25.03.2026
Duzxeber.az: - Ötən ilin yanvar ayında Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi portalında rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi barədə məlumat yaymışdı.
Bizimesr.az bildirir ki, məlumatda qeyd olunurdu ki, rayonun sosial-iqtisadi inkişafına dair tədbirlər planına uyğun olaraq küçə və səkilərdə təmir-bərpa işləri aparılır, yeni tametlər döşənir, köhnə səki daşları yenilənir, bordurlar quraşdırılır və yolboyu hasarlar üzlənir. Görülən işlər ictimaiyyətə yüksək səviyyəli layihə kimi təqdim olunur, fotolar isə xüsusi vurğu ilə paylaşılırdı.

Abadlıq işlərinin Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli küçələrində, Şəhidlər Xiyabanı və Kiçik Bazar ərazisində, eləcə də Ələt–Astara magistral yolunun Göyşaban kəndindən keçən hissəsində aparıldığı bildirilirdi.

Lakin ilkin təqdimatlarda “nümunəvi layihə” kimi göstərilən bu işlərin arxasında tamam fərqli mənzərənin gizləndiyi çox keçmədən bəlli oldu.
Bizimesrş.az-ın araşdırmalarına görə, sözügedən layihənin icrası üçün keçirilən tenderin qalibi “M-House Construction” şirkəti olub. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon 430 min 142 manat 56 qəpik vəsait ayrılıb. Məbləğin böyüklüyü layihənin keyfiyyətli və uzunömürlü olacağına dair gözləntiləri artırsa da, reallıq tam əksini göstərib.
Belə ki, işlər başa çatdıqdan cəmi 3–4 ay sonra adı çəkilən ərazilərdə ciddi problemlər üzə çıxıb. Hasarlara vurulan üzlüklər qoparaq yerə tökülüb, bəzi hissələrdə isə divarlar tamamilə dağılmağa başlayıb. Sakinlərin sözlərinə görə, problem qısa müddətdə kütləvi xarakter alıb və bu vəziyyət gündəlik narazılığa səbəb olub.
Məsələ ilə bağlı yerli qurumlara, Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətlər edilsə də, verilən cavablar konkret olmayıb. Bildirilib ki, yaranmış problemlər aradan qaldırılacaq.

Lakin bu, əsas sualı cavabsız qoyur - milyonlarla vəsait xərclənən layihə niyə cəmi bir neçə ay ərzində yararsız hala düşüb?
Fotolar və müşahidələr problemin texniki səbəblərini də açıq şəkildə ortaya qoyur. Məlum olur ki, üzlük materialları divara standartlara uyğun şəkildə bərkidilməyib. Belə ki, istifadə olunmalı olan sement və xüsusi yapışdırıcı qat əvəzinə, divar altına müxtəlif tikinti tullantıları - qırıq plitə parçaları yerləşdirilib. Bu isə həm dayanıqlılığı azaldıb, həm də üzlüklərin qısa müddətdə qopmasına səbəb olub.
Mütəxəssislərin fikrincə, bu cür yanaşma tikinti normalarının kobud şəkildə pozulması ilə yanaşı, material xərclərinə “qənaət” adı altında vəsaitin mənimsənilməsi ehtimalını açıq aydın ortaya qoyub.
“M-House Construction” şirkəti ilə bağlı digər məqamlar da diqqət çəkir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, şirkət regionda keçirilən bir çox abadlıq və tikinti tenderlərinin qalibi kimi çıxış edir. Eyni zamanda, şirkətin üzərində iri məbləğdə vergi borcunun olduğu və müxtəlif məhkəmə çəkişmələrində iştirak etdiyi barədə iddialar mövcuddur.

Qanunvericiliyə görə isə vergi borcu olan şirkətlərin dövlət tenderlərində iştirakı məhdudlaşdırılmalıdır. Bu baxımdan, belə bir şirkətin iri həcmli dövlət layihələrinin icrasına cəlb olunması əlavə suallar yaradır.
Baş verənlər fonunda böyük suallar hələ də cavabsız qalır - ayrılan vəsaitin xərclənməsinə kim nəzarət edib, işlərin keyfiyyəti niyə qəbul edilib, tender prosesində hansı meyarlar əsas götürülüb və ən əsası- bu vəziyyətə görə kim məsuliyyət daşıyır? Əslində bu sualın cavabı da var - Heç kim...

Lənkəranda baş verən bu hadisə bir daha göstərir ki, bəzi hallarda rəsmi hesabatlarda “uğurlu layihə” kimi təqdim edilən işlər reallıqda ciddi nöqsanlarla müşayiət olunur. Qısa müddətdə yararsız hala düşən milyonluq layihə isə təkcə texniki problem deyil, həm də idarəetmə və nəzarət mexanizmlərindəki boşluqların göstəricisidir. Yəqin ki, Lənkəran RİH başçısı Taleh Qaraşov “M-House Construction” şirkətinin sahibini də tanıyır, görülən işlərin nə qədər keyfiyyətli və keyfiyyətsiz olduğunu da bilir. Sadəcə olaraq həmişəki kimi susur. Sizcə niyə susur? // Bizimesr.az
Qaraşovun 1,4 milyonluq “abadlıq”ı 3 ay dözmədi - Üzlüklərin altında sment əvəzinə zir-zibil vurulub - FOTOLAR
Duzxeber.az: - Ötən ilin yanvar ayında Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi portalında rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi barədə məlumat yaymışdı.Bizimesr.az bildirir ki, məlumatda qeyd olunurdu ki, rayonun sosial-iqtisadi inkişafına dair tədbirlər planına uyğun olaraq küçə və səkilərdə təmir-bərpa işləri aparılır, yeni tametlər döşənir, köhnə səki daşları yenilənir, bordurlar quraşdırılır və yolboyu hasarlar üzlənir. Görülən işlər ictimaiyyətə yüksək səviyyəli layihə kimi təqdim olunur, fotolar isə xüsusi vurğu ilə paylaşılırdı.

Abadlıq işlərinin Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli küçələrində, Şəhidlər Xiyabanı və Kiçik Bazar ərazisində, eləcə də Ələt–Astara magistral yolunun Göyşaban kəndindən keçən hissəsində aparıldığı bildirilirdi.

Lakin ilkin təqdimatlarda “nümunəvi layihə” kimi göstərilən bu işlərin arxasında tamam fərqli mənzərənin gizləndiyi çox keçmədən bəlli oldu.
Bizimesrş.az-ın araşdırmalarına görə, sözügedən layihənin icrası üçün keçirilən tenderin qalibi “M-House Construction” şirkəti olub. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon 430 min 142 manat 56 qəpik vəsait ayrılıb. Məbləğin böyüklüyü layihənin keyfiyyətli və uzunömürlü olacağına dair gözləntiləri artırsa da, reallıq tam əksini göstərib.
Belə ki, işlər başa çatdıqdan cəmi 3–4 ay sonra adı çəkilən ərazilərdə ciddi problemlər üzə çıxıb. Hasarlara vurulan üzlüklər qoparaq yerə tökülüb, bəzi hissələrdə isə divarlar tamamilə dağılmağa başlayıb. Sakinlərin sözlərinə görə, problem qısa müddətdə kütləvi xarakter alıb və bu vəziyyət gündəlik narazılığa səbəb olub.
Məsələ ilə bağlı yerli qurumlara, Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətlər edilsə də, verilən cavablar konkret olmayıb. Bildirilib ki, yaranmış problemlər aradan qaldırılacaq.

Lakin bu, əsas sualı cavabsız qoyur - milyonlarla vəsait xərclənən layihə niyə cəmi bir neçə ay ərzində yararsız hala düşüb?
Fotolar və müşahidələr problemin texniki səbəblərini də açıq şəkildə ortaya qoyur. Məlum olur ki, üzlük materialları divara standartlara uyğun şəkildə bərkidilməyib. Belə ki, istifadə olunmalı olan sement və xüsusi yapışdırıcı qat əvəzinə, divar altına müxtəlif tikinti tullantıları - qırıq plitə parçaları yerləşdirilib. Bu isə həm dayanıqlılığı azaldıb, həm də üzlüklərin qısa müddətdə qopmasına səbəb olub.
Mütəxəssislərin fikrincə, bu cür yanaşma tikinti normalarının kobud şəkildə pozulması ilə yanaşı, material xərclərinə “qənaət” adı altında vəsaitin mənimsənilməsi ehtimalını açıq aydın ortaya qoyub.
“M-House Construction” şirkəti ilə bağlı digər məqamlar da diqqət çəkir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, şirkət regionda keçirilən bir çox abadlıq və tikinti tenderlərinin qalibi kimi çıxış edir. Eyni zamanda, şirkətin üzərində iri məbləğdə vergi borcunun olduğu və müxtəlif məhkəmə çəkişmələrində iştirak etdiyi barədə iddialar mövcuddur.

Qanunvericiliyə görə isə vergi borcu olan şirkətlərin dövlət tenderlərində iştirakı məhdudlaşdırılmalıdır. Bu baxımdan, belə bir şirkətin iri həcmli dövlət layihələrinin icrasına cəlb olunması əlavə suallar yaradır.
Baş verənlər fonunda böyük suallar hələ də cavabsız qalır - ayrılan vəsaitin xərclənməsinə kim nəzarət edib, işlərin keyfiyyəti niyə qəbul edilib, tender prosesində hansı meyarlar əsas götürülüb və ən əsası- bu vəziyyətə görə kim məsuliyyət daşıyır? Əslində bu sualın cavabı da var - Heç kim...

Lənkəranda baş verən bu hadisə bir daha göstərir ki, bəzi hallarda rəsmi hesabatlarda “uğurlu layihə” kimi təqdim edilən işlər reallıqda ciddi nöqsanlarla müşayiət olunur. Qısa müddətdə yararsız hala düşən milyonluq layihə isə təkcə texniki problem deyil, həm də idarəetmə və nəzarət mexanizmlərindəki boşluqların göstəricisidir. Yəqin ki, Lənkəran RİH başçısı Taleh Qaraşov “M-House Construction” şirkətinin sahibini də tanıyır, görülən işlərin nə qədər keyfiyyətli və keyfiyyətsiz olduğunu da bilir. Sadəcə olaraq həmişəki kimi susur. Sizcə niyə susur? // Bizimesr.az
Oxşar xəbərlər
-
10.03.2026Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR... -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
5.03.2026Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



