Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.
Nazirlikdən DuzXeber.az-a verilən məlumata görə, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.
Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla başa vuran himayədar valideyn-namizədlər Nazirlik tərəfindən minimum müddəti 3 gündən az olmayan təlimlərə cəlb edilirlər.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq.
Təlimin sonunda aparılmış qiymətləndirmədə müsbət nəticəsi olan himayədar valideyn-namizədlərin istəkləri nəzərə alınmaqla, onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılaraq 7 iş günündən 5 iş gününə endirilib.
Himayədar ailə prosesinin mərhələlərinin (müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya himayədar valideyn-namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması) hər birinin nəticəsi üzrə operativ və optimal qərarların qəbul edilməsi müddəti də artıq konkretləşdirilərək 3 iş günü müəyyən edilib.
Bu son dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesinin daha qısa müddətdə tamamlanmasına, bunun üçün minimal müddətin azalaraq 2 həftəyə enməsinə imkan yaradır.
Qeyd olunub ki, himayədar ailə institutu müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı ilə əhatə olunmasında, onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.
Gündəm / Sosial
Himayədar ailə olmaq istəyənlərə ŞAD XƏBƏR
Gündəm / Manşet
Bu çayları alanlara ciddi xəbərdarlıq – Səssizcə öldürür
Gündəm / Sosial
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Gündəm / Cəmiyyət
Bakının mərkəzində 15 bina SÖKÜLƏCƏK - ÜNVANLAR
Gündəm / Manşet
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda - VİDEO
Gündəm / Cəmiyyət
Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Gündəm / İdman
“Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
Gündəm / Sosial
Çıxarışı olmayan mənzillərlə bağlı xəbərdarlıq
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Dünya
ABŞ ordusunda araşdırma: COVID vaksini hərbçilərin ölümünə səbəb olub?
Gündəm / Manşet
“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
Gündəm / Hadisə
Yanacaq daşıyan avtomobil qəza törətdi
Gündəm / Dünya
"Arxadan vurulan zərbə" bu dəfə Almaniyada - Mertsə qarşı pərdəarxası plan
Gündəm / Təhsil / Üst xəbər / Manşet
Təhsil sistemi niyə hələ də məktəblərin acınacaqlı mənzərəsindən xilas ola bilmir? — Goranboy hadisəsi daha böyük problemin göstəricisidir
Gündəm / Manşet
Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz DƏYİŞİKLİK
Gündəm / Hadisə
Dərmandan zəhərlənən qadın öldü
Gündəm / Cəmiyyət
Bakıda Bal Yarmarkası başlayır
Gündəm / Cəmiyyət
Bakıda bu yol tam bağlanır
Gündəm / Dünya
Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı
Gündəm / Cəmiyyət
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Gündəm / Təhsil
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb
Gündəm / Səhiyyə / Manşet
“Xətai Estetik Klinikası” ilə bağlı yeni açıqlama: Adıçəkilən həkimlər klinikada çalışmayıblar
Gündəm / Təhsil
İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
Gündəm / Sosial
MİDA güzəştli mənzillərin satışına BAŞLADI
Gündəm / İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Gündəm / Üst xəbər
“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif
Gündəm / Təhsil
Onlayn dərsə keçən məktəblərin SİYAHISI
Gündəm / Hadisə
Lənkəranda faciə: Nərdivandan yıxlıb öldü
Gündəm / Hadisə
Bakıda avtomobil ağaca çırpıldı, ölən var
Gündəm / Dünya
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Gündəm / Manşet
