25.05.2026

Xəbər verdiyimiz kimi, ABŞ-la İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın yaxın olması xəbərləri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.
DuzXeber.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçersləri 1 barel üçün 5 dollarda çox ucuzlaşıb və 98 dollardan aşağı enib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin iyul fyuçersləri üzrə qiymət isə 91 dollardan aşağı düşüb.
Azərbaycan neftində də ucuzlaşma davam edir. Ötən həftənin son günündə Azeri Light markalı neft 4 dollardan çox ucuzlaşaraq 114 dollara ticarət olunub. Həftənin ilk günündə onun daha 5 dollardan çox ucuzlaşması qeydə alınıb.
Lakin qısa müddətdən sonra ucuzlaşma dayanıb və yenidən cüzi də olsa bahalaşma qeydə alınmaqdadır. Buna səbəb İrandan sülh razılaşması üzrə danışıqlarla bağlı gələn siqnallardır. Belə ki, İran rəsmisi “Əl-Cəzirə”yə bildirib ki, ABŞ prezidenti Donald Trampın İranla razılaşmanın əsasən əldə edildiyini elan etməsindən cəmi 24 saat sonra Vaşinqton əsas qarşılıqlı razılaşmalardan geri çəkilib. Kanalın Tehrandakı müxbiri qeyd edir: "Yaxşı məlumatlı İran mənbəsi ABŞ-ın iki əsas məsələdə geri çəkilmə əlamətlərini bildirir: İran aktivlərinin dondurulmasının aradan qaldırılması mexanizmi və Livanda atəşkəs. Layihə sənədində Livanda atəşkəs üçün çərçivə razılaşması olsa da, İsrail hər hansı bir təhdidə cavab vermək bəhanəsi ilə Livanda hərbi əməliyyatlar aparmasına imkan verən müddəaların daxil edilməsində israr edir.
Mənbənin sözlərinə görə, Tehran vasitəçilərə Vaşinqton əvvəllər əldə edilmiş qarşılıqlı razılaşmalardan yayınacağı təqdirdə razılaşmanı imzalamayacağını bildirib.
Bu arada, The New York Times qəzeti İran mənbələrinə istinadən yazıb ki, İran və ABŞ arasında danışıqlar aparılan memorandumda Tehranın Hörmüz boğazını müvəqqəti olaraq açması və tranzitin hələlik pulsuz olması nəzərdə tutulur. Qəzet qeyd edir ki, "İran gəmilərin Hörmüz boğazından (...) hələlik rüsum və ya digər xərclər olmadan keçməsinə icazə verəcək".
Analitiklər neft bazarının razılaşma xəbərlərinə reaksiyası və yaxınmüddətli dövr üzrə proqnozlarında qiymətlərin daha kəskin enişini istisna edirlər. MST Marquee analitiki Sol Kavonic bildirir ki, münaqişənin yenidən alovlanmayacağına ümid yaranıb: "Sülh sazişi və Hörmüz boğazındakı vəziyyətlə bağlı bütün xəbərdarlıqlara və risklərə baxmayaraq, tunelin sonunda işıq var və bu, qısa müddətdə neft qiymətlərində müəyyən geriləməyə səbəb olacaq”.
ING eksperti Uorren Patterson bazar iştirakçılarının həddindən artıq nikbinliyə qapılmayaraq ehtiyatlı davranacaqlarına inanır: "Biz əvvəllər də oxşar vəziyyətlərdə olmuşuq, amma danışıqlar uğursuzluğa düçar oldu".
Digər analitiklər Hörmüz boğazından neft tədarükünün tam bərpasının və Yaxın Şərqdə neft və qaz infrastrukturuna dəyən ziyanın aradan qaldırılmasının aylarla vaxt aparacağını qeyd edirlər.
"Capital Economics"dən Həməd Hüseynin sözlərinə görə, tədarük həcmlərinin müharibədən əvvəlki səviyyələrə tez bir zamanda qaytarılması, digər məsələlərlə yanaşı, obyektlərə dəyən ziyan və regionda neft hasilatının dayandırılması səbəbindən çətin olacaq: "Bu, neft qiymətlərini bir müddət yüksək saxlayacaq. Onlar yalnız neft bazarında tələb və təklif balansı əhəmiyyətli dərəcədə yaxşılaşdıqda azalmağa başlayacaqlar ki, bu da çox güman ki, 2027-ci ildən əvvəl baş verməyəcək".
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tədarükü aprel ayında martla müqayisədə gündə 1,8 milyon barel azalaraq 95,1 milyon barelə düşüb və bu da fevral ayından bəri gündəlik ümumi itkiləri 12,8 milyon barelə çatdırıb. Hörmüz boğazının bağlanmasından təsirlənən Fars körfəzi ölkələrində istehsal 14,4 milyon barel azalıb. Boğazdan keçən neft daşımaları artmağa davam etsə belə, Beynəlxalq Enerji Agentliyi qlobal neft tədarükünün 2026-cı ildə orta hesabla 3,9 milyon barel azalaraq 102,2 milyon barelə düşəcəyini təxmin edir. Neft bazarının aşağı elastikliyi nəzərə alınmaqla, bu həcmlərin itirilməsi, böyük ölkələr strateji xam neft ehtiyatlarını bazara buraxmasaydılar, qaçılmaz olaraq neft qiymətlərinin daha da artmasına səbəb olacaqdı. BEA-nın təxminlərinə görə, mart ayında bu ehtiyatlardan 129 milyon barel, aprel ayında isə daha 117 milyon barel çıxarılıb. May ayında da bu proses davam edib. Buna görə də Hörmüz açılsa belə, ölkələr bu ehtiyatlarını bərpa edənədək qiymətlərə təzyiqlər davam edəcək.
Daha bir məsələ Hörmüzdəki minalardır. İran boğazı minalayıb və onun təmizlənməsi aylarla vaxt aparacaq. Bu müddətdə boğazdan hərəkətin tam bərpası mümkün olmayacaq ki, bu da bazara çıxarılan neft həcmlərinin müharibədən əvvəlki səviyyəyə çatma müddətini artıracaq./musavat.com
Bakı nefti bu qiymətə oldu, enerji bazarı çalxalanır

Oxşar xəbərlər
-
11.05.2026Azərbaycan nefti bu qədər bahalaşacaq -
17.04.2026Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...