16.02.2026
Duzxeber.az: - Şikayətçi Günay Vahidovanın iddiaları bir daha göstərir ki, bəzi hallarda tibbi xidmət adı altında həyata keçirilən müdaxilələr nə hüquqi çərçivəyə, nə də tibbi etikaya sığır. 1958-ci il təvəllüdlü Vahidova Elmira Soltanməcid qızının başına gələnlər isə ciddi suallar doğurur və bu suallar cavabsız qala bilməz. Şikayətə əsasən, pasiyent ötən ilin 29 dekabr tarixində sol diz nahiyəsində ağrılarla bağlı Tusi Hospitalda fəaliyyət göstərən travmatoloq-ortoped Natiq Əhmədova müraciət edib. Lakin müayinə klinikada deyil, ev şəraitində aparılıb. Daha da narahatedici məqam odur ki, pasiyentin dizinə tətbiq olunan “gel”in mənşəyi, tərkibi və istehsalçısı barədə heç bir məlumat verilməyib. Tibbi praktikada şəffaflıq əsas prinsip olduğu halda, burada şəffaflığın yerini müəmmalı və sənədsiz müdaxilə alıb.
Mediatv.az-ı məlumatlandıran şikayətçinin sözlərinə görə bu müdaxilədən sonra xəstənin vəziyyəti daha da ağırlaşıb, ağrılar artıb və nəticədə pasiyent sərbəst hərəkət qabiliyyətini itirib. Ən diqqətçəkən detal isə göstərilən xidmət qarşılığında 400 AZN ödəniş alınması və buna baxmayaraq heç bir rəsmi qəbzin, tibbi protokolun, epikriz və ya digər sənədin təqdim edilməməsidir. Bu artıq təkcə etik məsələ deyil — hüquqi məsuliyyət doğuran ciddi pozuntu iddialarıdır.

Saytımızda “400 manata vurulan gel xəstəni şikəst etdi” başlıqlı material dərc olunduqdan sonra həkimin şikayətçidən aldığı pulu geri qaytarması isə vəziyyəti daha da şübhəli edir. Əgər hər şey qanuni və tibbi standartlara uyğun idisə, niyə ödəniş geri qaytarıldı? Bu addım vicdan məsələsi idimi, yoxsa məsuliyyətdən yayınmaq cəhdi?
Burada əsas məsələ pulun qaytarılması deyil. Əsas sual budur: insan sağlamlığı üzərində aparılan qeyri-şəffaf, sənədsiz və nəzarətsiz müdaxilələr necə olur ki, sistem tərəfindən vaxtında aşkar edilmir? Pulun geri verilməsi xəstənin sağlamlığını geri qaytarırmı? Şəffaf olmayan tibbi müdaxilə faktı hüquqi qiymət almayacaqsa, sabah eyni hadisənin başqa bir pasiyentin başına gəlməyəcəyinə kim zəmanət verir? Hüquqşünaslar bildirirlər ki, ödənişin geri qaytarılması şəxsi razılaşma sayılsa da, bu, mümkün tibbi səhlənkarlıq və ya qanunsuz tibbi fəaliyyət üzrə məsuliyyəti avtomatik aradan qaldırmır. Əksinə, sənədsiz tibbi müdaxilə və qeyri-rəsmi ödəniş iddiaları araşdırma tələb edən hallardır. Cəmiyyət üçün ən təhlükəli məqam isə belə hadisələrin cəzasızlıq hissi yaratmasıdır. Əgər tibbi xidmət adı ilə həyata keçirilən hər hansı əməliyyat sənədsiz, qeydiyyatsız və nəzarətsiz qala bilirsə, bu artıq tək bir xəstənin deyil, bütün sistemin problemidir. Bu hadisə bir daha göstərir ki, insan sağlamlığı üzərində aparılan hər bir müdaxilə şəffaf, sənədləşdirilmiş və hüquqi çərçivədə olmalıdır. Əks halda, 400 manatın geri qaytarılması sadəcə məsuliyyətdən yayınmaq üçün atılan gecikmiş addım kimi görünür — və bu, cəmiyyətin ədalət gözləntilərini qətiyyən təmin etmir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.//Mediatv.az
400 MANATI GERİ QAYTARMAQ GÜNAHI ÖRTÜRMÜ?”

Oxşar xəbərlər
-
13.02.2026Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
21.01.2026Vəliyevlər ailəsinin Almaniyada Aərbaycana və Azərbaycanlılara qarşı cinayətləri - VİDEO -
2.01.2026TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR -TƏFSİLAT -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
24.06.2026Türkiyəyə 200 kq ağırlığında dron düşdü
-
24.06.2026Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
24.06.2026ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
23.06.2026Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
23.06.2026Portuqaliya və İngiltərə ikinci oyununa çıxır
-
23.06.2026Hacı Şahinin oğlu məzun oldu
-
23.06.2026Qəbələdə 4 ton çətənə kolu məhv edildi
-
23.06.2026Litvanın Baş naziri istefa verdi
-
23.06.2026Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
23.06.2026Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var
-
23.06.2026İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti
-
23.06.2026İlham Əliyev həmkarını yola saldı
-
23.06.2026"Kəpəz" yeni baş məşqçisini açıqladı
-
23.06.2026Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU
-
23.06.2026Şəhid övladları liseyə qəbul olundular - ADLAR
-
23.06.2026"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
-
23.06.2026"Vaşinqtona etimad göstərmirik" - İran
-
23.06.2026Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi
-
23.06.2026Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu
-
23.06.2026Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək
-
23.06.2026Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ
-
23.06.2026Rusiya Ermənistana xəbərdarlıq etdi
-
23.06.2026Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil
-
23.06.2026Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq
-
23.06.2026Bakı zooparkı ləğv olunur
-
23.06.2026Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
23.06.2026Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA
-
23.06.2026TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək