26-12-2025, 17:17
Nazirlər Kabineti tərəfindən ölkədə informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması ilə bağlı Qayda təsdiq edilib.
Duzxeber.az xəbər verir ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidləri və riskləri qiymətləndirmək, riskə səbəb ola biləcək hadisələri əvvəlcədən müəyyən etmək, həyata keçirilməli qabaqlayıcı tədbirləri proqnozlaşdırmaq və bütün məlumatları reyestrdə toplamaq məqsədilə sözügedən qayda təsdiq edilib. Qaydaya əsasən dövlət orqanları (qurumları) öz informasiya məkanlarının təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması üzrə fəaliyyətlərinin səmərəli təşkili üçün risklər reyestrlərini formalaşdırmalıdırlar.
Qaydanın tələbləri dövlət orqanları (qurumları) üçün məcburidir və onlarda Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə aparılan nəzarətin predmetini təşkil edir.
Eyni zamanda, müvafiq qərarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Təhdidlər və həllər” kataloqunun yaradılması, onun daima yenilənməsi, o cümlədən dövlət qurumlarında risklər reyestri formalaşdırıldıqdan sonra onların təsdiq olunmuş qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinin aparılması tapşırılıb.
İnformasiya təhlükəsizliyi üzrə risklər reyestrinin aparılması informasiya aktivlərinin qorunması sahəsində sistemli, ölçülə bilən və hüquqi baxımdan əsaslandırılmış idarəetmənin təmin edilməsi üçün zəruridir. Risklər reyestri qurumların informasiya təhlükəsizliyi mühitində mövcud olan təhdidlərin, zəifliklərin və potensial təsirlərin strukturlaşdırılmış şəkildə müəyyənləşdirilməsinə, sənədləşdirilməsinə və davamlı olaraq yenilənməsinə imkan yaradır.
Risklər reyestri ilk növbədə risklərin subyektiv qiymətləndirilməsinin qarşısını alır və qərar qəbuletmə prosesini faktlara əsaslanan müstəviyə keçirir. Bu sənəd vasitəsilə hər bir riskin mənbəyi, başvermə ehtimalı, mümkün zərər dərəcəsi və riskin qəbul edilə bilən olub-olmaması aydın şəkildə müəyyən olunur. Nəticə etibarilə, resursların bölgüsü təsadüfi deyil, prioritetləşdirilmiş risk yanaşmasına əsaslanır.
Hüquqi baxımdan risklər reyestri təşkilatın “lazımi ehtiyat tədbirləri görmə” öhdəliyinin icrasının sübutu kimi çıxış edir. İnformasiya təhlükəsizliyi insidenti, məlumat sızması və ya sistem pozuntusu baş verdiyi halda, risklərin əvvəlcədən müəyyən edilməsi və adekvat tədbirlərin planlaşdırılması təşkilatın məsuliyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. Bu, həm daxili nəzarət, həm də audit və yoxlama mexanizmləri üçün əsas istinad sənədidir.
Bundan əlavə, risklər reyestri normativ-hüquqi aktlara, daxili qaydalara və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində praktiki alət funksiyasını yerinə yetirir. Reyestrin aparılması informasiya təhlükəsizliyinin epizodik tədbirlər toplusu deyil, davamlı və dövri idarə olunan proses olduğunu təsdiqləyir. Risklərin vaxtaşırı yenidən qiymətləndirilməsi texnoloji dəyişikliklərə, yeni təhdidlərə və təşkilati transformasiyalara çevik reaksiya verməyə şərait yaradır.
Nəticə etibarilə, informasiya təhlükəsizliyi üzrə risklər reyestri təkcə texniki idarəetmə sənədi deyil, hüquqi məsuliyyətin bölüşdürülməsi, idarəetmə şəffaflığının artırılması və təşkilatın informasiya aktivlərinin qorunması üzrə mövqeyinin əsaslandırılması baxımından fundamental əhəmiyyətə malikdir.
Baş nazir bu qaydanı təsdiq etdi
Nazirlər Kabineti tərəfindən ölkədə informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması ilə bağlı Qayda təsdiq edilib.Duzxeber.az xəbər verir ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidləri və riskləri qiymətləndirmək, riskə səbəb ola biləcək hadisələri əvvəlcədən müəyyən etmək, həyata keçirilməli qabaqlayıcı tədbirləri proqnozlaşdırmaq və bütün məlumatları reyestrdə toplamaq məqsədilə sözügedən qayda təsdiq edilib. Qaydaya əsasən dövlət orqanları (qurumları) öz informasiya məkanlarının təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması üzrə fəaliyyətlərinin səmərəli təşkili üçün risklər reyestrlərini formalaşdırmalıdırlar.
Qaydanın tələbləri dövlət orqanları (qurumları) üçün məcburidir və onlarda Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə aparılan nəzarətin predmetini təşkil edir.
Eyni zamanda, müvafiq qərarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Təhdidlər və həllər” kataloqunun yaradılması, onun daima yenilənməsi, o cümlədən dövlət qurumlarında risklər reyestri formalaşdırıldıqdan sonra onların təsdiq olunmuş qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinin aparılması tapşırılıb.
İnformasiya təhlükəsizliyi üzrə risklər reyestrinin aparılması informasiya aktivlərinin qorunması sahəsində sistemli, ölçülə bilən və hüquqi baxımdan əsaslandırılmış idarəetmənin təmin edilməsi üçün zəruridir. Risklər reyestri qurumların informasiya təhlükəsizliyi mühitində mövcud olan təhdidlərin, zəifliklərin və potensial təsirlərin strukturlaşdırılmış şəkildə müəyyənləşdirilməsinə, sənədləşdirilməsinə və davamlı olaraq yenilənməsinə imkan yaradır.
