26.12.2025
Duzxeber.az: Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb. Bu il dekabrın 1-nə olan göstəricilərə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.
Bəs problemli kreditlər nə üçün artır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ümumilikdə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə artıb:
“Qeyri-işlək kreditlərin payı əvvəl 2,4 faiz idisə, hazırda 2,8 faizə yüksəlib. Tərkibinə baxılan zaman görünür ki, ipoteka kreditlərində isə azalma müşahidə edilir. Belə ki, ipoteka kreditləri üzrə qeyri-işlək portfel 0,8 faizdən 0,7 faizə düşüb. Biznes kreditlərində artım müşahidə edilib. Göstərici 2,5 faizdən 2,8 faizə yüksəlib. Ən yüksək sürət istehlak kreditlərində qeydə alınır. Belə ki, bu göstərici 2,9 faizdən 3,6 faizə yüksəlib. Yəni ümumi kredit portfelinin 3,6 faizi istehlak kreditləri üzrə problemli hala çevrilib. Bu tendensiya arzuolunan olmasa da, vəziyyət kritik hesab edilmir. Yaxşı olar ki, hər kəs öhdəliklərini vaxtında icra etsin. Qeyd edək ki, hazırkı rəqəmlərdə müəyyən mənfi dinamika müşahidə olunsa da, bu göstəricilər ciddi risk səviyyəsi kimi qiymətləndirilmir. Hətta problemli kreditlərin ümumi portfeldə payının 2,8 faizə yüksəlməsinə baxmayaraq, göstəricinin 3 faizdən aşağı qalması müsbət amil hesab olunur. Müqayisə üçün deyək ki, 2021-ci ildə qeyri-işlək portfel 4,5%, 2022-ci ildə 3,8 % təşkil edib. Mövcud göstəricilər ümumilikdə normal səviyyə kimi dəyərləndirilə bilər”.
X. Kərimli bildirib ki, göstəricilərin artmasının iki əsas səbəbi var: “Birinci səbəb inflyasiyanın, xüsusilə də ərzaq inflyasiyasının kifayət qədər sürətli olmasıdır ki, bu da əhalinin xərclərinin artmasına gətirib çıxarır. İkinci amil isə faiz dərəcələrinin kəskin yüksəlməsidir. Son iki ildə faiz dərəcələri orta hesabla 3–4 faiz artıb. Əvvəllər biznes kreditləri 10–12 faizlə təqdim olunurdusa, hazırda bu göstərici 15–16 faizə yüksəlib. Bu da biznes kreditləri üzrə faiz dərəcələrinin təxminən 25 faiz artması deməkdir. Oxşar dinamika istehlak kreditlərində də müşahidə olunur. Belə ki, əvvəllər 18–19 faizlə verilən istehlak kreditləri hazırda 25–30 faizlə təklif edilir ki, bu da əhalinin maliyyə vəziyyətinə mənfi təsir göstərir”.
İqtisadçı onu da əlavə edib ki, bu məsələdə Mərkəzi Bank kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirir: “Kredit kartlarına limitlər təyin edilib və bu kimi addımlar atılıb. Hazırkı vəziyyət isə çox da mənfi mənzərə yaratmır”.
Problemli kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA
Duzxeber.az: Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb. Bu il dekabrın 1-nə olan göstəricilərə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.Bəs problemli kreditlər nə üçün artır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ümumilikdə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə artıb:
“Qeyri-işlək kreditlərin payı əvvəl 2,4 faiz idisə, hazırda 2,8 faizə yüksəlib. Tərkibinə baxılan zaman görünür ki, ipoteka kreditlərində isə azalma müşahidə edilir. Belə ki, ipoteka kreditləri üzrə qeyri-işlək portfel 0,8 faizdən 0,7 faizə düşüb. Biznes kreditlərində artım müşahidə edilib. Göstərici 2,5 faizdən 2,8 faizə yüksəlib. Ən yüksək sürət istehlak kreditlərində qeydə alınır. Belə ki, bu göstərici 2,9 faizdən 3,6 faizə yüksəlib. Yəni ümumi kredit portfelinin 3,6 faizi istehlak kreditləri üzrə problemli hala çevrilib. Bu tendensiya arzuolunan olmasa da, vəziyyət kritik hesab edilmir. Yaxşı olar ki, hər kəs öhdəliklərini vaxtında icra etsin. Qeyd edək ki, hazırkı rəqəmlərdə müəyyən mənfi dinamika müşahidə olunsa da, bu göstəricilər ciddi risk səviyyəsi kimi qiymətləndirilmir. Hətta problemli kreditlərin ümumi portfeldə payının 2,8 faizə yüksəlməsinə baxmayaraq, göstəricinin 3 faizdən aşağı qalması müsbət amil hesab olunur. Müqayisə üçün deyək ki, 2021-ci ildə qeyri-işlək portfel 4,5%, 2022-ci ildə 3,8 % təşkil edib. Mövcud göstəricilər ümumilikdə normal səviyyə kimi dəyərləndirilə bilər”.
X. Kərimli bildirib ki, göstəricilərin artmasının iki əsas səbəbi var: “Birinci səbəb inflyasiyanın, xüsusilə də ərzaq inflyasiyasının kifayət qədər sürətli olmasıdır ki, bu da əhalinin xərclərinin artmasına gətirib çıxarır. İkinci amil isə faiz dərəcələrinin kəskin yüksəlməsidir. Son iki ildə faiz dərəcələri orta hesabla 3–4 faiz artıb. Əvvəllər biznes kreditləri 10–12 faizlə təqdim olunurdusa, hazırda bu göstərici 15–16 faizə yüksəlib. Bu da biznes kreditləri üzrə faiz dərəcələrinin təxminən 25 faiz artması deməkdir. Oxşar dinamika istehlak kreditlərində də müşahidə olunur. Belə ki, əvvəllər 18–19 faizlə verilən istehlak kreditləri hazırda 25–30 faizlə təklif edilir ki, bu da əhalinin maliyyə vəziyyətinə mənfi təsir göstərir”.
İqtisadçı onu da əlavə edib ki, bu məsələdə Mərkəzi Bank kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirir: “Kredit kartlarına limitlər təyin edilib və bu kimi addımlar atılıb. Hazırkı vəziyyət isə çox da mənfi mənzərə yaratmır”.
Oxşar xəbərlər
-
23.12.2025MTK-ların yeni kredit hiyləsi - ev alanlar oxusun! -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
13.12.2025Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO) -
5.12.2025Maaşlar 9,5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



