27.01.2026
Duzxeber.az: - Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.
Azərbaycanda da Hesablama Palatasına xeyli səlahiyyətlər verilib. Bu səlahiyyətlərdən istifadə edən Palatanın bu və ya digər dövlət qurumunda külli miqdarda maliyyə pozuntusu aşkarlaması faktları ara-sıra ictimai rezonansa da səbəb olur. Bir çox hallarda Palatanın yoxlama apardığı qurumlarda cüzi nöqsanlar aşkarlandığına dair hesabatı insanlarda inamsızlıqla qarşılanır: büdcə pulları ilə yaşayan hər hansı dövlət qurumunda orta ranqlı vəzifəli belə həbs olunduqda milyonlarla manat pul mənimsənilməsi aşkarlanır. Bu şəraitdə, məsələn, böyük bir universitetdə yoxlama aparıb cəmi 50 min manatlıq nöqsan açıqlanması, yumşaq desək, insanlarda gülüş doğurur.
Bu yaxınlarda redaksiyamıza verilən bir məlumatı isə böyük təəccüblə qarşıladıq. Həmin məlumatda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun öz qardaşını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini vəzifəsinə təyin etdirmək üçün agentliyin rəhbəri Zaur Mikayılovu necə “yola gətirdiyi” açıqlanır. Bildirilir ki, Z. Mikayılov sıradan bir kadr olan İlqar Gülməmmədovun Agentliyə rəhbər vəzifəyə gətirilməsinə razı deyilmiş. Doğrudur, təyinat dövlət başçısının sərəncamı ilə həyata keçirilir, lakin iri dövlət qurumlarında belə təyinatlar zamanı həmin qurumların rəhbərlərinin rəyi mütləq nəzərə alınır, bir çox hallarda namizədləri onlar təklif edirlər. Ki, həmin müavinlərlə məhz qurum rəhbərləri işləyirlər və onların arasında anlaşmanın olması vacib şərtlərdən biri hesab olunur.
Mənbəmizin dediyinə görə, Z. Mikayılov İ. Gülməmmədovun Agentliyə sədr müavini gəlməsini istəmirmiş, lakin V. Gülməmmədov onu razı salmağın yolunu asanlıqla tapıb: Hesablama Palatasının auditorlarını Agentliyin fəaliyyətini yoxlamağa göndərib. Auditorlar bir sıra pozuntular aşkarlayıblar, faktlar Z. Mikayılovun diqqətinə çatdırıldıqdan sonra o, İ. Gülməmmədovun özünə müavin təyin olunmasına dair təkliflə çıxış edib.
Hesablama Palatasının Agentlikdəki yoxlamaya dair rəyi isə təyinatdan bir ay sonra ictimaiyyətə açıqlanıb.
Məlumatla bağlı araşdırma apardıqda aydın oldu ki, İ. Gülməmmədov 2024-cü ilin noyabrında Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin olunub. Agentliyin internet saytında verilən məlumatdan aydın olur ki, İ. Gülməmmədov 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Material resursların idarə edilməsi” fakültəsini iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə 9 saylı Təmir-Tikinti Trestində kommersiya məsələləri üzrə müdir müavini kimi başlayıb. 2009-cu ilədək müxtəlif təşkilatlarda kommersiya və maliyyə məsələləri üzrə müdir müavini kimi çalışıb. Sonrakı 5 il ərzində özəl sektorda “Favorit” MMC-nin direktoru kimi fərdi sahibkarlıqla məşğul olub.
2013-cü ildə qardaşı V. Gülməmmədovun Hesablama Palatasının sədri təyin olunmasından sonra onun da dövlət qurumlarında fəaliyyətinə start verilib: 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) ilə birgə “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin kreditlər üzrə baş koordinatoru təyin edilib.
2018-ci ildən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunda audit şöbəsinin müdiri vəzifəsinə keçib. Altı il orada çalışdıqdan sonra isə ölkənin ən böyük dövlət qurumlarından birinə — Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin olunub.
Maraqlıdır ki, mənbəmizin digər məlumatı da özünü doğruldur: Hesablama Palatası həqiqətən 2024-cü ildə Su Ehtiyatları Agentliyində yoxlama aparıbmış. Yoxlamanın nəticələri həmin ilin dekabrında açıqlanıb. Ölkə mətbuatının yaydığı məlumatdan aydın olur ki, Palata Agentliyin fəaliyyətinin sırf Z. Mikayılovun 2021–2023-cü illərdə rəhbərlik etdiyi meliorasiya istiqamətini yoxlayıb. Xatırladaq ki, 2021-ci ildə Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub. 2023-cü ildə isə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Hesablama Palatası 2024-cü il üzrə İş Planına uyğun olaraq məhz Z. Mikayılovun 2021-ci ildən rəhbərlik etdiyi istiqamətdə yoxlama aparıb. Açıqlanan məlumatdan aydın olur ki, məqsəd Kür–Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi olub. Audit çərçivəsində Kür–Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.
Hesablama Palatasının audit nəticələri ilə bağlı atdığı addım da maraq doğurur. Belə ki, Palata Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qurumlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edib.
Göründüyü kimi, auditin nəticələri elə Agentliyin özünə təqdim olunub ki, tədbirlər görülsün.//Musavat.com
Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu – SENSASİON TƏFƏRRÜATLAR
Duzxeber.az: - Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.Azərbaycanda da Hesablama Palatasına xeyli səlahiyyətlər verilib. Bu səlahiyyətlərdən istifadə edən Palatanın bu və ya digər dövlət qurumunda külli miqdarda maliyyə pozuntusu aşkarlaması faktları ara-sıra ictimai rezonansa da səbəb olur. Bir çox hallarda Palatanın yoxlama apardığı qurumlarda cüzi nöqsanlar aşkarlandığına dair hesabatı insanlarda inamsızlıqla qarşılanır: büdcə pulları ilə yaşayan hər hansı dövlət qurumunda orta ranqlı vəzifəli belə həbs olunduqda milyonlarla manat pul mənimsənilməsi aşkarlanır. Bu şəraitdə, məsələn, böyük bir universitetdə yoxlama aparıb cəmi 50 min manatlıq nöqsan açıqlanması, yumşaq desək, insanlarda gülüş doğurur.
Bu yaxınlarda redaksiyamıza verilən bir məlumatı isə böyük təəccüblə qarşıladıq. Həmin məlumatda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun öz qardaşını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini vəzifəsinə təyin etdirmək üçün agentliyin rəhbəri Zaur Mikayılovu necə “yola gətirdiyi” açıqlanır. Bildirilir ki, Z. Mikayılov sıradan bir kadr olan İlqar Gülməmmədovun Agentliyə rəhbər vəzifəyə gətirilməsinə razı deyilmiş. Doğrudur, təyinat dövlət başçısının sərəncamı ilə həyata keçirilir, lakin iri dövlət qurumlarında belə təyinatlar zamanı həmin qurumların rəhbərlərinin rəyi mütləq nəzərə alınır, bir çox hallarda namizədləri onlar təklif edirlər. Ki, həmin müavinlərlə məhz qurum rəhbərləri işləyirlər və onların arasında anlaşmanın olması vacib şərtlərdən biri hesab olunur.
Mənbəmizin dediyinə görə, Z. Mikayılov İ. Gülməmmədovun Agentliyə sədr müavini gəlməsini istəmirmiş, lakin V. Gülməmmədov onu razı salmağın yolunu asanlıqla tapıb: Hesablama Palatasının auditorlarını Agentliyin fəaliyyətini yoxlamağa göndərib. Auditorlar bir sıra pozuntular aşkarlayıblar, faktlar Z. Mikayılovun diqqətinə çatdırıldıqdan sonra o, İ. Gülməmmədovun özünə müavin təyin olunmasına dair təkliflə çıxış edib.
Hesablama Palatasının Agentlikdəki yoxlamaya dair rəyi isə təyinatdan bir ay sonra ictimaiyyətə açıqlanıb.
Məlumatla bağlı araşdırma apardıqda aydın oldu ki, İ. Gülməmmədov 2024-cü ilin noyabrında Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin olunub. Agentliyin internet saytında verilən məlumatdan aydın olur ki, İ. Gülməmmədov 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Material resursların idarə edilməsi” fakültəsini iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə 9 saylı Təmir-Tikinti Trestində kommersiya məsələləri üzrə müdir müavini kimi başlayıb. 2009-cu ilədək müxtəlif təşkilatlarda kommersiya və maliyyə məsələləri üzrə müdir müavini kimi çalışıb. Sonrakı 5 il ərzində özəl sektorda “Favorit” MMC-nin direktoru kimi fərdi sahibkarlıqla məşğul olub.
2013-cü ildə qardaşı V. Gülməmmədovun Hesablama Palatasının sədri təyin olunmasından sonra onun da dövlət qurumlarında fəaliyyətinə start verilib: 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) ilə birgə “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin kreditlər üzrə baş koordinatoru təyin edilib.
2018-ci ildən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunda audit şöbəsinin müdiri vəzifəsinə keçib. Altı il orada çalışdıqdan sonra isə ölkənin ən böyük dövlət qurumlarından birinə — Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin olunub.
Maraqlıdır ki, mənbəmizin digər məlumatı da özünü doğruldur: Hesablama Palatası həqiqətən 2024-cü ildə Su Ehtiyatları Agentliyində yoxlama aparıbmış. Yoxlamanın nəticələri həmin ilin dekabrında açıqlanıb. Ölkə mətbuatının yaydığı məlumatdan aydın olur ki, Palata Agentliyin fəaliyyətinin sırf Z. Mikayılovun 2021–2023-cü illərdə rəhbərlik etdiyi meliorasiya istiqamətini yoxlayıb. Xatırladaq ki, 2021-ci ildə Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub. 2023-cü ildə isə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Hesablama Palatası 2024-cü il üzrə İş Planına uyğun olaraq məhz Z. Mikayılovun 2021-ci ildən rəhbərlik etdiyi istiqamətdə yoxlama aparıb. Açıqlanan məlumatdan aydın olur ki, məqsəd Kür–Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi olub. Audit çərçivəsində Kür–Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.
Hesablama Palatasının audit nəticələri ilə bağlı atdığı addım da maraq doğurur. Belə ki, Palata Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qurumlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edib.
Göründüyü kimi, auditin nəticələri elə Agentliyin özünə təqdim olunub ki, tədbirlər görülsün.//Musavat.com
Oxşar xəbərlər
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı



