6.01.2026
QHT sədir Elçin Quliyev SOCAR-ın alt qurumlarından birində vəzifə tutduğu üçün layihələrin icrası prosesində ümumiyyətlə iştirak etmir
Duzxeber.az: Geridə qoyduğumuz ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın rəfiqələrinə pay-püş etdiyi qrant hədiyyələri barədə geniş araşdırmalar təqdim etdik. Araşdırmalarımız hər-hansı şəxsi mülahizə və iddialara deyil, konkret faktlara əsaslanaraq oxucuların diqqətinə çatdırıldı.
Yeni ilin ilk iş günlərində də həmin araşdırmalardan növbəti birini sizlərlə bölüşmək qərarına gəldik…
Əvvəlki araşdırmalarımızda qeyd etdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Binəqədi rayon İcra Hakimiyyətində və TƏBİB-də işləyərkən bir sıra şəxsi və ticarət əlaqələrini sonradan rəhbərlik etdiyi Agentliyə daşımışdır. Belə ki, həmin şəxslərdən kimsə QHT sədridirsə ona qrant, kimsə şirkət rəhbəridirsə ona tender vermişdir. Təbii ki, bunların əvəzsiz olduğuna inanmaq sadəlöhvlük olardı.
Lakin, Yenixeber.org-a daxil olan daha bir məlumata görə, Aygün Əliyevanın elə rəfiqə və həmkarları da var ki, onların özləri deyil, həyat yoldaşı və ya digər ailə üzvü QHT sədri kimi qrant hədiyyələrindən yararlanlar içərisindədir. Belə rəfiqələrdən biri də hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimovadır.
Kəmalə Həşimova rəfiqəsi Aygün Əliyevandan hərtərəfli yarıyıb. Belə ki, onun həyat yoldaşı Elçin Quliyevin rəhbəri olduğu QHT qrant hədiyyəsi ilə, qardaşı Arif Həşimov isə Aygün Əliyevanın sürücüsü vəzifəsi ilə mükafatlandırılıb.
Elçin Quliyevin sədri olduğu “Sağlam Həyatın Təbliği” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığ qrantlar:
2021-ci il - “Fərqliliyin fərqinə varmadan birgə yürüyək” layihəsi – 7000 manat,
2022-ci il - “Abad həyət, sağlam həyat” layihəsi – 9000 manat,
2023-cü il - “Xalq oyunları - sağlam gələcək” layihəsi – 8000 manat,
2025-ci il - “İnklüziv cəmiyyəti birgə quraq” layihəsi – 6000 manat.
Qeyd edilən layihələrlə bağlı sosial mediada xeyli axtarış aparsaq da, onların icrası barədə kiçik bir xəbərə belə rast gəlmədik(?)
O da məlum oldu ki, QHT sədir Elçin Quliyev SOCAR-ın alt qurumlarından birində vəzifə tutduğu üçün layihələrin icrası prosesində ümumiyyətlə iştirak etmir. Onun təşkilatına verilən qrantlar isə sadəcə hədiyyədir.
Aygün Əliyevə dövlət büdcəsi hesabına öz rəfiqələrinə, habelə müxtəlif vəzifəli şəxslərin ailə üzvlərinə qrant hədiyyəsi verməklə yanaşı, onların işsiz yaxınlarının məşğuliyyətini də unutmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, Kəmalə Həşimovanın qardaşı Arif Həşimovu - QHT-lərə Dövlət Dəstəyi Agentliyində özünün sürücüsü vəzifəsinə götürüb. Bir ildən artıq işlədikdən sonra həmin şəxs başqa yerə keçirilib.
Bu gün ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir vaxtda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin toxunulmazlığı həmin qurumun əlahiddə hüquqlara malik olmasından xəbər verir. Əks halda bizim araşdırıb üzə çıxardığımız, habelə üzərində işlədiyimiz faktların hər biri ciddi sübut kimiaidiyyatı dövlət orqanları tərəfindən araşdırılmalı idi…
Lakin, göstərdiyimiz qanun pozuntularına göz yumulmasına baxmayaraq, “yenixeber.org” olaraq araşdırmalarımızı davam etdirəcəyik.
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.//Yenixeber.org
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –TƏFƏRRÜAT

Oxşar xəbərlər
-
1.01.2026Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO) -
26.11.2025Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı – Aylığı 550 manat
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...