Risklər reyestri ilk növbədə risklərin subyektiv qiymətləndirilməsinin qarşısını alır və qərar qəbuletmə prosesini faktlara əsaslanan müstəviyə keçirir. Bu sənəd vasitəsilə hər bir riskin mənbəyi, başvermə ehtimalı, mümkün zərər dərəcəsi və riskin qəbul edilə bilən olub-olmaması aydın şəkildə müəyyən olunur. Nəticə etibarilə, resursların bölgüsü təsadüfi deyil, prioritetləşdirilmiş risk yanaşmasına əsaslanır.
Hüquqi baxımdan risklər reyestri təşkilatın “lazımi ehtiyat tədbirləri görmə” öhdəliyinin icrasının sübutu kimi çıxış edir. İnformasiya təhlükəsizliyi insidenti, məlumat sızması və ya sistem pozuntusu baş verdiyi halda, risklərin əvvəlcədən müəyyən edilməsi və adekvat tədbirlərin planlaşdırılması təşkilatın məsuliyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. Bu, həm daxili nəzarət, həm də audit və yoxlama mexanizmləri üçün əsas istinad sənədidir.
Bundan əlavə, risklər reyestri normativ-hüquqi aktlara, daxili qaydalara və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində praktiki alət funksiyasını yerinə yetirir. Reyestrin aparılması informasiya təhlükəsizliyinin epizodik tədbirlər toplusu deyil, davamlı və dövri idarə olunan proses olduğunu təsdiqləyir. Risklərin vaxtaşırı yenidən qiymətləndirilməsi texnoloji dəyişikliklərə, yeni təhdidlərə və təşkilati transformasiyalara çevik reaksiya verməyə şərait yaradır.
Nəticə etibarilə, informasiya təhlükəsizliyi üzrə risklər reyestri təkcə texniki idarəetmə sənədi deyil, hüquqi məsuliyyətin bölüşdürülməsi, idarəetmə şəffaflığının artırılması və təşkilatın informasiya aktivlərinin qorunması üzrə mövqeyinin əsaslandırılması baxımından fundamental əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
-
18-12-2025, 14:002025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
15-12-2025, 17:27Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır -
15-12-2025, 17:00Prezidentdən idxal-ixrac, tranzit, nəqliyyat və logistika ilə bağlı FƏRMAN -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ! -
22-11-2025, 12:18Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
Dün, 00:04Horovlu yenidən doğulur: Quruculuq və rifahın yeni ünvanı
-
4-04-2026, 18:00Oğlunun toyunda başına daş düşən kişi öldü
-
4-04-2026, 17:45İranın cənubunda sement zavoduna zərbə endirildi
-
4-04-2026, 17:30Hörmüz boğazında İsrailə məxsus gəmiyə zərbə endirildi
-
4-04-2026, 17:16Dövlət qurumu bu dəfə də Vidadi Orucovun oğlunu seçdi – 97 minlik müqavilə
-
4-04-2026, 17:00“Tehran bu şərtlərdən narahatdır”
-
4-04-2026, 16:45Azərbaycanın yardım TIR-ları İrana keçdi - YENİLƏNİB
-
4-04-2026, 16:30Stadionda tribuna ÇÖKDÜ: ÖLƏN VAR
-
4-04-2026, 16:15Bu ölkədə dövlət çevrilişinə cəhd edildi
-
4-04-2026, 16:00NASA-dan tarixi kadr: Yer kürəsinin fotosunu ÇƏKİLİB
-
4-04-2026, 15:45ABŞ Rusiyanı QABAQLADI: Yenidən...
-
4-04-2026, 15:30Əlbir olub vətəndaşın 317 min manatını böldülər
-
4-04-2026, 15:15Bazar günü də yağış yağacaq
-
4-04-2026, 15:00Türkiyədə ağır qəza: ÖLƏNLƏR VAR
-
4-04-2026, 14:45Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?
-
4-04-2026, 14:30Ukraynada məşhur bazar VURULDU: ÖLƏNLƏR VAR
-
4-04-2026, 14:15ABŞ ordusu İrana DAXİL OLDU
-
4-04-2026, 14:00Selcan Süleymanlı dünyanın top universitetinə QƏBUL OLDU
-
4-04-2026, 13:50İki yaşlı uşaq dəm qazından öldü
-
4-04-2026, 13:30Ziya Məmmədov illər sonra belə göründü – FOTO
-
4-04-2026, 13:15Paşinyan seçkilərə hazırlaşır: "Vətəndaş müqaviləsi" qurultayının gündəliyi açıqlanıb
-
4-04-2026, 13:00Kommunal borcu olanların NƏZƏRİNƏ
-
4-04-2026, 12:45İrandan mühüm FƏRMAN
-
4-04-2026, 12:30Siyəzəndə 5 nəfər dəm qazından zəhərləndi - Yenilənib
-
4-04-2026, 12:15Azərbaycan manatının dövretmə sürəti azalıb
-
4-04-2026, 12:00"BakuBus"la minik maşını toqquşdu
-
4-04-2026, 11:45Azərbaycanda yeni MALL TİKİLİR
-
4-04-2026, 11:3015 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
-
4-04-2026, 11:15Hərbçi "Tərtər işi"nə görə bu qədər təzminat alacaq
-
4-04-2026, 11:00Türkiyədə zəlzələ oldu


