17.01.2026
Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır
Duzxeber.az: - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı suallar getdikcə artır. Xüsusilə də, dövlət qulluğunda yüksək vəzifə tutan şəxslərə, habelə Agentliyin İdarə heyətinin sədri Aygün Əliyevanın rəfiqələrinə məxsus və ya onlarla birbaşa əlaqəli olan QHT-lərin mütəmadi şəkildə qrant alması artıq təkcə etik məsələ deyil, açıq korrupsiya riskinə çevrilən sistem problemidir.
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, belə nümunələrdən biri Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyevin adı ilə bağlı olan “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyidir.
Açıq mənbələrdən məlum olur ki, sözügedən QHT 21 iyul 2006-cı ildə Ədliyyə Nazirliyində 1106-Q12-2177 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçib. Təşkilat Hacıyev Kəyan Cabbar oğlu və Talıbov Barat Rövşən oğlu tərəfindən yaradılıb. Uzun illər QHT-yə məhz Kəyan Hacıyev sədrlik edib. Son dövrlərdə isə formal xarakter daşıyan dəyişiklik edilərək sədr postuna Reyhanə Hacıyeva gətirilib.
Məmurun QHT-si niyə var və bu QHT dövlət büdcəsindən maliyyələşməlidirmi?
“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi son illərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aşağıdakı qrantları alıb:
· 2022-ci il – “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” – 8000 manat,
· 2024-cü il – “Elektron xidmətlərdən istifadənin təşviqi” – 8500 manat,
· 2025-ci il – “Uğura doğru addımla” – biznes fəaliyyəti üzrə təlimlər – 10000 manat.
Bu layihələrin mahiyyətinə baxdıqda elementar bir uyğunsuzluq ortaya çıxır. Nə layihələr təşkilatın adına və davamlı inkişaf konsepsiyasına uyğun gəlir, nə də bir-birini tamamlayan sistemli fəaliyyət proqramı mövcuddur. Bu isə belə bir təsəvvür yaradır ki, layihənin məzmunu yox, təşkilatın “kimə məxsus olması” əsas meyar kimi götürülüb.
Məhz bu nöqtədə artıq söhbət sadəcə etikadan yox, korrupsiyaya yol açan mexanizmdən gedir.
Məmurun işi QHT yaratmaqdırmı?
Dövlət məmurunun bir əsas vəzifəsi var – ona etibar edilmiş dövlət işini icra etmək. Məmur nə biznesmen, nə QHT rəhbəri, nə də qrant ovçusu olmalıdır. Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır.
Burada sual sadədir:
Məmura məxsus QHT-nin ardıcıl qrantlar alması hansı maraqlara xidmət edir?
Köhnə münasibətlər, yeni qrantlar?
Məsələni daha da düşündürücü edən faktlardan biri də odur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olmuş, hazırki deputat Azər Allahverənov uzun müddət Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olub. Həmin İctimai Şuranın fəaliyyətinin əlaqələndirilməsi isə məhz Kəyan Hacıyevə tapşırılıb.
Bu münasibətlər fonunda Kəyan Hacıyevə bağlı QHT-nin ardıcıl qrantlar alması “təsadüf” kimi görünmür. Əksinə, bu hal şəxsi əlaqələrin dövlət qərarlarına təsir göstərməsi ehtimalını gücləndirir. Buna oxşar başqa məqamlar da var ki, qarşıdakı yazılarımızda onlara da toxunacayıq.
Bu, tək bir QHT-nin problemi deyil!
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində məmurlara, vəzifəli şəxslərə, onların yaxın çevrəsinə və ya nüfuzlu şəxslərlə əlaqəli QHT-lərə üstünlük verilməsi halları ilə illərdir qarşılaşırıq, görürük. Nəticədə isə real sosial problemlərlə məşğul olan, cəmiyyət üçün çalışan, lakin “tapşırığı” olmayan QHT-lər kənarda qalır.
Bu proses dövlət büdcəsinin təyinatından yayınmasına, QHT sektorunun nüfuzdan düşməsinə və ictimai etimadın sarsılmasına gətirib çıxarır.
Bu gün əsas məsələ ad çəkmək yox, sistemi ifşa etməkdir. Məmur QHT-ləri, formal layihələr və ardıcıl qrantlar davam etdikcə, korrupsiyaya qarşı mübarizədən danışmaq sadəcə söz olaraq qalacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi isə cəmiyyətə açıq şəkildə cavab verməlidir:
· Məmurla əlaqəli QHT-lər necə qiymətləndirilir?
· Maraqların toqquşması mexanizmi niyə işə düşmür?
· Layihələrin real nəticələri niyə ictimaiyyətə açıqlanmır?
· Müsabiqədənkənar qrantlar kimlərə və hansı kriteriyalar əsasında verilir?
