiklərinin yerli və beynəlxalq yarışlarda iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Azərişıq” ASC-nin ötən il təşkil etdiyi “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi” də energetiklərimizin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.
“Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı barədə məlumat verən Seymur Mirzəyev komandalara uğurlar arzulayıb.
Çıxışdan sonra “Azərişıq” ASC-nin 11 illik faəliyyətini əks etdirən və elektrik enerjisi mənbələri haqqında video çarxlar təqdim olunub.
Rəsmi hissədən sonra müsabiqə mərhələsinə start verilib. 5-9-cu sinif şagirdləri arasında təşkil olunan proqrama Qəbələ rayonu üzrə 2 şəhər və 1 kənd tam orta məktəbi olmaqla 3 ümumtəhsil müəssisəsinin hər birindən 2 komanda qatılıb. “Amper”, “Tesla”, “İşıqlı Sabah”, “Elektron Beyinlər”, “Alov şöləsi” və “Sonsuz enerji” komandaları birinci mərhələdə “Elektrik enerjisi təhlükələrindən necə qorunmalıyıq?” mövzusunda layihə hazırlayaraq “Ən kreativ layihə” nominasiyası uğrunda mübarizə aparıblar.
İkinci mərhələdə yarış iştirakçıları 1 mövzu seçərək “Gələcəyin enerji şəhəri” posterlərini hazırlayıb. Bu mərhələdə onlar “Ən innovativ ideya” nominasiyasının qalibi olmaq üçün bilik və bacarıqlarını sınayıblar.
Sonuncu mərhələdə “Biz enerji şirkətiyik” rol simulyasiyası üzrə komanda üzvləri arasında abonent, Çağrı mərkəzi, dispetçer xidməti və qəza-təmir briqadası rol bölgüsü aparılıb. “Şəhərin bir hissəsində elektrik kəsintisini aradan qaldırmaq” ssenariyası üzrə tapşırıqlar ardıcıl və düzgün icra edilib. Bu mərəhələdə komandalar “Ən peşəkar komanda” nominasiyası üzrə yarışıb.
Müsabiqənin sonunda qaliblər təşəkkürnamə, müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin komandaların təmsil etdiyi məktəblərin müəllimlərinə kuboklar təqdim olunub.
Tədbirin yarış hissəsi yekunlaşdıqdan sonra məktəblilərlə 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinə tanışlıq turu təşkil olunub. İştirakçılara müasir yarımstansiya və mərkəzin fəaliyyəti ilə bağlı məlumatlar verilib, eləcə də onlar təlim-məşq poliqonunda yaradılan sərgi ilə tanış olublar. Burada nümayiş etdirilən enerji qurğu və avadanlıqlarının xüsusiyyətləri şagirdlərə izah olunub.
Qeyd edək ki, "Azərişıq" ASC-nin ilk dəfə Qəbələdə təşkil etdiyi “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı digər regionlarda da davam etdiriləcək. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə enerji savadlılığını artırmaq, energetika sahəsinə erkən yaşlardan maraq yaratmaq, komanda işi və analitik düşüncəni inkişaf etdirməkdir.









"Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib
"Azərişıq" ASC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Qəbələdə start verilib. Qəbələ rayonu Zarağan kənd İlqar Cəbrayılov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elektroenergetikasının qurulması və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı sahəsində aparılan islahatlar barədə danışıb. Həmçinin mərkəzin direktoru milli kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan energetiklərinin yerli və beynəlxalq yarışlarda iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Azərişıq” ASC-nin ötən il təşkil etdiyi “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi” də energetiklərimizin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.
“Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı barədə məlumat verən Seymur Mirzəyev komandalara uğurlar arzulayıb.
Çıxışdan sonra “Azərişıq” ASC-nin 11 illik faəliyyətini əks etdirən və elektrik enerjisi mənbələri haqqında video çarxlar təqdim olunub.
Rəsmi hissədən sonra müsabiqə mərhələsinə start verilib. 5-9-cu sinif şagirdləri arasında təşkil olunan proqrama Qəbələ rayonu üzrə 2 şəhər və 1 kənd tam orta məktəbi olmaqla 3 ümumtəhsil müəssisəsinin hər birindən 2 komanda qatılıb. “Amper”, “Tesla”, “İşıqlı Sabah”, “Elektron Beyinlər”, “Alov şöləsi” və “Sonsuz enerji” komandaları birinci mərhələdə “Elektrik enerjisi təhlükələrindən necə qorunmalıyıq?” mövzusunda layihə hazırlayaraq “Ən kreativ layihə” nominasiyası uğrunda mübarizə aparıblar.
İkinci mərhələdə yarış iştirakçıları 1 mövzu seçərək “Gələcəyin enerji şəhəri” posterlərini hazırlayıb. Bu mərhələdə onlar “Ən innovativ ideya” nominasiyasının qalibi olmaq üçün bilik və bacarıqlarını sınayıblar.
Sonuncu mərhələdə “Biz enerji şirkətiyik” rol simulyasiyası üzrə komanda üzvləri arasında abonent, Çağrı mərkəzi, dispetçer xidməti və qəza-təmir briqadası rol bölgüsü aparılıb. “Şəhərin bir hissəsində elektrik kəsintisini aradan qaldırmaq” ssenariyası üzrə tapşırıqlar ardıcıl və düzgün icra edilib. Bu mərəhələdə komandalar “Ən peşəkar komanda” nominasiyası üzrə yarışıb.
Müsabiqənin sonunda qaliblər təşəkkürnamə, müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin komandaların təmsil etdiyi məktəblərin müəllimlərinə kuboklar təqdim olunub.
Tədbirin yarış hissəsi yekunlaşdıqdan sonra məktəblilərlə 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinə tanışlıq turu təşkil olunub. İştirakçılara müasir yarımstansiya və mərkəzin fəaliyyəti ilə bağlı məlumatlar verilib, eləcə də onlar təlim-məşq poliqonunda yaradılan sərgi ilə tanış olublar. Burada nümayiş etdirilən enerji qurğu və avadanlıqlarının xüsusiyyətləri şagirdlərə izah olunub.
Qeyd edək ki, "Azərişıq" ASC-nin ilk dəfə Qəbələdə təşkil etdiyi “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı digər regionlarda da davam etdiriləcək. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə enerji savadlılığını artırmaq, energetika sahəsinə erkən yaşlardan maraq yaratmaq, komanda işi və analitik düşüncəni inkişaf etdirməkdir.









Oxşar xəbərlər
-
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
12.12.2025Heydər Əliyevin anım günüdür
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



