Canlı yayım
22.05.2026

Yasamal İcra Hakimiyyətində 2 min manatlıq internet pulu ödənilib

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti aparatının internet xidməti haqqının ödənilməsi səbəbilə "Aztelekom" MMC ilə 2.100 AZN dəyərində satınalma müqaviləsi bağlanıb.
DuzXeber.az yazır ki . bu satınalma prosesinin digər alternativ provayderlər arasında rəqabət yaradılmadan, birbaşa "Bir mənbədən" satınalma metodu ilə reallaşdırılması diqqət çəkir.
Qurumun rabitə və internet təminatı üçün ayırdığı bu vəsaitin mövcud tariflərə görə nə dərəcədə səmərəli xərcləndiyi rəsmi açıqlamada tam qeyd olunmayıb.

Xəbər lenti