ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana, onun qətlə yetiriləcəyi təqdirdə indiyədək görünməmiş miqyasda zərbə endirilməsi barədə əvvəlcədən göstəriş verib.
DuzXeber.az APA-ya istinadən bildirir ki, Tramp bunu "New York Post" qəzetinə müsahibəsində deyib.
"Əgər bunu etsələr, məhv olacaqlar. Mən bununla bağlı artıq göstəriş vermişəm. Belə bir hadisə baş verərsə, onları indiyədək görünməmiş səviyyədə bombalayacaqlar", - Tramp vurğulayıb.
Onun sözlərinə görə, İranın onu hədəfə alması yeni məsələ deyil. Tramp qeyd edib ki, ABŞ-ın 2020-ci ildə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin komandanı Qasım Süleymanini zərərsizləşdirməsindən sonra Tehran onu əsas hədəflərdən biri hesab edir.
ABŞ prezidenti bildirib ki, son günlər İranın ona qarşı yeni sui-qəsd planı hazırladığına dair yayılan məlumatlar da onun üçün gözlənilməz deyil.
"Bu, mənim üçün yeni xəbər deyil. Onlar uzun müddətdir məni əsas hədəflərindən biri hesab edirlər", - Tramp əlavə edib.
Müsahibədə ABŞ-İran münasibətlərindəki son gərginlik də müzakirə olunub. Tramp qeyd edib ki, Tehranla danışıqlar prosesi davam etsə də, əvvəlki atəşkəs rejimi artıq qüvvədə deyil. Onun sözlərinə görə, İran danışıqları davam etdirmək istədiyini bildirib və Vaşinqton buna razılıq verib.
Gündəm / Dünya
Tramp: "İran məni hədəf alırsa, indiyədək görünməmiş şəkildə bombalanacaq"
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə

