31.08.2026

Samuxda ana və övladını maşın vurub

Samuxda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DuzXeber.az xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Şəhla Musayeva və onun oğlu 9 yaşlı Ö. Musayevi maşıb vurub. Hər iki şəxs Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. İlkin məlumata görə, piyadaları vurmaqda şübhəli bilinən sürücü hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma başlanılıb.(Publika.az)

Xəbər lenti