31.08.2026
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,3 faiz artıb. Rəsmi statistikaya görə, cari ilin yanvar-iyun aylarında ölkədəki 22 milyard 258,9 milyon kubmetrlik ümumi qaz ehtiyatı fonunda itkilərin payı 2,5 faiz təşkil edib.
DuzXeber.az: Beləliklə, cari ilin birinci yarısında istehsal olunan əmtəəlik təbii qazın 556,5 milyon kubmetri itkiyə gedib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 milyon kubmetr çoxdur.
“Statkom”un məlumatında da qeyd edilir ki, itkilərin ümumi qaz ehtiyatlarında payı 2,4 faizdən 2,5 faizə yüksəlib.
Tarif Şurasının müəyyən etdiyi təbii qazın qaz paylayıcılarına topdansatış qiymətinin 1000 kubmetr üçün 135 manat olduğunu nəzərə alsaq, ilin birinci yarısında “Azəriqaz”ın itkilər üzrə zərərinin təqribən 75 milyon manatdan çox olduğunu demək olar.
Lakin qurumun daxilindən mediaya sızdırılan sənədlərdə bu itkilərin daha çox olduğu görünür. Belə ki, bir müddət əvvəl “Azəriqaz”ın Sadiq Abdullayev adlı işçisi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun “Azəriqaz”ın baş direktoru Azər Məmmədova ünvanladığı məktubu ictimailəşdirib.
Yayılan məktubdan məlum olur ki, rəsmi statistikadan kənar real itkilər daha böyükdür. Təkcə ilin ilk beş ayının nəticələrinə görə, uçota alınmayan qazın həcmi 454,1 milyon kubmetrdən 500,9 milyon kubmetrə yüksəlib, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatıb.
“Cari ilin ilk 5 ayının nəticələrinin təhlili göstərir ki, qaz paylanması əməliyyatlarında uçota alınmayan qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 454,1 mln. m³-dən 500,9 mln. m³-ə yüksəlmiş, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatmışdır. (Göstərilən həcmlərə Naxçıvan RQİİ-nin məlumatları daxil deyil). Bu dinamika uçota alınmayan qazın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin gözlənilən nəticəni vermədiyini göstərir və ciddi narahatlıq doğurur”, – Nəsirov qeyd edib.
Sənəddə itkilərin əsas səbəbləri kimi köhnəlmiş infrastrukturla yanaşı, kütləvi qanunsuz istehlak və idarəetmə boşluqları da göstərilir:
“Son dövrlərdə, o cümlədən Göyçay Regional Qaz İstismarı İdarəsinin xidmət ərazisində aşkar edilmiş qanunsuz qaz istehlakı halları Bakı şəhərində və regionlarda qaz oğurluğu, qeyri-qanuni qoşulmalar və digər qanunsuz istehlak hallarının qarşısının alınması istiqamətində nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin zəruriliyini bir daha göstərir”.
Məktubdan məlum olur ki, itkilərlə bağlı ən yüksək artım Salyan, Ağsu, Xaçmaz və Sumqayıt regional qaz istismarı idarələri üzrə qeydə alınıb. Bununla yanaşı, Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qarabağ regional qaz istismarı idarələri üzrə də göstəricilərdə mənfi dinamika müşahidə edilib.
Nəsirov qeyd edib ki, nəzarət, intizam və idarəetmə tədbirlərinin effektivliyinin ciddi şəkildə təhlil edilməsinə zərurət yaranıb: “Uçota alınmayan qazın formalaşmasına müxtəlif obyektiv və subyektiv amillər təsir göstərir. Bunlara qazpaylayıcı şəbəkələrin fiziki aşınması, əsaslı təmir və tikinti işlərinin məhdud həcmdə aparılması, investisiya layihələrinin mərhələli icrası, sayğac və digər avadanlıqların təchizatında yaranan məhdudiyyətlər, rəqəmsallaşdırma layihələrinin icrasında müşahidə olunan ləngimələr, eləcə də digər texniki və təşkilati səbəblər daxildir. Bununla yanaşı, qeyd olunan amillərin uçota alınmayan qaz göstəricilərinə təsiri şübhə doğurmasa da, onların hər birinin təsir dərəcəsini və xüsusi çəkisini əsaslandırılmış şəkildə müəyyən edən qiymətləndirmələrin mövcud olmaması bu amillərin uçota alınmayan qaz göstəricilərinə faktiki təsirinin obyektiv qiymətləndirilməsini çətinləşdirir”.
Azərbaycanda qaz itkiləri üzrə ən böyük böhran 2015-ci ildə qeydə alınmışdı. Həmin ildə itkilər 1,2 milyard kubmetrə çataraq, Azəriqaz”da yüz milyonlarla manat zərər yaratmışdı. Hökumət bu zərəri dövlət büdcəsi hesabına sildikdən sonra növbəti illərdə vəziyyət nisbətən sabitləşdi. “Azəriqaz” SOCAR-ın tərkibinə verildi. Lakin 2024-cü ildən etibarən itkilər yenidən kəskin artmağa başlayıb və həmin il itkilərin illik 1 milyard kubmetr həddini keçdiyi müşahidə olunub.
DSK hələ ki, 2025-ci il üzrə yekun qaz itkiləri göstəricilərini hələ açıqlamayıb. Lakin KİV-in dərc etdiyi məqalədə ötən ilin ilk 10 ayın üzrə itkilərin 602,4 milyon kubmetrə çatdığı bildirilir.
Ekspertlərin hesablamalarına görə, 2025-ci ildə illik itkilər artıq 1 milyard kubmetr həddini aşıb. Məhz bu dinamikanın yüksələn xətlə davam etməsi SOCAR strukturlarında ciddi narahatlığa səbəb olub.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında istehsal olunan əmtəəlik qazın 6,5 milyard kubmetri daxili istehlaka yönəldilib. Bunun 56,8 faizi istehsal ehtiyaclarına sərf edilib, 43,2 faizi isə əhaliyə satılıb.
İlin birinci yarısında ixrac olunan təbii qazın həcmi isə 13 milyard 377,6 milyon kubmetr təşkil edib...(Axs.az)
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,3 faiz artıb. Rəsmi statistikaya görə, cari ilin yanvar-iyun aylarında ölkədəki 22 milyard 258,9 milyon kubmetrlik ümumi qaz ehtiyatı fonunda itkilərin payı 2,5 faiz təşkil edib.DuzXeber.az: Beləliklə, cari ilin birinci yarısında istehsal olunan əmtəəlik təbii qazın 556,5 milyon kubmetri itkiyə gedib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 milyon kubmetr çoxdur.
“Statkom”un məlumatında da qeyd edilir ki, itkilərin ümumi qaz ehtiyatlarında payı 2,4 faizdən 2,5 faizə yüksəlib.
Tarif Şurasının müəyyən etdiyi təbii qazın qaz paylayıcılarına topdansatış qiymətinin 1000 kubmetr üçün 135 manat olduğunu nəzərə alsaq, ilin birinci yarısında “Azəriqaz”ın itkilər üzrə zərərinin təqribən 75 milyon manatdan çox olduğunu demək olar.
Lakin qurumun daxilindən mediaya sızdırılan sənədlərdə bu itkilərin daha çox olduğu görünür. Belə ki, bir müddət əvvəl “Azəriqaz”ın Sadiq Abdullayev adlı işçisi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun “Azəriqaz”ın baş direktoru Azər Məmmədova ünvanladığı məktubu ictimailəşdirib.
Yayılan məktubdan məlum olur ki, rəsmi statistikadan kənar real itkilər daha böyükdür. Təkcə ilin ilk beş ayının nəticələrinə görə, uçota alınmayan qazın həcmi 454,1 milyon kubmetrdən 500,9 milyon kubmetrə yüksəlib, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatıb.
“Cari ilin ilk 5 ayının nəticələrinin təhlili göstərir ki, qaz paylanması əməliyyatlarında uçota alınmayan qazın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 454,1 mln. m³-dən 500,9 mln. m³-ə yüksəlmiş, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatmışdır. (Göstərilən həcmlərə Naxçıvan RQİİ-nin məlumatları daxil deyil). Bu dinamika uçota alınmayan qazın azaldılması istiqamətində həyata keçirilən tədbirlərin gözlənilən nəticəni vermədiyini göstərir və ciddi narahatlıq doğurur”, – Nəsirov qeyd edib.
