31.08.2026
Son günlər Bakıda müşahidə olunan küləkli hava şəhərdə bəzi ərazilərdə tullantıların ətrafa yayılmasına səbəb olub. Güclü külək zamanı müxtəlif zibillərin, o cümlədən sellofanların havada uçuşduğu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülər şəhərin bəzi ərazilərində tullantıların yaratdığı mənzərəni gündəmə gətirib.
Bakını bu xoşagəlməz mənzərədən necə xilas etmək olar?
DuzXeber.az: Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, ölkə üzrə məişət tullantılarının çeşidlənməsi ilə bağlı vəziyyət ürəkaçan deyil:
“Düzdür, müxtəlif bölgə və rayonlarda, eləcə də şəhərlərin mərkəzi hissələrində sarı, göy, qırmızı və digər rənglərdə fərqləndirilən konteynerlərin qoyulduğunu görürük. Bunların hər birinin öz təyinatı var. Lakin təəssüf ki, bizdə bu proses hələ də lazımi səviyyədə həyata keçirilmir.
Bu yöndə digər problemlərdən biri marketlərdə hələ də nazik polietilen və sellofan torbalardan geniş istifadə olunmasıdır. Vətəndaşlar çox vaxt həmin torbalardan istifadə etdikdən sonra onları küçəyə atırlar. Eyni zamanda, tullantıların çeşidlənməsi düzgün təşkil olunmadığı üçün bu torbalar ümumi tullantıların içərisinə qarışır. Polietilen torbalar çox yüngül olduğuna görə, xüsusilə Bakı küləyi zamanı tullantıların toplandığı ərazilərdən ətrafa yayılaraq küçələri zibilləndirir”.
Ekspert qeyd edib ki, tullantıların vaxtında daşınması ilə bağlı da problemlər mövcuddur:
“Çox vaxt konteynerlərin dolduğunu, onların ətrafının isə məişət tullantıları ilə örtüldüyünü görürük. Həmin tullantıların içərisində bazardan, mağazadan və müxtəlif marketlərdən evə gətirilən ərzaqların polietilen torbaları, həmçinin xüsusilə çörəyin polietilen torbalarda daşınması nəticəsində yaranan tullantılar da böyük yer tutur.
Buna görə də vətəndaşlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. İstər bələdiyyələr, istərsə də mənzil-istismar idarələri öz ərazilərində bu istiqamətdə işlər görməli, əhali arasında tullantıların düzgün çeşidlənməsi ilə bağlı geniş təbliğat və maarifləndirmə kampaniyaları həyata keçirməlidirlər”.
İ.Hüseynov qeyd edib ki, polietilen torbaların böyük marketlərdə istifadəsi ilə bağlı müəyyən məhdudlaşdırıcı qərar var idi:
“Əvvəlcə bu məsələ ilə bağlı müzakirələr aparıldı. Lakin sonradan bunun biznes məqsədli bir mexanizmə çevrildiyini gördük. Belə ki, marketlərə müəyyən ödəniş qarşılığında — 5 və ya 7 qəpik müqabilində — həmin polietilen daşıyıcılardan istifadə etməyə yenidən imkan verildi. Təbii ki, 5-7 qəpik vətəndaş üçün böyük məbləğ olmadığından insanlar yenidən polietilen torbalardan istifadəyə meyilləndilər. Bütün bunları ümumiləşdirsək, şəhərlərin müxtəlif ərazilərində tullantıların ətrafa yayılmasının və çirklənmənin yaranmasında əsas rol oynayan amillər məhz bunlardır”//(Globalinfo.az)
video BURADA: baxmaq üçün tıklayın...
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Son günlər Bakıda müşahidə olunan küləkli hava şəhərdə bəzi ərazilərdə tullantıların ətrafa yayılmasına səbəb olub. Güclü külək zamanı müxtəlif zibillərin, o cümlədən sellofanların havada uçuşduğu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülər şəhərin bəzi ərazilərində tullantıların yaratdığı mənzərəni gündəmə gətirib.Bakını bu xoşagəlməz mənzərədən necə xilas etmək olar?
DuzXeber.az: Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, ölkə üzrə məişət tullantılarının çeşidlənməsi ilə bağlı vəziyyət ürəkaçan deyil:
“Düzdür, müxtəlif bölgə və rayonlarda, eləcə də şəhərlərin mərkəzi hissələrində sarı, göy, qırmızı və digər rənglərdə fərqləndirilən konteynerlərin qoyulduğunu görürük. Bunların hər birinin öz təyinatı var. Lakin təəssüf ki, bizdə bu proses hələ də lazımi səviyyədə həyata keçirilmir.
Bu yöndə digər problemlərdən biri marketlərdə hələ də nazik polietilen və sellofan torbalardan geniş istifadə olunmasıdır. Vətəndaşlar çox vaxt həmin torbalardan istifadə etdikdən sonra onları küçəyə atırlar. Eyni zamanda, tullantıların çeşidlənməsi düzgün təşkil olunmadığı üçün bu torbalar ümumi tullantıların içərisinə qarışır. Polietilen torbalar çox yüngül olduğuna görə, xüsusilə Bakı küləyi zamanı tullantıların toplandığı ərazilərdən ətrafa yayılaraq küçələri zibilləndirir”.
Ekspert qeyd edib ki, tullantıların vaxtında daşınması ilə bağlı da problemlər mövcuddur:
“Çox vaxt konteynerlərin dolduğunu, onların ətrafının isə məişət tullantıları ilə örtüldüyünü görürük. Həmin tullantıların içərisində bazardan, mağazadan və müxtəlif marketlərdən evə gətirilən ərzaqların polietilen torbaları, həmçinin xüsusilə çörəyin polietilen torbalarda daşınması nəticəsində yaranan tullantılar da böyük yer tutur.
Buna görə də vətəndaşlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. İstər bələdiyyələr, istərsə də mənzil-istismar idarələri öz ərazilərində bu istiqamətdə işlər görməli, əhali arasında tullantıların düzgün çeşidlənməsi ilə bağlı geniş təbliğat və maarifləndirmə kampaniyaları həyata keçirməlidirlər”.
İ.Hüseynov qeyd edib ki, polietilen torbaların böyük marketlərdə istifadəsi ilə bağlı müəyyən məhdudlaşdırıcı qərar var idi:
“Əvvəlcə bu məsələ ilə bağlı müzakirələr aparıldı. Lakin sonradan bunun biznes məqsədli bir mexanizmə çevrildiyini gördük. Belə ki, marketlərə müəyyən ödəniş qarşılığında — 5 və ya 7 qəpik müqabilində — həmin polietilen daşıyıcılardan istifadə etməyə yenidən imkan verildi. Təbii ki, 5-7 qəpik vətəndaş üçün böyük məbləğ olmadığından insanlar yenidən polietilen torbalardan istifadəyə meyilləndilər. Bütün bunları ümumiləşdirsək, şəhərlərin müxtəlif ərazilərində tullantıların ətrafa yayılmasının və çirklənmənin yaranmasında əsas rol oynayan amillər məhz bunlardır”//(Globalinfo.az)
video BURADA: baxmaq üçün tıklayın...
Oxşar xəbərlər
-
27.08.2026İlqar Bayramlı, Kənan Kərimzadə və Bərdə Peşə Təhsil Mərkəzi - Onları nə bağlayır? -
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
31.03.2026Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə ayrılan milyonlardan kimlər daha çox faydalanır -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



