15.12.2025
Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Duzxeber.az xəbər verir ki, fərmana əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının "ağıllı" idarə edilməsi sisteminin tətbiqi məqsədilə "Bir pəncərə" informasiya sistemi yaradılacaq.
Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:
- tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;
- nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;
- sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;
- yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;
- daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;
- ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;
Sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operatoru funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) həyata keçirir.
Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında ölkənin normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.
Nazirlər Kabineti 9 ay müddətində Sistemin əsasnaməsinin layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, beynəlxalq təcrübəni nəzərə almaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, RİNN və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
RİNN Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməli, Sistemin Prezidentin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etməlidir.
RİNN iləı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Prezidentdən idxal-ixrac, tranzit, nəqliyyat və logistika ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.Duzxeber.az xəbər verir ki, fərmana əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının "ağıllı" idarə edilməsi sisteminin tətbiqi məqsədilə "Bir pəncərə" informasiya sistemi yaradılacaq.
Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:
- tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;
- nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;
- sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;
- yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;
- daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;
- ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;
Sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operatoru funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) həyata keçirir.
Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında ölkənin normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.
Nazirlər Kabineti 9 ay müddətində Sistemin əsasnaməsinin layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, beynəlxalq təcrübəni nəzərə almaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, RİNN və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
RİNN Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməli, Sistemin Prezidentin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etməlidir.
RİNN iləı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



