2.02.2026
Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev azadlığa buraxılıb.
Duzxeber.az xəbər verir ki, Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Şədiyyə Arif qızı Salehliyə məxsus 824 min 156 manat dəyərləndirilən əmlakı dələduzluq yolu ələ keçirməkdə ittiham olunub.
Zərərçəkmiş şəxs qismində tanınmış Şədiyyə Arif qızı Salehli bildirib ki, o, 23 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16 ünvanında yerləşən “AGBANK” ASC-in Elmlər filialından qeyd olunan tarixli müqavilə əsasında illik 22 faiz olmaqla, 24 ay müddətinə 450 min manat kredit vəsaiti əldə edərək həmin vəsaiti bankın qarşısında Tural Bayraməliyevə birgə iş görmək məqsədilə verib. Həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınıb və Şədiyyə Salehli ilə bərabər kredit müqaviləsinin təminatı olaraq özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub. Beləliklə hər iki şəxs kreditor qarşısında birgə məsuliyyət daşıyıblar.
Birgə biznes ortaqlığından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Tural Bayraməliyev təsisçisi və direktoru olduğu “Daş Çınqılı Servis” MMC adlı şirkətdə Şədiyyə Salehlini 15% pay sahibi edib və 1 il müddətində hər ay ona 10,000 manat pul ödəyib.
Bununla belə sözügedən kredit müqaviləsi üzrə cari ödənişlərin həyata keçirilməsi məqsədilə Tural Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230 min manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100 min manatını sonuncu öz şəxsi ehtiyacları üçün xərcləyib.
Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, Şədiyyə Salehli sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanarkən evli olduğu halda subay olduğuna dair etibarsız şəxsiyyət vəsiqəsi təqdim edib, notariusda ərizə verərək subay olduğunu bildirib və evli olduğunu qəsdlə gizlədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın çıxardığı hökmlə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökm Bakı Apelyasiya Məhkəməsində qüvvəsində saxlanılıb. Ali Məhkəmə Tural Bayraməliyevin kassasiya şikayətini təmin etməmişdi. Bu günlərdə Tural Bayraməliyevin cəza müddəti bitdiyindən azadlığa buraxılıb.
Xatırladaq ki, Tural Bayraməliyevin bibisi oğlu Hüseyn Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib. 2024-cü ildə bu cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham verilib. 58 yaşlı Hüseyn Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir. Hüseyn Abdullayevin barəsində sonuncu hökm ötən ilin fevralında, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Azər Tağıyevin sədrlik etdiyi məhkəmə iclasında “Quska” 9 il müddətinə azadlıqdan məhrum edilib.//Milli.Az
Milyonluq dələduzluq işi: Hüseyn Abdullayevin qohumu həbsdən çıxdı
Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev azadlığa buraxılıb.Duzxeber.az xəbər verir ki, Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Şədiyyə Arif qızı Salehliyə məxsus 824 min 156 manat dəyərləndirilən əmlakı dələduzluq yolu ələ keçirməkdə ittiham olunub.
Zərərçəkmiş şəxs qismində tanınmış Şədiyyə Arif qızı Salehli bildirib ki, o, 23 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16 ünvanında yerləşən “AGBANK” ASC-in Elmlər filialından qeyd olunan tarixli müqavilə əsasında illik 22 faiz olmaqla, 24 ay müddətinə 450 min manat kredit vəsaiti əldə edərək həmin vəsaiti bankın qarşısında Tural Bayraməliyevə birgə iş görmək məqsədilə verib. Həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınıb və Şədiyyə Salehli ilə bərabər kredit müqaviləsinin təminatı olaraq özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub. Beləliklə hər iki şəxs kreditor qarşısında birgə məsuliyyət daşıyıblar.
Birgə biznes ortaqlığından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Tural Bayraməliyev təsisçisi və direktoru olduğu “Daş Çınqılı Servis” MMC adlı şirkətdə Şədiyyə Salehlini 15% pay sahibi edib və 1 il müddətində hər ay ona 10,000 manat pul ödəyib.
Bununla belə sözügedən kredit müqaviləsi üzrə cari ödənişlərin həyata keçirilməsi məqsədilə Tural Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230 min manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100 min manatını sonuncu öz şəxsi ehtiyacları üçün xərcləyib.
Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, Şədiyyə Salehli sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanarkən evli olduğu halda subay olduğuna dair etibarsız şəxsiyyət vəsiqəsi təqdim edib, notariusda ərizə verərək subay olduğunu bildirib və evli olduğunu qəsdlə gizlədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın çıxardığı hökmlə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökm Bakı Apelyasiya Məhkəməsində qüvvəsində saxlanılıb. Ali Məhkəmə Tural Bayraməliyevin kassasiya şikayətini təmin etməmişdi. Bu günlərdə Tural Bayraməliyevin cəza müddəti bitdiyindən azadlığa buraxılıb.
Xatırladaq ki, Tural Bayraməliyevin bibisi oğlu Hüseyn Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib. 2024-cü ildə bu cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham verilib. 58 yaşlı Hüseyn Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir. Hüseyn Abdullayevin barəsində sonuncu hökm ötən ilin fevralında, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Azər Tağıyevin sədrlik etdiyi məhkəmə iclasında “Quska” 9 il müddətinə azadlıqdan məhrum edilib.//Milli.Az
Oxşar xəbərlər
-
26.01.2026Hüseyin Özuysal və Selcuk Demirin sədr olduğu "Ziraat Bank Azərbaycan"da 318 milyonluq boşluq: Rəsmi hesabatın acı rəqəmləri -
21.01.2026Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



