17.01.2026
“Azəriqaz” İstehsalat Birliyinin (İB) 15 illik işçisi əsassız yerə işdən çıxarılıb. Söhbət Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsinin mühəndisi vəzifəsində çalışan Ramil Əliyevdən gedir. O, işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.
Duzxeber.az: - Əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayan şikayətçi işə bərpa olunmaq və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsini tələb edib.
Bu barədə Bizim.Media-ya danışan Ramil Əliyevin sözlərinə görə uzun müddət işində məsuliyyətlə çalışıb, heç bir intizam cəzası almayıb. Lakin 2025-ci ilin yayında onun ştatı ixtisar olunub və Ramil Əliyev işdən çıxarılıb:

“27 may 2010-cu ildən 28 iyul 2025-ci ilədək “Azəriqaz” İB-də müxtəlif vəzifələrdə işləmişəm. 2016-cı ildən isə Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsində 10-cu dərəcə mühəndis vəzifəsinə müddətsiz işə qəbul olunmuşam.
2025-ci ilin fevralında şirkətdə struktur dəyişiklikləri aparıldı. Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentləri ləğv edilərək Bakı Regional Qaz İstismarı İdarəsi yaradıldı. Həmin vaxt mənə tutduğum 10-cu dərəcə mühəndis vəzifəsi təklif olunmadı. Yalnız 9-cu dərəcə mühəndis vəzifəsi göstərildi ki, bunu da qəbul etmədim. Bu işlərin başında isə Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev dayanır.
Düz işlədiyim üçün mənlə yola getmirdi və işdən kənarlaşdırmağa maraqlı idi. Zamin Mehrəliyevin “Azəriqaz” İstehsalat Birliyində öz komandası var və mən ona bir işçi kimi sərf etmirdim. Əslində orda digər işçiləri də 9-cu dərəcəyə endiməli idilər.
Sonra atamın səhhətində problem yaşandı və başım qarışıq oldu. Nəyisə məni çağırıb işdən çıxmaq üçün ərizə yazdırdılar. İmza atıb işdən çıxdım. Sonra ayıldım ki, heç bir işçini 9-cu dərəcəyə endirməyiblər. Hamısı 10-cu dərəcədə qalıb. Məcbur qalıb məhkəməyə müraciət etdim”.
Şikayətçi bildirib ki, 5 ay Xətai rayon Məhkəməsində işə baxılıb və “Azəriqaz”ın hüquqşünası məhkəməyə saxta sənədlər təqdim edib:
“Guya ki, iyul ayında tərtib olunmuş aktı noyabr ayında məhkəməyə təqdim etmişdilər. Hətta məndə o aktı tərtib edənlərin birinin səsyazısı belə var. Qarşı tərəf təkzib etsə, onu sübut kimi də təqdim edə bilərəm. Bu barədə Baş Prokurorluğa da müraciət edəcəyəm”.
Ramil Əliyev vurğulayıb ki, 6 aydır işsizdir və o, ailəsinin yeganə təminatçısıdır. Həmçinin iki azyaşlı övladı var və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İşdən çıxarılması onun üçün həm maliyyə, həm də sosial baxımdan ciddi çətinlik yaradıb.
Beləliklə Xətai rayon Məhkəməsində hər iki tərəfin izahatları alınmaqla məhkəmə prosesləri keçib və iddiaçı tərəf, yəni Ramil Əliyevin xeyrinə qərar çıxarılıb.
Qərara görə “Azəriqaz” İB-nin 28.07.2025-ci il tarixli əmri ləğv olunmalı, Ramil Əliyev 10-cu dərəcə mühəndis vəzifəsinə işə bərpa edilməlidir. Həmçinin məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödənilməlidir.
Ramil Əliyev Xətai Rayon Məhkəməsinin ədalətli qərar verdiyini vurğulayaraq, hələlik qarşı tərəfin məhkəmə qərarına əməl etmədiyini bildirib. O əlavə edib ki, əgər “Azəriqaz” İB qərara etiraz etsə, məsələni sonadək davam etdirəcək.
Qeyd edək ki, yerli mediada Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə o, “Azəriqaz” İstehsalat Birliyinin strukturlarına təxminən 30-dan artıq qohumunu yerləşdirib.(Bizim.Media)
Zamin Mehrəliyev hansı qohumlarına vəzifə verib?
“Azəriqaz” İstehsalat Birliyinin (İB) 15 illik işçisi əsassız yerə işdən çıxarılıb. Söhbət Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsinin mühəndisi vəzifəsində çalışan Ramil Əliyevdən gedir. O, işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.Duzxeber.az: - Əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayan şikayətçi işə bərpa olunmaq və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsini tələb edib.
Bu barədə Bizim.Media-ya danışan Ramil Əliyevin sözlərinə görə uzun müddət işində məsuliyyətlə çalışıb, heç bir intizam cəzası almayıb. Lakin 2025-ci ilin yayında onun ştatı ixtisar olunub və Ramil Əliyev işdən çıxarılıb:

“27 may 2010-cu ildən 28 iyul 2025-ci ilədək “Azəriqaz” İB-də müxtəlif vəzifələrdə işləmişəm. 2016-cı ildən isə Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsində 10-cu dərəcə mühəndis vəzifəsinə müddətsiz işə qəbul olunmuşam.
2025-ci ilin fevralında şirkətdə struktur dəyişiklikləri aparıldı. Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentləri ləğv edilərək Bakı Regional Qaz İstismarı İdarəsi yaradıldı. Həmin vaxt mənə tutduğum 10-cu dərəcə mühəndis vəzifəsi təklif olunmadı. Yalnız 9-cu dərəcə mühəndis vəzifəsi göstərildi ki, bunu da qəbul etmədim. Bu işlərin başında isə Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev dayanır.
Düz işlədiyim üçün mənlə yola getmirdi və işdən kənarlaşdırmağa maraqlı idi. Zamin Mehrəliyevin “Azəriqaz” İstehsalat Birliyində öz komandası var və mən ona bir işçi kimi sərf etmirdim. Əslində orda digər işçiləri də 9-cu dərəcəyə endiməli idilər.
Sonra atamın səhhətində problem yaşandı və başım qarışıq oldu. Nəyisə məni çağırıb işdən çıxmaq üçün ərizə yazdırdılar. İmza atıb işdən çıxdım. Sonra ayıldım ki, heç bir işçini 9-cu dərəcəyə endirməyiblər. Hamısı 10-cu dərəcədə qalıb. Məcbur qalıb məhkəməyə müraciət etdim”.
Şikayətçi bildirib ki, 5 ay Xətai rayon Məhkəməsində işə baxılıb və “Azəriqaz”ın hüquqşünası məhkəməyə saxta sənədlər təqdim edib:
“Guya ki, iyul ayında tərtib olunmuş aktı noyabr ayında məhkəməyə təqdim etmişdilər. Hətta məndə o aktı tərtib edənlərin birinin səsyazısı belə var. Qarşı tərəf təkzib etsə, onu sübut kimi də təqdim edə bilərəm. Bu barədə Baş Prokurorluğa da müraciət edəcəyəm”.
Ramil Əliyev vurğulayıb ki, 6 aydır işsizdir və o, ailəsinin yeganə təminatçısıdır. Həmçinin iki azyaşlı övladı var və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İşdən çıxarılması onun üçün həm maliyyə, həm də sosial baxımdan ciddi çətinlik yaradıb.
Beləliklə Xətai rayon Məhkəməsində hər iki tərəfin izahatları alınmaqla məhkəmə prosesləri keçib və iddiaçı tərəf, yəni Ramil Əliyevin xeyrinə qərar çıxarılıb.
Qərara görə “Azəriqaz” İB-nin 28.07.2025-ci il tarixli əmri ləğv olunmalı, Ramil Əliyev 10-cu dərəcə mühəndis vəzifəsinə işə bərpa edilməlidir. Həmçinin məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödənilməlidir.
Ramil Əliyev Xətai Rayon Məhkəməsinin ədalətli qərar verdiyini vurğulayaraq, hələlik qarşı tərəfin məhkəmə qərarına əməl etmədiyini bildirib. O əlavə edib ki, əgər “Azəriqaz” İB qərara etiraz etsə, məsələni sonadək davam etdirəcək.
Qeyd edək ki, yerli mediada Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə o, “Azəriqaz” İstehsalat Birliyinin strukturlarına təxminən 30-dan artıq qohumunu yerləşdirib.(Bizim.Media)
Oxşar xəbərlər
-
16.01.2026İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi -
18.12.20252025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI) -
16.12.2025Bu halda işçinin əmək müqaviləsinə xitam veriləcək -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
12.12.2025Heydər Əliyevin anım günüdür
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



