Son illərdə bank xidmətlərinin rəqəmsallaşması onlayn kreditlərin geniş yayılmasına səbəb olub. Lakin bu imkanlarla yanaşı, vətəndaşların fərdi məlumatlarından istifadə etməklə onların adından kredit rəsmiləşdirilməsi kimi hüquqi risklər də artıb.
DuzXeber.az xəbər verir ki, Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalara əsasən, banklar onlayn xidmətlər zamanı gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.
Məhkəmə təcrübəsində bəzi hallarda üçüncü şəxslərin vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirdiyi və vəsaiti öz hesablarına köçürdüyü mübahisələrə rast gəlinir.
Hüquqi baxımdan isə dələduzluq faktının mövcudluğu avtomatik olaraq kredit müqaviləsinin etibarsız sayılması demək deyil. Məhkəmə hər bir iş üzrə bankın qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan digər sübutları birlikdə qiymətləndirir.
Bu səbəbdən vətəndaşlara FIN kodunu, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS təsdiq kodlarını və bank tətbiqinə giriş məlumatlarını digər şəxslərlə paylaşmamaq tövsiyə olunur. Biometrik məlumatların təhlükəsizliyi də təmin edilməlidir.
Həmçinin mobil nömrə dəyişdirildikdə bu barədə banka dərhal məlumat verilməli, bank hesabları və bildirişlər mütəmadi yoxlanılmalıdır. Şübhəli zəng və mesajlara cavab verməkdən çəkinmək vacibdir.
Adına xəbəri olmadan kredit rəsmiləşdirildiyini aşkar edən şəxslər isə dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Mütəxəssislər bildirirlər ki, onlayn kreditlərin təhlükəsizliyi yalnız bankların tətbiq etdiyi texniki qorunma tədbirlərindən deyil, vətəndaşların şəxsi məlumatlarının mühafizəsinə nə dərəcədə diqqətlə yanaşmasından da asılıdır.\\yenisabah.az
Gündəm / Sosial
Bir kodla həyatınız alt-üst ola bilər - ŞOK
Gündəm / Təhsil
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Gündəm / Manşet
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Gündəm / Dünya
Minlərlə rus 5 ölkəyə girəcək – Tarix verildi, siyahıda Azərbaycan da var
Gündəm / Dünya
ABŞ-ın 2 hərbi gəmisinə və 8 tankerə zərbələr endirildi
Gündəm / Təhsil / Manşet
Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?
Gündəm / Dünya
12 ölkədən İsrailə ticarət qadağası
Gündəm / İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
Gündəm / Sosial
2027-ci illə bağlı Vanqanın proqnozu
Gündəm / Cəmiyyət
Meyvə-tərəvəz bol olacaq, lakin qiymətlər... - Xəbərdarlıq
Gündəm / Hadisə
Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq öldü
Gündəm / Üst xəbər
AAYDA Hövsan sakinlərini belə aldadır
Gündəm / Hadisə
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Gündəm / Dünya
Trampın paylaşımı İslandiyanı qəzəbləndirdi: ABŞ səfiri nazirliyə çağrıldı - FOTO
Gündəm / Hadisə
"Gənclik Moll"da həyəcan siqnalı: sakinlər təxliyə edildi - Video
Gündəm / Üst xəbər
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
Gündəm / Dünya
Ermənistandan Rusiya ilə bağlı gözlənilməz QƏRAR - Nə baş verir?
Gündəm / Səhiyyə
Bu cərrahlarla bağlı qərar verildi
Gündəm / Hadisə
"Toyota” pilləyə çırpıldı: sürücü belə xilas edildi - Video
Gündəm / Hadisə
Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü
Gündəm / Sosial
Bir kodla həyatınız alt-üst ola bilər - ŞOK
Gündəm / Hadisə
Sahildə qadın meyiti tapıldı - VİDEO
Gündəm / Dünya
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?
Gündəm / Üst xəbər
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
Gündəm / Dünya
Sürətlə yayılan epidemiya 81 nəfərin ölümünə səbəb oldu
Gündəm / Siyasət
Prezident sərəncam imzaladı
Gündəm / Təhsil
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
Gündəm / Üst xəbər
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Gündəm / Sosial / Üst xəbər
Zəng etməzdən əvvəl bir daha DÜŞÜNÜN: Cərimə olunacaqsınız
Gündəm / Cəmiyyət
Bu şəxslər pensiya ala bilməyəcək
Gündəm / İdman