Sənəddə itkilərin əsas səbəbləri kimi köhnəlmiş infrastrukturla yanaşı, kütləvi qanunsuz istehlak və idarəetmə boşluqları da göstərilir:
“Son dövrlərdə, o cümlədən Göyçay Regional Qaz İstismarı İdarəsinin xidmət ərazisində aşkar edilmiş qanunsuz qaz istehlakı halları Bakı şəhərində və regionlarda qaz oğurluğu, qeyri-qanuni qoşulmalar və digər qanunsuz istehlak hallarının qarşısının alınması istiqamətində nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin zəruriliyini bir daha göstərir”.
Məktubdan məlum olur ki, itkilərlə bağlı ən yüksək artım Salyan, Ağsu, Xaçmaz və Sumqayıt regional qaz istismarı idarələri üzrə qeydə alınıb. Bununla yanaşı, Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qarabağ regional qaz istismarı idarələri üzrə də göstəricilərdə mənfi dinamika müşahidə edilib.
Nəsirov qeyd edib ki, nəzarət, intizam və idarəetmə tədbirlərinin effektivliyinin ciddi şəkildə təhlil edilməsinə zərurət yaranıb: “Uçota alınmayan qazın formalaşmasına müxtəlif obyektiv və subyektiv amillər təsir göstərir. Bunlara qazpaylayıcı şəbəkələrin fiziki aşınması, əsaslı təmir və tikinti işlərinin məhdud həcmdə aparılması, investisiya layihələrinin mərhələli icrası, sayğac və digər avadanlıqların təchizatında yaranan məhdudiyyətlər, rəqəmsallaşdırma layihələrinin icrasında müşahidə olunan ləngimələr, eləcə də digər texniki və təşkilati səbəblər daxildir. Bununla yanaşı, qeyd olunan amillərin uçota alınmayan qaz göstəricilərinə təsiri şübhə doğurmasa da, onların hər birinin təsir dərəcəsini və xüsusi çəkisini əsaslandırılmış şəkildə müəyyən edən qiymətləndirmələrin mövcud olmaması bu amillərin uçota alınmayan qaz göstəricilərinə faktiki təsirinin obyektiv qiymətləndirilməsini çətinləşdirir”.
Azərbaycanda qaz itkiləri üzrə ən böyük böhran 2015-ci ildə qeydə alınmışdı. Həmin ildə itkilər 1,2 milyard kubmetrə çataraq, Azəriqaz”da yüz milyonlarla manat zərər yaratmışdı. Hökumət bu zərəri dövlət büdcəsi hesabına sildikdən sonra növbəti illərdə vəziyyət nisbətən sabitləşdi. “Azəriqaz” SOCAR-ın tərkibinə verildi. Lakin 2024-cü ildən etibarən itkilər yenidən kəskin artmağa başlayıb və həmin il itkilərin illik 1 milyard kubmetr həddini keçdiyi müşahidə olunub.
DSK hələ ki, 2025-ci il üzrə yekun qaz itkiləri göstəricilərini hələ açıqlamayıb. Lakin KİV-in dərc etdiyi məqalədə ötən ilin ilk 10 ayın üzrə itkilərin 602,4 milyon kubmetrə çatdığı bildirilir.
Ekspertlərin hesablamalarına görə, 2025-ci ildə illik itkilər artıq 1 milyard kubmetr həddini aşıb. Məhz bu dinamikanın yüksələn xətlə davam etməsi SOCAR strukturlarında ciddi narahatlığa səbəb olub.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında istehsal olunan əmtəəlik qazın 6,5 milyard kubmetri daxili istehlaka yönəldilib. Bunun 56,8 faizi istehsal ehtiyaclarına sərf edilib, 43,2 faizi isə əhaliyə satılıb.
İlin birinci yarısında ixrac olunan təbii qazın həcmi isə 13 milyard 377,6 milyon kubmetr təşkil edib...(Axs.az)
Oxşar xəbərlər
-
24.07.2026Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR -
13.04.2026Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.12.2025Problemli kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



