22.01.2026
Duzxeber.az: - Ötən ilin aprelində güclü yağışlar nəticəsində sel Şabran rayonunda Dəvəçi çayı üzərindəki körpünü uçurmuşdu. Ceyranlı-Vələsli-Əmirxanlı yolunun üzərində yerləşən və bu kəndləri rayonun mərkəzi ilə birləşdirən bu körpü təxminən 9 ay əvvəl necə uçubsa, bu gün də həmin vəziyyətdədir.
Bu barədə Bizimyol.info xəbər portalına məlumat verən kənd sakinləri bildirib ki, ötən 9 ay ərzində çayın üzərində yeni körpünün tikintisi üçün heç bir iş görülməyib. Bu isə hər gün çayın üzərindəki cığırla hərəkət etmək məcburiyyətində qalan minlərlə insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Sakinlər bildirir ki, sözügedən ərazidə qətiyyən işıqlandırma yoxdur. Əraziyə bələd olmayan sürücü qarşıda yolun yarımçıq kəsildiyini bilmir. Bu səbəbdən bir neçə dəfə qəza olub: “İndi hər iki tərəfdən nazik bir lent bağlayıblar ki, sürücülər bilsin yol qurtarır. Əvvəl bu da yox idi. Yayda bir sürücü gəlib, çaya düşmüşdü. Nə yaxşı ki, ölüm olmamışdı. Bir cığır düzıldiblər, oradan gedir maşınlar. O ensiz cığır da çayın üstü keçir. Yağışlı-palçıqlı, qarlı günlərdə lap təhlükəlidir. Avtomobil bir az sağa-sola sürüşsə, çaya düşəcək. Bu qurumların heç vecinə də deyil. Belə məsuliyyətsizlik olar?!”

Sakinlərin təqdim etdiyi görüntülərdən də aydın olur ki, hadisədən kifayət qədər vaxt keçsə də, heç bir iş görülməyib.
Ceyranlı-Vələsli-Əmirxanlı yolunun üzərində yerləşən körpü / Foto: kənd sakini Ceyranlı-Vələsli-Əmirxanlı yolunun üzərində yerləşən körpü / Foto: kənd sakini
Körpünün bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəsidir. Lakin göründüyü kimi, bu qurumu Şabran sakinlərinin taleyi qətiyyən maraqlandırmır.
Hələ bir neçə ay əvvəl sakinlərin müraciəti əsasında Bizimyol.info AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfliyə bu məsələ ilə əlaqədar sorğu göndərmiş, o, heç bir cavab verməmişdi.
Şabran Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən problemin həlli üçün AAYDA-ya məktub göndərilib. İcra Hakimiyyətindən onu da vurğulayıblar ki, kəndlərdə yaşayan əhalinin gediş-gəlişi üçün alternativ cığırı da öz imkanları hesabına icra hakimiyyəti düzəldib.
Qeyd edək ki, məhz belə məsuliyyətsizlik bir müddət Sabirabad rayonunun Sərxanbəyli kəndində bir nəfərin ölümünə səbəb oldu. Kənddə körpünün uçması nəticəsində pambıqyığan kombayn kanala aşmış və 37 yaşlı sürücü hadisə yerində ölmüşdü.
Bu körpünün qəzalı vəziyyətdə olması ilə əlaqədar hələ iki il əvvəl həyəcan təbili çalınmışdı. Sosial şəbəkələrdə körpünün görüntüləri yayılaraq, onun hər an uça biləcəyi, insanların ölümünə səbəb olacağı haqda xəbərdarlıq olunmuşdu. Lakin məmurların insan taleyinə biganə münasibəti sonda 37 yaşlı ailə başçısının ölümünə gətirib çıxardı.// Bizimyol.info
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub - Foto

Oxşar xəbərlər
-
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
5.01.2026AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb -
27.12.2025“Dedublüman” Bakıda sevənlərinə unudulmaz anlar yaşatdı -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Şabran sakinlərindən ETİRAZ… Asif Hüseynov 8 aydır dağılmış körpünü bərpa etmir – Video
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...