Gəncənin mərkəzə yaxın ərazisində bir yol var ki, onun vəziyyəti artıq sadəcə yol problemi deyil, uzun illərdir həll olunmayan biganəliyin göstəricisinə çevrilib.
Söhbət Gəncə şəhərində KTV-nin yaxınlığında, sakinlərin “Türkün pivonoyu” adlandırdığı ərazidə, avtomobillərin artezian suyu doldurduğu məntəqənin, Fikrət Əmirov adına parkın yaxınlığında yerləşən dördyoldan gedir. Yolun yaxınlığında böyük parkın yerləşməsi də həmin ərazidə hərəkətin kifayət qədər intensiv olduğunu göstərir.
Ən təəccüblüsü isə odur ki, bu yolun vəziyyəti 10 ildən artıqdır dəyişmir. Yol çala-çuxur içərisindədir, asfalt örtüyü demək olar ki, sıradan çıxıb. Sürücülər hər gün avtomobillərini bu çuxurlardan keçirməyə məcbur olurlar.
Vəziyyət o həddə çatıb ki, sakinlər artıq problemi öz imkanları hesabına həll etməyə çalışırlar. Evlərində təmir aparan insanlar gips, beton və digər tikinti qalıqlarını gətirib yoldakı çala-çuxurlara tökürlər ki, heç olmasa avtomobillər keçə bilsin. Ancaq bu “təmir” bir neçə gün davam edir və yol yenidən əvvəlki vəziyyətinə qayıdır.
Bu mənzərə bir çox suallar doğurur: Bir şəhər yolunun təmirini sakinlər öz üzərinə götürməlidirlərmi? İnsanlar nə vaxta qədər evlərindən çıxan tikinti tullantıları ilə şəhərin yollarını düzəltməyə çalışacaqlar?
Yolun vəziyyəti avtomobil sahiblərinə də ciddi ziyan vurur. Dərin çala və çuxurlardan məcburi keçid avtomobillərin asqı sisteminin, təkərlərinin və digər hissələrinin sıradan çıxmasına səbəb olur. Yağışlı havalarda isə problem daha da böyüyür. Çuxurlar su ilə dolur və yol gölməçəyə çevrilir. Sürücü isə suyun altında hansı çuxurun və nə qədər dərin olduğunu görə bilmir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib. Lakin illərdir nəticə yoxdur. Əgər müraciətlər həqiqətən aidiyyəti şəxslərə çatdırılıbsa, o zaman ortaya daha ciddi sual çıxır: Nə üçün bu qədər uzun müddət ərzində bir yolun təmiri mümkün olmayıb?
Sakinlərin istədiyi nə xüsusi imtiyaz, nə də qeyri-adi bir tələbdir. Onlar sadəcə yaşadıqları şəhərdə normal və təhlükəsiz yoldan istifadə etmək istəyirlər.
Gəncə böyük və qədim şəhərdir. Şəhərin müxtəlif hissələrində abadlıq və quruculuq işləri aparıldığı halda, mərkəzə yaxın ərazidə bir yolun 10 ildən artıq müddətdə bu vəziyyətdə qalması ciddi şəkildə araşdırılmalıdır.
Aidiyyəti qurumların və xüsusilə şəhərin təsərrüfat sahəsinə cavabdeh şəxslərin bu məsələyə münasibət bildirməsi, yolun yerində araşdırılması və nəhayət, problemin köklü şəkildə həll edilməsi gözlənilir.
Sakinlər artıq vəd deyil, nəticə gözləyirlər. Bu yolun daha neçə il belə qalacağı isə açıq sual olaraq qalır.(Axs.az)
Video da əlavə olunur.
https://youtube.com/shorts/rRYfjr9Jufg?feature=shared
Gündəm / Manşet
Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
Gündəm / Mədəniyyət / Üst xəbər
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Gündəm / Cəmiyyət
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı
Gündəm / Sosial
Himayədar ailə olmaq istəyənlərə ŞAD XƏBƏR
Gündəm / Sosial
Fransada baş örtüyü qadağasına qarşı etiraz - Sosial mediada yeni trend
Gündəm / Üst xəbər
3 uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
Gündəm / Cəmiyyət
Sabah hava necə olacaq?
Gündəm / Dünya
İrəvanın bu arzusu tezliklə yox olacaq - Lavrov
Gündəm / Sosial
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
Gündəm / Manşet
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Gündəm
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı
Gündəm / Cəmiyyət / Üst xəbər
ÜST-dən epidemiya həyəcanı: Sürətlə yayılır...
Gündəm / Hadisə
Şimali Kiprdə gəmi qəzası: 3 Azərbaycan vətəndaşı saxlanıldı
Gündəm / Manşet
Bakı–Tbilisi qatarına saxta biletlər satılır – Xəbərdarlıq
Gündəm / Sosial
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Gündəm / Hadisə