Bu suallar cavabsız qaldıqca, “dövlət dəstəyi” adı altında vəsaitlərin kimlər arasında bölüşdürüldüyü barədə şübhələr daha da artacaq.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.//Yenixeber.org




Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur? - FOTOLAR
Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdırDuzxeber.az: - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı suallar getdikcə artır. Xüsusilə də, dövlət qulluğunda yüksək vəzifə tutan şəxslərə, habelə Agentliyin İdarə heyətinin sədri Aygün Əliyevanın rəfiqələrinə məxsus və ya onlarla birbaşa əlaqəli olan QHT-lərin mütəmadi şəkildə qrant alması artıq təkcə etik məsələ deyil, açıq korrupsiya riskinə çevrilən sistem problemidir.
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, belə nümunələrdən biri Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyevin adı ilə bağlı olan “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyidir.
Açıq mənbələrdən məlum olur ki, sözügedən QHT 21 iyul 2006-cı ildə Ədliyyə Nazirliyində 1106-Q12-2177 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçib. Təşkilat Hacıyev Kəyan Cabbar oğlu və Talıbov Barat Rövşən oğlu tərəfindən yaradılıb. Uzun illər QHT-yə məhz Kəyan Hacıyev sədrlik edib. Son dövrlərdə isə formal xarakter daşıyan dəyişiklik edilərək sədr postuna Reyhanə Hacıyeva gətirilib.
Məmurun QHT-si niyə var və bu QHT dövlət büdcəsindən maliyyələşməlidirmi?
“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi son illərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aşağıdakı qrantları alıb:
· 2022-ci il – “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” – 8000 manat,
· 2024-cü il – “Elektron xidmətlərdən istifadənin təşviqi” – 8500 manat,
· 2025-ci il – “Uğura doğru addımla” – biznes fəaliyyəti üzrə təlimlər – 10000 manat.
Bu layihələrin mahiyyətinə baxdıqda elementar bir uyğunsuzluq ortaya çıxır. Nə layihələr təşkilatın adına və davamlı inkişaf konsepsiyasına uyğun gəlir, nə də bir-birini tamamlayan sistemli fəaliyyət proqramı mövcuddur. Bu isə belə bir təsəvvür yaradır ki, layihənin məzmunu yox, təşkilatın “kimə məxsus olması” əsas meyar kimi götürülüb.
Məhz bu nöqtədə artıq söhbət sadəcə etikadan yox, korrupsiyaya yol açan mexanizmdən gedir.
Məmurun işi QHT yaratmaqdırmı?
Dövlət məmurunun bir əsas vəzifəsi var – ona etibar edilmiş dövlət işini icra etmək. Məmur nə biznesmen, nə QHT rəhbəri, nə də qrant ovçusu olmalıdır. Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır.
Burada sual sadədir:
Məmura məxsus QHT-nin ardıcıl qrantlar alması hansı maraqlara xidmət edir?
Köhnə münasibətlər, yeni qrantlar?
Məsələni daha da düşündürücü edən faktlardan biri də odur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olmuş, hazırki deputat Azər Allahverənov uzun müddət Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olub. Həmin İctimai Şuranın fəaliyyətinin əlaqələndirilməsi isə məhz Kəyan Hacıyevə tapşırılıb.
Bu münasibətlər fonunda Kəyan Hacıyevə bağlı QHT-nin ardıcıl qrantlar alması “təsadüf” kimi görünmür. Əksinə, bu hal şəxsi əlaqələrin dövlət qərarlarına təsir göstərməsi ehtimalını gücləndirir. Buna oxşar başqa məqamlar da var ki, qarşıdakı yazılarımızda onlara da toxunacayıq.
Bu, tək bir QHT-nin problemi deyil!
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində məmurlara, vəzifəli şəxslərə, onların yaxın çevrəsinə və ya nüfuzlu şəxslərlə əlaqəli QHT-lərə üstünlük verilməsi halları ilə illərdir qarşılaşırıq, görürük. Nəticədə isə real sosial problemlərlə məşğul olan, cəmiyyət üçün çalışan, lakin “tapşırığı” olmayan QHT-lər kənarda qalır.
Bu proses dövlət büdcəsinin təyinatından yayınmasına, QHT sektorunun nüfuzdan düşməsinə və ictimai etimadın sarsılmasına gətirib çıxarır.
Bu gün əsas məsələ ad çəkmək yox, sistemi ifşa etməkdir. Məmur QHT-ləri, formal layihələr və ardıcıl qrantlar davam etdikcə, korrupsiyaya qarşı mübarizədən danışmaq sadəcə söz olaraq qalacaq.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi isə cəmiyyətə açıq şəkildə cavab verməlidir:
· Məmurla əlaqəli QHT-lər necə qiymətləndirilir?
· Maraqların toqquşması mexanizmi niyə işə düşmür?
· Layihələrin real nəticələri niyə ictimaiyyətə açıqlanmır?
· Müsabiqədənkənar qrantlar kimlərə və hansı kriteriyalar əsasında verilir?
Bu suallar cavabsız qaldıqca, “dövlət dəstəyi” adı altında vəsaitlərin kimlər arasında bölüşdürüldüyü barədə şübhələr daha da artacaq.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.//Yenixeber.org




Oxşar xəbərlər
-
15.01.2026GORANBOYDA AÇIQ QANUNSUZLUQ VƏ SUSQUN MƏMURLAR - FOTOLAR -
6.01.2026Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –TƏFƏRRÜAT -
1.01.2026Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı



