31.12.2025
Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Sosial şəbəkədə gedən müzakirələrə qoşulanların bir qismi quru sərhədlərin açılmalı olduğunu deyir, digərləri isə təhlükəsizliklə bağlı düşünərək, tələsik qərar verilməməli olduğunu bildirirlər.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib.
Duzxeber.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir:
“Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün sərhədlərin bağlı olması bilavasitə Azərbaycan xalqının təhlükəsizliyi üçün vacibdir. Dünyada gedən müharibələr, terror hadisələri, casusluq fəaliyyəti hələ ki sərhədlərin bağlı saxlanılmasını zərurətə çevirib. Çünki miqrasiya məsələləri, ölkələrə qarşı təxribatlar, yoluxucu xətəliklərin yayılması əsas verir ki, müəyyən müddətə hələ də sərhədlərimiz bağlı saxlanılsın. Bu, düşünülmüş bir gedişdir. Ola bilsin ki, bəzi insanlar bu məsələnin vacibliyini, əhəmiyyətini dərindən dərk edə bilmirlər və xoşagəlməz fikirlər səsləndirirlər”.
Amma komitə sədri onu da vurğulayıb ki, sərhədlərin bağlanması müəyyən ticarət alış-veriş əlaqələrinə mənfi təsir göstərir:
“Ancaq milli təhlükəsizliyimiz insanların müəyyən bəlalardan, terrordan qorunması dövlət üçün daha vacib hesab edilir. Ona görə də, bu məsələ müvafiq orqanlar tərəfindən çox ciddi araşdırılır, ətrafda nələrin vacib olduğu, nələrin qəbul edilib-edilməməsi real faktlarla gündəmə gətirilir. Müəyyən qabaqlayıcı tədbirlərin görülməsi həyata keçirilir. Bu dövlətin, xalqın xeyrinədir, hər kəs də belə qiymətləndirməlidir. İndi gələn il sərhədlərin açılması üçün şərtlərin meydana gəlməsi halında məsələyə baxıla bilər. İndidən isə nəsə demək düzgün deyil”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib gələn il quru sərhədlərin açılmasına ehtimallar var:
“Hesab edirəm ki, quru sərhədlərin hələ də bağlı qalmasının səbəbi regionda baş verən hadisələrlə bağlıdır. Həm də quru sərhədlərin açılması ilə bağlı qərarı Baş nazir verir. Gələn il də quru sərhədlərin açılması məsələsi məqbul hesab olunarsa, təbii ki, belə bir qərar verilə bilər. Ehtimallar isə həmişə var”.
Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR
Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Sosial şəbəkədə gedən müzakirələrə qoşulanların bir qismi quru sərhədlərin açılmalı olduğunu deyir, digərləri isə təhlükəsizliklə bağlı düşünərək, tələsik qərar verilməməli olduğunu bildirirlər.Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib.
Duzxeber.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir:
“Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün sərhədlərin bağlı olması bilavasitə Azərbaycan xalqının təhlükəsizliyi üçün vacibdir. Dünyada gedən müharibələr, terror hadisələri, casusluq fəaliyyəti hələ ki sərhədlərin bağlı saxlanılmasını zərurətə çevirib. Çünki miqrasiya məsələləri, ölkələrə qarşı təxribatlar, yoluxucu xətəliklərin yayılması əsas verir ki, müəyyən müddətə hələ də sərhədlərimiz bağlı saxlanılsın. Bu, düşünülmüş bir gedişdir. Ola bilsin ki, bəzi insanlar bu məsələnin vacibliyini, əhəmiyyətini dərindən dərk edə bilmirlər və xoşagəlməz fikirlər səsləndirirlər”.
Amma komitə sədri onu da vurğulayıb ki, sərhədlərin bağlanması müəyyən ticarət alış-veriş əlaqələrinə mənfi təsir göstərir:
“Ancaq milli təhlükəsizliyimiz insanların müəyyən bəlalardan, terrordan qorunması dövlət üçün daha vacib hesab edilir. Ona görə də, bu məsələ müvafiq orqanlar tərəfindən çox ciddi araşdırılır, ətrafda nələrin vacib olduğu, nələrin qəbul edilib-edilməməsi real faktlarla gündəmə gətirilir. Müəyyən qabaqlayıcı tədbirlərin görülməsi həyata keçirilir. Bu dövlətin, xalqın xeyrinədir, hər kəs də belə qiymətləndirməlidir. İndi gələn il sərhədlərin açılması üçün şərtlərin meydana gəlməsi halında məsələyə baxıla bilər. İndidən isə nəsə demək düzgün deyil”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib gələn il quru sərhədlərin açılmasına ehtimallar var:
“Hesab edirəm ki, quru sərhədlərin hələ də bağlı qalmasının səbəbi regionda baş verən hadisələrlə bağlıdır. Həm də quru sərhədlərin açılması ilə bağlı qərarı Baş nazir verir. Gələn il də quru sərhədlərin açılması məsələsi məqbul hesab olunarsa, təbii ki, belə bir qərar verilə bilər. Ehtimallar isə həmişə var”.
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



