27.12.2025
Duzxeber.az: Vilyam Hacıyev qanunsuz əməllərinə görə həbs edildikdən sonra 2020-ci il may ayının 21-dən İmişli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini Rzayev Elçin Adil oğlu daşıyır.
Elə ilk addımlarından sələfinin ölənlərinə rəhmət oxutdurmağa başlayıb. Hamı elə bilirdi yeni icra başçısı özündən əvvəlkinin aqibətini göz önünə gətirib ibrət götürər. Amma bu heç də ondan geri qalmır. İndiyə kimi də necə başlayıbsa, elə də işləyir.
Elçin müəllim təyin olunan kimi qanun pozuntusunun siftəsini edərək qardaşı Şamil Rzayevi özünə köməkçi təyin edib. Bu da qanunvericiliyə ziddir. Bacısı oğlu Hafizi isə özünə sürücü götürüb. Yəni, tam bir ailə podratı.
Şamil Rzayev kreslosuna oturan kimi təşəbbüsü ələ alaraq fürsətdən istifadə etməyə başlayıb. Rayondakı bütün müəssisələrə “haqq” təyin edib. Beləliklə, “aylıq”lar hər ay Şamilin cibinə axıb. Şübhəsiz ki, bundan icra başıçısı olan qardaşı bixəbər olmayıb.
Şamilin “qara kassa”sına yığılan pulları birgə mənimsəyiblər. Gözləri o qədər doymayıb ki, Şamil Rzayev hətta bələdiyyə sədrlərindən də pul tələb edib. Yəqin elə bilirmiş bələdiyyələr İcra Hakimiyyətinə tabedir.
Bir müddət keçəndən sonra İmişli icra başçısı Elçin Rzayev qardaşının özbaşınalığının rayon sakinləri, sahibkarlar, idarə, təşkilatlar daxilində yaratdığı narazılığın dərinləşəcəyindən qorxaraq Şamili köməkçilikdən uzaqlaşdırır.
Amma bu da gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş. Çünki elə işdən çıxdıqdan sonra da Şamil Rzayev rayonda fironluğundan qalmır, bəzi adamlara himayədarlıq edir. Bu adamlardan biri Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur.
Bu idarə İmişlinin Qaradonlu kəndində yerləşir. İcra Hakimiyyətinə birbaşa tabeçiliyi olmasa da Qasım müəllim nəyə görəsə özünü də, idarəni də Rzayev qardaşlarına peşkəş edib. Qazandığının bir hissəsi Şamil Rzayevin daxılına daxil olur. Qazancı da az deyil, həm də çox rəngarəngdir.
Məsələn, Qasım Qasımov idarənin texnikalarını İmişlidəki karxanalara qeyri-rəsmi icarəyə verərək külli miqdarda gəlir götürür. Bundan başqa, ehtiyat hissələri, yanacaq-sürtgü materialları, benzin və s. rayondakı benzindoldurma məntəqələrinə, eyni zamanda, ehtiyat hissələri mağazalarına verilir.
Hələ Qasım Qasımovun balıq biznesini-balıqyetişdirmə göllərini demirəm. Bu göllərin suyunun mənbəyi isə şübhəsiz ki, Qasım Qasımovun idarə etdiyi Mərkəzi Muğan Kollektorudur. Qasım müəllimin bir ənənəsi də var, idarəyə məxsus texnikanı, avadanlıqları sənədlərdə silərək başqa qurumlara verir.
Təbii ki nəyinsə qarşılığında. Yəni, hörmət “hörmət”ə bağlıdır prinsipi ilə. Onun gəlir mənbələrindən biri də dövlətin ayırdığı pulları mənimsəmək üçün keçirilən saxta tenderlərdi.
Qalibləri əvvəldən bilinən belə tenderlərin “otkat”ı da Qasım Qasımov, Şamil Rzayev, Elçin Rzayev triosunun boxçasına gedir. Qasım Qasımov öz “çörəkpulu”su üçün iş adamlarının suyu özünün qoyduğu tariflə satır. Dövlətin tarifi Qasım müəllimə sərf etmir. Hər mövsümdə suyun qiymətini qaldırır…
Qasım Qasımovun “yaradıcılığı” o qədər “zəngin”, su kimi o qədər “aşıb-daşan”dır ki, onu bir məqalə sığışdırmaq mümkün deyil. Adam belə işlərdə sözün əsl mənasında ixtisaslaşıb. Yəqin ona görə də bütün icra başçılarına lazım olub. İndi də İmişlini dədə malı kimi idarə edən Elçin və Şamil Rzayev qardaşlarının istifadəsindədir.//teref
HƏMİŞƏ SUDAN QURU ÇIXAN QASIM QASIMOV KİMDİR?

Oxşar xəbərlər
-
27.12.2025Azərbaycan quru sərhədlərini niyə açmır? -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...