4.07.2026
Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında sürətlə yayılan və artıq qonşu ölkələrə də sıçrayan Ebola epidemiyası (Bundibugyo ştammı) qlobal səhiyyə üçün ciddi həyəcan siqnalına çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatının ən son hesabatlarına əsasən, regionda ümumi yoluxma sayı 1354 nəfərə, virus səbəbindən həyatını itirənlərin sayı isə 401-ə yüksəlib. Epidemiyanın episentri hesab olunan Konqoda təkcə son iki gündə 26 yeni yoluxma və 22 ölüm faktı qeydə alınıb. Vəziyyəti daha da kritikləşdirən məqam odur ki, hazırda yayılan bu ştamma qarşı hələ ki, heç bir rəsmi peyvənd və ya spesifik müalicə metodu mövcud deyil.
DuzXeber.az xəbər verir ki, Bakı Ağrı Klimikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bildiirb:" Ümumiyyətlə, son illər istər COVID-dən əvvəl, istərsə də sonrakı dövrlərdə müxtəlif virusların yayılması barədə böyük bir informasiya seli mövcuddur. Bunun əsas səbəbi kütləvi informasiya vasitələrinin bu mövzuya xüsusi diqqət yetirməsi və virusların aşkarlanma metodlarının getdikcə müasirləşməsidir.
Eyni zamanda, COVID-19 pandemiyasının dünyada yaratdığı qorxu və təşviş hissi istənilən yeni epidemik, hətta endemik yayılma riskinə daha həssas yanaşmağa əsas verir. Əslində bu, normal bir reaksiyadır. Çünki pandemiyanın törətdiyi fəsadlar hələ çox təzədir və bəşəriyyət bu kabusun təsirindən tam qurtula bilməyib.
Keçmiş təcrübələr göstərdi ki, vaxtında diqqət yetirilməyən lokal regional problemlər sonradan böyük epidemiyalara, hətta milyonlarla insanın həyatına son qoyan pandemiyalara çevrilə bilər. Bu baxımdan Ebola kimi təhlükəli bir virusun yenidən baş qaldırması narahatlıq doğuran ciddi bir siqnaldır".
Həkim qeyd edir ki, bu vəziyyətdə, ilk növbədə, virusun yayıldığı ölkələrlə transferlər zamanı diqqətli olmaq lazımdır:"Həmin regionlarla əlaqələrdə xüsusi qaydalara riayət edilməli, səfərlər mümkün qədər nəzarətdə saxlanılmalı və zərurət yarandıqda məhdudlaşdırılmalıdır.
Yoluxma şübhəsi olan şəxslərlə təmas hallarında preventiv karantin tədbirlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi zəruridir.
Ölkə daxilində səhiyyə və qorunma sistemləri hər an yüksək hazırlıq vəziyyətində olmalıdır. İndiki qloballaşan dünyada insanların aktiv hərəkəti fonunda virusların bir ölkədən digərinə keçməsi çox asandır. COVID təcrübəsi ölkəmizin bu növ çağırışlara çevik və vaxtında cavab vermək üçün lazımi potensiala malik olduğunu göstərdi.
Təhlükəsizliyin ən mühüm şərtlərindən biri də insanların öz sağlamlığına fərdi qaydada diqqət yetirməsidir. Aktiv hərəkət, idman, təmiz havada olmaq və vitaminli qidalardan istifadə etməklə immun sistemini gücləndirmək lazımdır. Çünki orqanizm nə qədər güclü olarsa, virusa yoluxma və onun ağır fəsadlar törətmə riski bir o qədər minimuma enər.
Bütün bu qaydalara əməl edib, prosesi mütəmadi monitorinq altında saxlasaq, hər hansı ciddi təhlükədən yayınmaq tamamilə mümkündür". /Musavat.com
Həkimdən Ebola xəbərdarlığı: 'Dünya yeni kabusa hazır olmalıdır'"
Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında sürətlə yayılan və artıq qonşu ölkələrə də sıçrayan Ebola epidemiyası (Bundibugyo ştammı) qlobal səhiyyə üçün ciddi həyəcan siqnalına çevrilib.Ümumdünya Səhiyyə Təşkilatının ən son hesabatlarına əsasən, regionda ümumi yoluxma sayı 1354 nəfərə, virus səbəbindən həyatını itirənlərin sayı isə 401-ə yüksəlib. Epidemiyanın episentri hesab olunan Konqoda təkcə son iki gündə 26 yeni yoluxma və 22 ölüm faktı qeydə alınıb. Vəziyyəti daha da kritikləşdirən məqam odur ki, hazırda yayılan bu ştamma qarşı hələ ki, heç bir rəsmi peyvənd və ya spesifik müalicə metodu mövcud deyil.
DuzXeber.az xəbər verir ki, Bakı Ağrı Klimikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bildiirb:" Ümumiyyətlə, son illər istər COVID-dən əvvəl, istərsə də sonrakı dövrlərdə müxtəlif virusların yayılması barədə böyük bir informasiya seli mövcuddur. Bunun əsas səbəbi kütləvi informasiya vasitələrinin bu mövzuya xüsusi diqqət yetirməsi və virusların aşkarlanma metodlarının getdikcə müasirləşməsidir.
Eyni zamanda, COVID-19 pandemiyasının dünyada yaratdığı qorxu və təşviş hissi istənilən yeni epidemik, hətta endemik yayılma riskinə daha həssas yanaşmağa əsas verir. Əslində bu, normal bir reaksiyadır. Çünki pandemiyanın törətdiyi fəsadlar hələ çox təzədir və bəşəriyyət bu kabusun təsirindən tam qurtula bilməyib.
Keçmiş təcrübələr göstərdi ki, vaxtında diqqət yetirilməyən lokal regional problemlər sonradan böyük epidemiyalara, hətta milyonlarla insanın həyatına son qoyan pandemiyalara çevrilə bilər. Bu baxımdan Ebola kimi təhlükəli bir virusun yenidən baş qaldırması narahatlıq doğuran ciddi bir siqnaldır".
Həkim qeyd edir ki, bu vəziyyətdə, ilk növbədə, virusun yayıldığı ölkələrlə transferlər zamanı diqqətli olmaq lazımdır:"Həmin regionlarla əlaqələrdə xüsusi qaydalara riayət edilməli, səfərlər mümkün qədər nəzarətdə saxlanılmalı və zərurət yarandıqda məhdudlaşdırılmalıdır.
Yoluxma şübhəsi olan şəxslərlə təmas hallarında preventiv karantin tədbirlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi zəruridir.
Ölkə daxilində səhiyyə və qorunma sistemləri hər an yüksək hazırlıq vəziyyətində olmalıdır. İndiki qloballaşan dünyada insanların aktiv hərəkəti fonunda virusların bir ölkədən digərinə keçməsi çox asandır. COVID təcrübəsi ölkəmizin bu növ çağırışlara çevik və vaxtında cavab vermək üçün lazımi potensiala malik olduğunu göstərdi.
Təhlükəsizliyin ən mühüm şərtlərindən biri də insanların öz sağlamlığına fərdi qaydada diqqət yetirməsidir. Aktiv hərəkət, idman, təmiz havada olmaq və vitaminli qidalardan istifadə etməklə immun sistemini gücləndirmək lazımdır. Çünki orqanizm nə qədər güclü olarsa, virusa yoluxma və onun ağır fəsadlar törətmə riski bir o qədər minimuma enər.
Bütün bu qaydalara əməl edib, prosesi mütəmadi monitorinq altında saxlasaq, hər hansı ciddi təhlükədən yayınmaq tamamilə mümkündür". /Musavat.com
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
20.02.2026Tender müqavilələrinin imzalanması ilə bağlı yenilik -
23.01.2026Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK -
21.01.2026Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir -
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



