25.07.2026
ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur. Ancaq saziş iki ölkənin enerji nazirləri tərəfindən imzalandıqdan sonra ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək.
DuzXeber.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur. Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahu İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir.
Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ-la imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dakı yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-a ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər.
Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır? Çünki Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dan əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”, - politoloq vurğulayıb.
ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı
ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur. Ancaq saziş iki ölkənin enerji nazirləri tərəfindən imzalandıqdan sonra ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək.DuzXeber.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur. Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahu İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir.
Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ-la imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dakı yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-a ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər.
Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır? Çünki Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dan əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”, - politoloq vurğulayıb.
Oxşar xəbərlər
-
26.05.2026Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərtini açıqladı -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı
-
6.08.2026DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
-
6.08.2026Qızıl bahalaşdı
-
6.08.2026Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
-
6.08.2026Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
-
6.08.2026“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır
-
6.08.2026Bakıda ticarət mərkəzində faciə – Ölən var
-
6.08.2026Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?



