28.07.2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Leyla Şövkətli-Mənsimlinin qəbul etdiyi qətnamə iş materiallarında olan rəsmi sənədlərlə məhkəmənin gəldiyi nəticə arasında ciddi ziddiyyətlər yaradıb.
DuzXeber.az: Söhbət Ramil Aslanovun Moskva və Ümumrusiya Patriarxı Kirilə ünvanladığı müraciətdən, həmin müraciətdə yer alan məlumatlardan və bu məlumatlara görə qaldırılmış şərəf və ləyaqətin müdafiəsi iddiasından gedir.
Məhkəmə Ramil Aslanovun müraciətində Dionisiy Sveçnikov barəsində qeyd etdiyi məlumatları “həqiqətə uyğun olmayan, yalan, şərəf və ləyaqəti ləkələyən məlumatlar” kimi qiymətləndirib, onların təkzib edilməsinə və hər iki iddiaçıya 1000 manat mənəvi zərər ödənilməsinə qərar verib.
Lakin qətnamənin özündə göstərilən dövlət sənədləri bu nəticəni ən azı ciddi şəkildə mübahisələndirir.
Daxili işlər orqanlarının sənədlərində açıq yazılır...
İş materiallarında Nəsimi Rayon Polis İdarəsinin rəsmi məktubları mövcuddur.
Həmin sənədlərdə açıq şəkildə göstərilir ki, Dionisiy Sveçnikov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə istintaq olunmuş 180070318 nömrəli cinayət işi 11 yanvar 2019-cu ildə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.
09 aprel 2026-cı il tarixli cavabda da eyni məlumat təkrar təsdiq olunur: cinayət işi mövcud olub və aidiyyəti üzrə başqa istintaq orqanına göndərilib.
Bu, sosial şəbəkə şərhi deyil.
Bu, anonim məlumat deyil.
Bu, cavabdehin şəxsi ehtimalı da deyil.
Bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sisteminə daxil olan polis orqanının rəsmi yazılı cavabıdır.
Belə olan halda əsas sual meydana çıxır:
- Hakim hansı hüquqi əsasla rəsmi dövlət sənədində cinayət işinin aparıldığı göstərildiyi halda, “cinayət işinin açılması faktı təsdiqini tapmayıb” nəticəsinə gəlib?
- Qətnamədə hakim özü sənədi sadalayır, sonra onun məzmununu sanki görmədiyi kimi qərarlar qəbul edir. Burda isə suallar yaranır niyə və hansı səbəbdən?
Qətnamənin ən ciddi ziddiyyəti budur.
Hakim bir tərəfdən iş materiallarında Nəsimi RPİ-nin məktubunun olduğunu, həmin məktubda Dionisiy Sveçnikov barədə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə istintaq aparılmış işin Bakı Şəhər Baş Polis İdarəsinə göndərildiyini qeyd edir.
Digər tərəfdən isə qərarın sonrakı hissəsində yazır ki, polis idarələri işi bir-birinə göndərdiklərini bildirdiyinə görə sorğuya cavab alınmayıb və nəticədə Sveçnikov barəsində cinayət işinin açılması faktı təsdiqlənməyib.
Bu yanaşma hüquqi qiymətləndirmədən daha çox sənədin məzmununun daraldılması təsiri bağışlayır.
Çünki polis orqanının cavabı “bizdə məlumat yoxdur” demir.
Cavabda konkret cinayət işinin nömrəsi, maddəsi və aidiyyəti üzrə göndərildiyi tarix göstərilir.
Məhkəmənin həmin məktubu “sorğuya cavab verilməməsi” kimi təqdim etməsi sənədin faktiki məzmunu ilə uyğunlaşmır.
Burada mühüm hüquqi fərq var.
Cinayət işinin başlanması və istintaq aparılması şəxsin təqsirli olması demək deyil. Təqsir yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir.
Ancaq mübahisənin predmeti də bu deyildi.
Ramil Aslanovun mövqeyi ondan ibarət idi ki, belə bir məsələ mediada yayılıb və hüquq-mühafizə orqanlarında araşdırılıb. DİN sənədləri ən azı cinayət işinin və istintaqın mövcudluğunu təsdiqləyirsə, həmin məlumatın tamamilə uydurma və heç bir faktiki əsası olmayan fikir kimi qiymətləndirilməsi necə mümkün olub?
Hakim bu fərqi aydın şəkildə ayırmalı idi:
* bir məsələdir, cinayət işinin mövcudluğu;
* başqa məsələdir, şəxsin təqsirinin sübut olunması;
* tamamilə başqa məsələdir, vətəndaşın rəsmi dövlət sənədinə və açıq mənbələrə əsaslanan müraciətinin böhtan kimi qiymətləndirilməsi.
Qətnamədə isə bu üç anlayış bir-birinə qarışdırılıb.
Qətnamədə DİN-in 05 mart 2026-cı il tarixli arayışına istinad edilərək Sveçnikovun məhkumluğunun olmadığı göstərilir.
Lakin məhkumluğun olmaması cinayət işinin heç vaxt başlanmaması demək deyil.
Şəxs barəsində cinayət işi başlanıla, istintaq aparıla, sonradan işə xitam verilə, şəxs şahid, şübhəli və ya başqa prosessual statusda ola bilər. Bunların heç biri avtomatik olaraq məhkumluq yaratmır.
Buna görə də “məhkumluğu yoxdur” arayışını “barəsində cinayət işi olmayıb” nəticəsinin əsasına çevirmək hüquqi baxımdan qənaətbəxş görünmür.
Əksinə, məhkəmə cinayət işinin yekun statusunu müəyyən etməli idi:
* İşə xitam verilibmi?
* Kim barəsində?
* Hansı əsasla?
* Sveçnikovun həmin işdə prosessual statusu nə olub?
* İş materiallarında onun adı varmı?
* İstintaqın yekun qərarı hansıdır?
Bu suallar cavablandırılmadan “fakt təsdiqlənmədi” nəticəsinə gəlmək işin tam və hərtərəfli araşdırılması prinsipinə uyğun görünmür.
Hakim əsas sübutu sonadək tələb etməməsi cəmiyyətdə birmənalı qarşılanmayıb...
Qətnamədən görünür ki, məhkəmə cinayət işi ilə bağlı sorğular verib. Lakin polis orqanları işin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərildiyini bildirib.
Bu halda məhkəmənin görməli olduğu iş sadə idi: işi faktiki saxlayan orqandan yekun prosessual qərar, işin statusu və aidiyyəti məlumatlar tələb olunmalı idi.
Əvəzində hakim sənədin başqa orqana göndərildiyini əsas götürərək “cavab alınmadı” nəticəsinə gəlib.
- Əgər sübutun yerləşdiyi dövlət orqanı bəllidirsə, məhkəmə həmin sübutu tələb etmədən necə yekun qənaətə gələ bilər?
Mülki Prosessual Məcəllənin məntiqinə görə, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirməlidir. Sadəcə sorğu göndərmək kifayət deyil; alınan cavab yeni ünvanı göstərirsə, araşdırma həmin ünvanda davam etdirilməlidir.
Bu edilməyibsə, ortaya çıxan nəticə sübutun olmamasından deyil, sübutun sonadək araşdırılmamasından qaynaqlanır.
Digər ciddi məsələ müraciətin yayılma dairəsidir.
Ramil Aslanovun məktubu açıq sosial şəbəkədə, mediada və ya qeyri-müəyyən şəxslər arasında yayılmayıb. Məktub dini iyerarxiyanın yuxarı rəhbərinə - Patriarx Kirilə ünvanlanıb.
Cavabdeh tərəfin mövqeyinə görə, bu, dini qurum daxilindəki problemlərlə bağlı yuxarı instansiyaya şikayət xarakterli müraciət idi.
Azərbaycan Konstitusiyasının 57-ci maddəsi vətəndaşın dövlət və digər qurumlara müraciət etmək hüququnu tanıyır. Vətəndaşın mövcud məlumatlara əsaslanaraq səlahiyyətli və ya yuxarı quruma şikayət etməsi ilə həmin məlumatı ictimaiyyət arasında yayması eyni hüquqi məna daşımır.
Hakim bu fərqi daha ciddi əsaslandırmalı idi.
Çünki hər bir şikayət məktubunun sonradan “yayılmış məlumat” kimi qəbul edilməsi və müəllifin mənəvi zərərə məhkum edilməsi vətəndaşların müraciət hüququna çəkindirici təsir göstərə bilər.
Qətnamədə mediada dərc edilmiş materiallarda Sveçnikovun adının konkret göstərilmədiyi, xəbərlərin ümumi xarakter daşıdığı qeyd olunur.
Bu arqument müəyyən qədər müzakirə oluna bilər.
Lakin eyni anda rəsmi polis məktubunda Sveçnikovun adı, cinayət işinin nömrəsi və maddəsi konkret göstərilir.
Yəni media materiallarının ümumiliyini əsas gətirmək mümkün olsa da, rəsmi DİN sənədinin konkretliyini görməməzliyə vurmaq mümkün deyil.
Hakim açıq mənbələri kifayət saymaya bilərdi. Ancaq bu halda rəsmi dövlət sənədi daha böyük əhəmiyyət qazanmalı idi. Qətnamədə isə bunun əksi baş verib: həm media materialları kənara qoyulub, həm də DİN sənədləri həlledici qiymət almadan nəticə çıxarılıb.
Hakim Leyla Şövkətli-Mənsimlinin qətnaməsi aşağıdakı sualları cavabsız qoyur:
- Birincisi, DİN-in rəsmi məktubunda cinayət işinin nömrəsi və maddəsi göstərildiyi halda, hansı əsasla işin açılması faktı təsdiqlənməmiş hesab olunub?
- İkincisi, cinayət işinin Bakı Şəhər Baş Polis İdarəsinə göndərildiyi məlum olduğu halda, yekun prosessual qərar niyə həmin orqandan tələb edilməyib?
- Üçüncüsü, məhkumluğun olmaması niyə cinayət işinin olmaması ilə eyniləşdirilib?
- Dördüncüsü, yuxarı dini rəhbərliyə ünvanlanmış şikayət hansı əsasla ictimai yayım kimi qiymətləndirilib?
- Beşincisi, cavabdehin məlumatı tamamilə uydurmadığını göstərən rəsmi sənədlər niyə qətnamənin nəticəsinə təsir etməyib?
- Altıncısı, məhkəmə dövlət orqanının sənədini kifayət hesab etmirdisə, bunun konkret hüquqi səbəblərini niyə açıq və inandırıcı şəkildə əsaslandırmayıb?
Nəticə etibari ilə sənəd var, amma qətnamədə onun hüquqi çəkisinə əhəmiyyət verməyib...
Bu iş üzrə təqdim olunan sənədlər hakimə qarşı şəxsi ittiham irəli sürmək üçün deyil, qəbul edilmiş qətnamənin əsaslandırılmasını ciddi şəkildə sorğulamaq üçün kifayətdir.
Məhkəmə qərarı yalnız nəticədən ibarət olmamalıdır. Qərar tərəflərə, cəmiyyətə və yuxarı instansiyaya göstərməlidir ki, hansı sübut niyə qəbul edilib, hansı sübut niyə rədd olunub və nəticə hansı məntiqi-hüquqi ardıcıllıqla çıxarılıb.
Bu işdə isə DİN-in rəsmi sənədləri qətnamədə sadalanır, lakin onların məzmunundan irəli gələn ən mühüm nəticə nəzərə alınmır.
Belə bir vəziyyətdə əsas sual artıq Ramil Aslanovun məktubundan çox, məhkəmə araşdırmasının keyfiyyəti ilə bağlıdır:
- Hakim dövlət orqanının rəsmi sənədini niyə görməzdən gələn nəticəyə gəlib?
Apellyasiya instansiyasının qarşısında duran əsas vəzifə də məhz budur: emosional iddiaları deyil, sənədləri üz-üzə qoymaq, DİN məktublarının həqiqi sübut dəyərini müəyyən etmək və birinci instansiyanın qətnaməsindəki açıq ziddiyyətlərə hüquqi cavab vermək.(xebermedia.info)
Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Leyla Şövkətli-Mənsimlinin qəbul etdiyi qətnamə iş materiallarında olan rəsmi sənədlərlə məhkəmənin gəldiyi nəticə arasında ciddi ziddiyyətlər yaradıb.DuzXeber.az: Söhbət Ramil Aslanovun Moskva və Ümumrusiya Patriarxı Kirilə ünvanladığı müraciətdən, həmin müraciətdə yer alan məlumatlardan və bu məlumatlara görə qaldırılmış şərəf və ləyaqətin müdafiəsi iddiasından gedir.

Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...