20.01.2026
Duzxeber.az xəbər verir ki, bankın məlumatına görə, vətəndaşların ən çox narazı olduğu sığorta şirkətlərinin siyahısında ilk sırada “XalqSığorta” ASC (1.49 indeksi ilə) olub. Ən çox şikayət edilən şirkətlər arasında “AtaSığorta” ASC ikinci olub. “Atəşgah Sığorta” isə 1.47 indeksi ilə siyahıda üçüncü olub.
Maraqlıdır, sürücülər niyə qeyd edilən sığorta şirkətlərindən narazıdır?
Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtonəqliyyat vasitəsi sahibləri ilə sığorta şirkətləri arasında əsas narazılıq ödənişlə bağlıdır. Onun sözlərinə görə, ödənişin məbləği və ödənişdən yayınma cəhdləri əsas mübahisə mövzusudur: “Bu, əsasən icbari sığortada özünü göstərir. Kasko sığortada isə belə problemlər nadir hallarda yaşanır.
Sığorta şirkətinin əməkdaşları çalışırlar ki, sürücüyə dəymiş zərərin qarşılığında mümkün qədər az pul ödəsinlər. Nə qədər az ödəsələr, şirkət həmin işçini hesab edin ki, qəhrəman elan edir. Sanki yarışa çıxıblar, düşünürlər ki, necə edək ki, məbləği az verək. Təmirdə də ciddi problemlər yaranır. Şirkətlər təmir olunacaq avtomobili özlərinə məxsus servislərə yönəltməyə çalışırlar. Ancaq həmin servislərdə də keyfiyyətli xidmət göstərilmir və vətəndaş narazı qalır. Və yaxud da şirkətlər təmirə şişirdilmiş qiymət hesablayırlar və servislə gizli danışıq aparıb həmin pulu aralarında bölürlər. Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar”.

Ekspert deyib ki, sığorta şirkətləri üzərində nəzarət güclənməlidir: “Bu işdə dövlətin maraqları qorunmalıdır. Maliyyə Nazirliyi və Mərkəzi Bank sığorta şirkətlərinə nəzarəti gücləndirsə, yaxşı olar.
Əgər sığorta icbari olmasa, mən əminəm ki, nəqliyyat vasitələrinin sahiblərinin 30-40 faizi sığortanı etdirməz. Nizamlı-intizamlı sürücülər var və heç vaxt qəza törətmirlər. Ona görə də ümumiyyətlə, sığorta etdirmək istəmirlər. Düşünürlər ki, havayı ödəniş edirlər və lazım olanda isə sığortadan yararlanmaqda çətinlik çəkirlər.
Sığorta şirkətləri sürücülər üzərində o qədər qorxu yaradıb ki, saatlarla hadisə yerində dayanıb gözləyirlər və hesab edirlər ki, maşını kənara çəksə sığorta pulu ala bilməzlər. Çünki sığorta şirkətləri qiymətləndirməni düzgün aparmırlar. Deyirlər ki, niyə maşını hadisə yerindən aparmısan. Halbuki, qanun da, DİN -də deyir ki, hadisə yerindən gedə bilərsən. Şirkətlər isə bunu bəhanə edib ödənişdən yayınırlar”.
E. Muradlı bildirib ki, müxtəlif əmsallar üzrə sürücülərin ödədikləri sığorta pulu artsa da, şirkətlərin sürücülərə ödədiyi məbləğ 5 min manatı keçmir: “Hazırda Azərbaycana elə avtomobil gəlir ki, işıqlandırmasının biri 8-10 min manatdır”.
Sığorta eksperti İlkin Nəcəfov saytımıza bildirib ki, sığorta şirkətinin təqdim etdiyi məbləğ də mübahisə mövzusu olur: “Şirkət aşağı məbləği təqdim edir, sürücü isə bununla razılaşmır. Digər narazılıq isə ödənişin şirkət tərəfindən gecikdirilməsi ilə bağlı olur. Yol nəqliyyat hadisəsi baş verəndə yol polisi Forma 4 arayışını sistemə gec və ya yanlış yükləyir deyə sığorta şirkətləri təmir işlərinə gec başlayırlar”.
Məşhur sığorta şirkətləri sürücülərə “QAN UDDURUR” – SİYAHI
Avtonəqliyyat vasitəsi sahiblərinin əksər sığorta şirkətlərindən narazılıqları artmaqdadır. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) avto-icbari sığorta üzrə şikayət indeksi ilə bağlı açıqladığı məlumatda bir daha öz əksini tapıb.

Oxşar xəbərlər
-
16.01.2026Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız” -
31.12.2025Bu qan qrupuna aid olanlar çox yaşayır -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
27.11.202516 manat sığorta ödənişi bütün işsizlərə aid deyil - Deputat açıqladı -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi