Canlı yayım
25.05.2026

Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü

Goranboy rayonunda ölüm faktı qeydə alınıb.
DuzXeber.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Löya Nağıyeva xəstəxanada vəfat edib. İlkin məlumata görə, qadın yaşadığı evdə yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qadına ilkin tibbi yardım göstərilib, iynə vurulub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb./teleqraf

Xəbər lenti