3.03.2026
Duzxeber.az: - Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda fevral ayının 27-də keçirilən seminarda deyib ki, “elektron satınalmaların tətbiqi və prosedurların rəqəmsallaşdırılması şəffaflığın artırılmasına xidmət etsə də, bu, səmərəsizlik risklərini tam aradan qaldırmır: “Bəzən problemlər məhz satınalan təşkilatların fəaliyyəti nəticəsində yaranır. Satınalma şərtləri dəyişdirilə, rəqabət formal xarakter daşıya bilər. Auditlər zamanı ehtiyacın düzgün müəyyən edilməməsi, ehtimal olunan qiymətin düzgün hesablanmaması, bir mənbədən satınalma metoduna üstünlük verilməsi və müqavilə şərtlərinin icra dövründə dəyişdirilməsi halları aşkarlanıb”.
Sədr vurğulayıb ki, dövlət satınalmalarının mühüm hissəsinin müsabiqəsiz qaydada həyata keçirilməsi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir: “Şəffaflıq və rəqabət mühitinin gücləndirilməsi bu sahədə əsas prioritet olaraq qalır”.
Hesab edirik ki, bunun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli qurumlara o qədər da aidiyyatı yoxdür. Çünki bu qurumların əksəriyyəti bir mənbədən satınalma metoduna üstünlük verirlər ki, burada şəffaflıq və rəqabət mühitindən heç bir söhbət gedə bilməz.
Bunn üçün “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli bəzi qurumların bir mənbədən satınalma metodu tətbiq etməklə “Koordinat Construction” MMC ilə bağladığı satınalma müqavilələrinə nəzər salmaq kifayət edər.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 20 ədəd subartezian quyusunun əsaslı təmiri (2025-ci il ) üzrə 660.000 manat məbləğində satınalma müqaviləsi 18.02.2026-cı ildə bağlanılıb.
Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 3 ədəd Subartezian quyusunun əsaslı təmiri üzrə 99.000 manat məbləğində satınalma müqaviləsi 25.12.2025-ci ildə bağlanılıb.
Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən reper 01-14-14s nömrəli subartezian quyusunun əsaslı təmiri üzrə 18.200 manat məbləğində satınalma müqaviləsi 19.12.2025-ci ildə bağlanılıb.
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Zaqatala rayonu Mamrux kəndində 24/179 reper nömrəli subartezian quyusunun əsaslı təmiri işləri üzrə 20.000 manat məbləğində satınalma müqaviləsi 05.08.2025-ci ildə bağlanılıb.
Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Zərrab kəndi ərazisində yerləşən 21/U-22 reper nömrəli və Ərmənət kəndi ərazisində yerləşən 21/E-15 reper nömrəli subartezian quyularının əsaslı təmiri işləri üzrə 60.000 manat məbləğində satınalma müqaviləsi 21.07.2025-ci ildə bağlanılıb.
Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şəki rayonu Şirinbulaq kəndi ərazisində yerləşən 3 və Nəsirabad qəsəbəsi ərazisində yerləşən 22/E4 reper nömrəli subartezian quyularının əsaslı təmiri işləri üzrə 60.000 manat məbləğində satınalma müqaviləsi 11.07.2025-ci ildə bağlanılıb.
Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Qax rayon Əmbərçay kəndi ərazisində yerləşən 29/107 reper n li suartezian quyusunun əsaslı təmiri üzrə 30.000 manat məbləğində satınalma müqaviləsi 25.06.2025-ci ildə bağlanılıb.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işləri üzrə 659.999,96 manat məbləğində satınalma müqaviləsi 29.10.2024-cü ildə bağlanılıb.
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə 489.983,2 manat məbləğində satınalma müqaviləsi 17.10.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli yuxarıda adları çəkilən qurumlar 2024-cü ilin oktyabrından 2026-ci ilin fefral ayına bir mənbədən satınalma metodu tətbiq etməklə 9 satınalma müqaviləsi bağlayıblar. Bu müqavilələrin ümumi dəyəri 2 097 182 manat təşkil edib.
İndi gəlin açıq mənbələrdə ancaq bir mənbədən satınalma metodu ilə fəaliyyət göstərən “Koordinat Construction” MMC barədə nə kimi məlumatlar var.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 08.05.2025-ci ildə verilib.
Yəni bu o deməkdir ki, “Koordinat Construction” MMC Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən keçirilmiş satınalmalada lisenziyası olmadan qatılıb və ümüumi dəyəri 1 149 982 manat olan iki tender əldə edib.
Bundan əlavə xatırlatmaq istərdik ki, bir mənbədən satınalma metodu “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə yalnız bu hallarda tətbiq edilə bilər: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da deyir ki, dövlət satınalmalarının mühüm hissəsinin müsabiqəsiz qaydada həyata keçirilməsi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir.
Zənnimizcə Vüqar Gülməmmədov bir neçə sual da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova və “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə hələlik rəhbərlik edən Zakir Quliyevə ünvanlasa yaxşı olardı. “Koordinat Construction” MMC ilə bir mənbədən satınalma metodu ilə bağlanan müqavilələrdə şəffaflıq və rəqabət mühiti varmı? Sözügedən MMC niyə elə ancaq bir mənbədən satınalma metodu ilə keçirilən satınalmalarda qalib çıxır?
Bu MMC-nin arxasında kim durur? Müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, maddi-texniki bazası və işçi qüvvəsi şübhə doğuran bu şirkətin arxasında ya Zaur Mikayılov, ya da Zakir Quliyev durmasa heç dövlət satınalmalarına yaxın düşə bilməz. Nəinki, daim bir mənbədən satınalma metodu ilə “qalib” olar.//Aktualinfo.net
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…

Oxşar xəbərlər
-
20.02.2026Tender müqavilələrinin imzalanması ilə bağlı yenilik -
27.01.2026Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu – SENSASİON TƏFƏRRÜATLAR -
23.01.2026Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK -
14.01.2026Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur - -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib