Canlı yayım
24-12-2025, 16:30

“Referans” klinikasında icazəsiz tibb fəaliyyəti aşkar edilib

Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib.


Duzxeber.az-ın   Teleqraf-dan əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib.


Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.


Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib.


Qeyd edək ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.


Xəbər lenti