13-01-2026, 16:14
Duzxeber.az: - “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 26.12.2025-ci il tarixində “Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə qeyri yaşayış binalarının (məktəb, bağça və qazanxana) təmir – bərpa, kommunikasiya, yaşıllıq və abadlıq işləri”nin satın alınması üçün keçirilən açıq tenderdə “NAKHISH” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ qalib elan olunmuş və həmin şirkətlə 3.084.537,10 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat dövlət satınalmalarının portalında 06.01.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, bu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “NAKHISH” Mənzil Tikinti Kooperativi arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Xocavənd rayonunun Tuğ qəsəbəsi üzrə fərdi yaşayış evlərinin təmir işləri üzrə “NAKHISH” Mənzil-Tikinti Kooperativi ilə 4.298.023,55 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu məlumat isə satınalmaların portalında 30.12.2025-ci ildə dərc edilib.
İndi gəlin görək Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin bir həftə ərzində ümumi dəyəri 7 382 560 manat olan iki müqavilə bağladığı “NAKHISH” Mənzil Tikinti Kooperativi haqqında nə kimi məlumatlar var.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NAKHISH” (VÖEN: 2305030071) Mənzil-Tikinti Kooperativinin 12.04.2021-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKT, ev.60F, m.56, qanuni təmsilçisi kimi isə Hacıyev Tural Cəlil oğlu qeyd olunub.
Reyestr məlumatlarına edilmiş dəyişikliklərə görə Mənzil-Tikinti Kooperativinin təsisçisi və ilk qanuni təmsilçisi Məhərrəmova Vəsilə Yaqub qızı olub.
Elektron medida 2025-ci ilin yanvarında yayılan məlumatlara görə “NAKHISH” Mənzil Tikinti Kooperativi 174 min manatı vergidən yayındırdığına görə məhkəməlik olub. Qanuni təmsilçisi Tural Hacıyev olan MTK vergi öhdəlikləri üzrə bəyannaməni vaxtında təqdim etmədiyinə görə də maliyyə sanksiyası ilə üzləşib.
MTK həmçinin daha əvvəl də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə cərimə olunub.
2023-cü ilin dekabrında yayılan məlumatda bildirilir ki, “Nakhish” MTK-ya inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.İşə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Liza Xanməmmədova baxıb.
Medianın 2024-cü ilin aprelində yaydığı məlumata görə “Nakhısh” Mənzil-Tikinti Kooperativi siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
Həmin məcəllənin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500-2000 məbləğdə cərimə edilir. İşə Gəncə şəhər Məhkəməsinin hakimi Orxan Cəfərli baxıb.
Bu məlumatlardan da göründüyü kimi “NAKHISH” Mənzil-Tikinti Kooperativi əmək qanunvericiliyini dəfələrlə pozduğuna görə məhkəməyə cəlb edilib. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunda təchizatçılara dair ümumi tələblərdən biri də son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;
Göründüyü kimi “NAKHISH” Mənzil-Tikinti Kooperativinə son illər əmək qanunvericiliyini, əməyin mühafizəsi qaydalarının pozulmasına görə bir neçə dəfə inzibati cərimə tətbiq edilib.
Belə olan halda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “NAKHISH” Mənzil-Tikinti Kooperativini necə qalib seçə bilib. Burada sənəd saxtalaşdırılmasını kimi edib, yaxud da buna kim göz yumub bəlli deyil. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin b elə qanunsuzluqlara nəzarətsizliyi də həmçinin.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb./Aktualinfo.net
“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur?

Oxşar xəbərlər
-
24-12-2025, 18:03Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
23-12-2025, 13:00Goranboyun büdcəsinin “ORTAĞI”: “Star Təmir Construction”– 20 manatlıq şirkətə axıdılan milyonlar… - FOTOFAKT -
13-12-2025, 14:46Milli Məclis və DƏLƏDUZLUQ! -
10-12-2025, 10:33Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir? -
5-12-2025, 11:46Azərbaycanda bu şəxslər 30 min manat cərimələnəcək
Xəbər lenti
-
Bugün, 00:04Horovlu yenidən doğulur: Quruculuq və rifahın yeni ünvanı
-
Dün, 18:00Oğlunun toyunda başına daş düşən kişi öldü
-
Dün, 17:45İranın cənubunda sement zavoduna zərbə endirildi
-
Dün, 17:30Hörmüz boğazında İsrailə məxsus gəmiyə zərbə endirildi
-
Dün, 17:16Dövlət qurumu bu dəfə də Vidadi Orucovun oğlunu seçdi – 97 minlik müqavilə
-
Dün, 17:00“Tehran bu şərtlərdən narahatdır”
-
Dün, 16:45Azərbaycanın yardım TIR-ları İrana keçdi - YENİLƏNİB
-
Dün, 16:30Stadionda tribuna ÇÖKDÜ: ÖLƏN VAR
-
Dün, 16:15Bu ölkədə dövlət çevrilişinə cəhd edildi
-
Dün, 16:00NASA-dan tarixi kadr: Yer kürəsinin fotosunu ÇƏKİLİB
-
Dün, 15:45ABŞ Rusiyanı QABAQLADI: Yenidən...
-
Dün, 15:30Əlbir olub vətəndaşın 317 min manatını böldülər
-
Dün, 15:15Bazar günü də yağış yağacaq
-
Dün, 15:00Türkiyədə ağır qəza: ÖLƏNLƏR VAR
-
Dün, 14:45Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?
-
Dün, 14:30Ukraynada məşhur bazar VURULDU: ÖLƏNLƏR VAR
-
Dün, 14:15ABŞ ordusu İrana DAXİL OLDU
-
Dün, 14:00Selcan Süleymanlı dünyanın top universitetinə QƏBUL OLDU
-
Dün, 13:50İki yaşlı uşaq dəm qazından öldü
-
Dün, 13:30Ziya Məmmədov illər sonra belə göründü – FOTO
-
Dün, 13:15Paşinyan seçkilərə hazırlaşır: "Vətəndaş müqaviləsi" qurultayının gündəliyi açıqlanıb
-
Dün, 13:00Kommunal borcu olanların NƏZƏRİNƏ
-
Dün, 12:45İrandan mühüm FƏRMAN
-
Dün, 12:30Siyəzəndə 5 nəfər dəm qazından zəhərləndi - Yenilənib
-
Dün, 12:15Azərbaycan manatının dövretmə sürəti azalıb
-
Dün, 12:00"BakuBus"la minik maşını toqquşdu
-
Dün, 11:45Azərbaycanda yeni MALL TİKİLİR
-
Dün, 11:3015 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
-
Dün, 11:15Hərbçi "Tərtər işi"nə görə bu qədər təzminat alacaq
-
Dün, 11:00Türkiyədə zəlzələ oldu