18.12.2025
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri bəzi abituriyentlərin cavablarını şübhəli hesab edib. Araşdırmalar nəticəsində Gəncə şəhərində keçirilən qəbul imtahanında bir qrup abituriyentin üzərində qadağan olunmuş texniki vasitələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Kamran Əsədov və digər təqsirləndirilən şəxslər abituriyentlərin imtahanlardan asan keçməsi üçün onlardan pul alaraq qadağan olunmuş cihazlardan istifadə etməyə kömək göstəriblər.
Belə olan halda həmin tələbələrin aqibəti necə olacaq? Əgər ötən illərdə də belə hallar baş veribsə, artıq məzun olmuş şəxslərin diplomları ləğv olunacaqmı?
Duzxeber.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev Azxeber.com-a açıqlamasında deyib ki, qanunsuz əməllər törədən abituriyentlərin imtahan nəticələri ləğv olunur:
“Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 193 nömrəli qərarı ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Həmin qərarda açıq şəkildə göstərilir ki, abituriyent imtahana kalkulyator, elektron cihazlar, köçürmə vərəqləri, cədvəllər və digər qadağan olunmuş vasitələrlə daxil olarsa, onun imtahan nəticələri şübhəsiz ləğv edilir. Bu proses çərçivəsində adı çəkilən abituriyentlərin nəticələri birbaşa ləğv olunacaq. Əgər həmin şəxslər artıq tələbə adı qazanıblarsa, universitetlərdən xaric ediləcəklər. Çünki onlar saxta yolla və dövlət qanunlarını pozaraq ali təhsil müəssisələrinə daxil olublar”.
Sabiq deputat vurğulayıb ki, sözügedən proses valideynlər üçün dərs olmalıdır:
“Bütün bu faktlar və əvvəllər də baş vermiş barışmaz və neqativ hallarla mübarizədə Dövlət İmtahanları Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesdə peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, bu proses valideynlər üçün də mühüm mesajdır. Onlar avantürist vədlərə inanaraq bu cür qanunsuz yollara qoşulmamalıdırlar. Əgər övladların biliyi zəifdirsə, valideynlər peşə təhsili müəssisələrinə üstünlük verməlidirlər. Peşə təhsilinə hazırda böyük tələbat var”.
Həmin tələbələr universitetdən xaric ediləcək – AÇIQLAMA
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri bəzi abituriyentlərin cavablarını şübhəli hesab edib. Araşdırmalar nəticəsində Gəncə şəhərində keçirilən qəbul imtahanında bir qrup abituriyentin üzərində qadağan olunmuş texniki vasitələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Kamran Əsədov və digər təqsirləndirilən şəxslər abituriyentlərin imtahanlardan asan keçməsi üçün onlardan pul alaraq qadağan olunmuş cihazlardan istifadə etməyə kömək göstəriblər.Belə olan halda həmin tələbələrin aqibəti necə olacaq? Əgər ötən illərdə də belə hallar baş veribsə, artıq məzun olmuş şəxslərin diplomları ləğv olunacaqmı?
Duzxeber.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev Azxeber.com-a açıqlamasında deyib ki, qanunsuz əməllər törədən abituriyentlərin imtahan nəticələri ləğv olunur:
“Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 193 nömrəli qərarı ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Həmin qərarda açıq şəkildə göstərilir ki, abituriyent imtahana kalkulyator, elektron cihazlar, köçürmə vərəqləri, cədvəllər və digər qadağan olunmuş vasitələrlə daxil olarsa, onun imtahan nəticələri şübhəsiz ləğv edilir. Bu proses çərçivəsində adı çəkilən abituriyentlərin nəticələri birbaşa ləğv olunacaq. Əgər həmin şəxslər artıq tələbə adı qazanıblarsa, universitetlərdən xaric ediləcəklər. Çünki onlar saxta yolla və dövlət qanunlarını pozaraq ali təhsil müəssisələrinə daxil olublar”.
Sabiq deputat vurğulayıb ki, sözügedən proses valideynlər üçün dərs olmalıdır:
“Bütün bu faktlar və əvvəllər də baş vermiş barışmaz və neqativ hallarla mübarizədə Dövlət İmtahanları Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesdə peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, bu proses valideynlər üçün də mühüm mesajdır. Onlar avantürist vədlərə inanaraq bu cür qanunsuz yollara qoşulmamalıdırlar. Əgər övladların biliyi zəifdirsə, valideynlər peşə təhsili müəssisələrinə üstünlük verməlidirlər. Peşə təhsilinə hazırda böyük tələbat var”.
Oxşar xəbərlər
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı



