28.05.2026
BAKI, Azərbaycan, 27 may. DuzXeber.az-ın məlumatına görə , Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib .
"Zati-aliləri,
Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
İldən-ilə Azərbaycan regional və beynəlxalq məsələlərdə rolunu və nüfuzunu davamlı olaraq artıraraq enerji, logistika və iqtisadi sektorlarda regional əməkdaşlığın vacib iştirakçısı kimi dinamik inkişaf nümayiş etdirir.
Ukrayna ölkələrimiz arasındakı münasibətlərin strateji xarakterini və bu olduqca çətin dövrdə Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.
Ukraynaya göstərdiyiniz humanitar və enerji yardımına, İrpin şəhərinin yenidən qurulmasında fəal iştirakınıza və ukraynalı uşaqlar üçün reabilitasiya və sağlamlıq proqramlarının həyata keçirilməsinə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Bu addımlar xalqlarımız arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin əsl təzahürüdür.
Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Əminəm ki, bu fundamental prinsiplərə riayət etmək Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təməli kimi xidmət etməyə davam edəcək.
Əminəm ki, Ukrayna və Azərbaycan arasında enerji və logistika sektorlarında, eləcə də nəqliyyat bağlantısı, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qlobal enerji və təchizat zənciri marşrutlarının davam edən transformasiyası fonunda dövlətlərimizin regional qarşılıqlı əlaqənin təmin edilməsindəki rolu və dayanıqlığı yalnız artmaqda davam edəcək. Qətiyyətlə inanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı millətlərimizin və xalqlarımızın mənafeyi naminə daha da güclənəcək.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram", - deyə məktubda bildirilir./trend
Ukrayna Prezidenti İlham Əliyevi təbrik etdi
BAKI, Azərbaycan, 27 may. DuzXeber.az-ın məlumatına görə , Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib ."Zati-aliləri,
Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
İldən-ilə Azərbaycan regional və beynəlxalq məsələlərdə rolunu və nüfuzunu davamlı olaraq artıraraq enerji, logistika və iqtisadi sektorlarda regional əməkdaşlığın vacib iştirakçısı kimi dinamik inkişaf nümayiş etdirir.
Ukrayna ölkələrimiz arasındakı münasibətlərin strateji xarakterini və bu olduqca çətin dövrdə Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.
Ukraynaya göstərdiyiniz humanitar və enerji yardımına, İrpin şəhərinin yenidən qurulmasında fəal iştirakınıza və ukraynalı uşaqlar üçün reabilitasiya və sağlamlıq proqramlarının həyata keçirilməsinə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Bu addımlar xalqlarımız arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin əsl təzahürüdür.
Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Əminəm ki, bu fundamental prinsiplərə riayət etmək Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təməli kimi xidmət etməyə davam edəcək.
Əminəm ki, Ukrayna və Azərbaycan arasında enerji və logistika sektorlarında, eləcə də nəqliyyat bağlantısı, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qlobal enerji və təchizat zənciri marşrutlarının davam edən transformasiyası fonunda dövlətlərimizin regional qarşılıqlı əlaqənin təmin edilməsindəki rolu və dayanıqlığı yalnız artmaqda davam edəcək. Qətiyyətlə inanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı millətlərimizin və xalqlarımızın mənafeyi naminə daha da güclənəcək.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram", - deyə məktubda bildirilir./trend
Oxşar xəbərlər
-
21.04.2026Günün qoroskopu: Düşüncələriniz dəyişir -
28.03.2026İlham Əliyev onları təbrik etdi - FOTO -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



