2.01.2026
Duzxeber.az: Son illər səhiyyə sahəsində aparılan islahatların mərkəzində dayanan TƏBİB-in kadr siyasəti ciddi suallar doğurur. Məqsəd şəffaflıq, peşəkarlıq və xidmət keyfiyyətinin yüksəldilməsi olsa da, reallıqda baş verənlər bunun tam əksini göstərir.
Redaksiyamıza daxil olan məlumatlar və apardığımız araşdırmalar göstərir ki, TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrində peşəkarlıq yox, yaxınlıq və loyalıq əsas meyar kimi götürülür. İllərlə bu sahədə çalışan, ixtisaslı və təcrübəli həkimlər kənarda saxlanılır, onların yerinə isə idarəetmə təcrübəsi olmayan, tibblə əlaqəsi zəif şəxslər rəhbər vəzifələrə gətirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bəzi vəzifələrə təyin olunan şəxslərin nə müvafiq ixtisası, nə də sahə üzrə real iş təcrübəsi var. Bu isə təkcə idarəçilik problemi deyil, birbaşa vətəndaşların sağlamlığına yönəlmiş təhlükədir. Çünki səhv qərarlar, düzgün qurulmayan iş prosesi, məsuliyyətsiz yanaşma sonda həkim–pasiyent münasibətlərində gərginlik yaradır və tibbi xidmətin keyfiyyətini aşağı salır.Xüsusilə ayrı-ayrı həkimlərin təhsil və əmək fəaliyyətində müşahidə olunan zaman, məkan və status uyğunsuzluqları bu siyasətin ciddi boşluqlarla müşayiət olunduğunu göstərir.Belələrindən biri də Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevdir.
Natıq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illəri ciddi suallar doğurur. Sənədlərə əsasən, o, 2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018–2022-ci illərdə isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.
Eyni zamanda bildirilir ki, Natıq Əliyev:
2019–2020-ci illərdə Türkiyənin *“Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”*ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində,
2020–2022-ci illərdə isə *“Marmara Üniversitesi”*ndə təhsilini davam etdirib.
Buraya qədər sadalananlar artıq özü-özlüyündə sual yaradır:
Rezidentura təhsili Azərbaycanda davam edərkən, eyni vaxtda Türkiyədə iki ayrı universitet və klinikada necə təhsil almaq mümkündür?
Məsələ bununla da bitmir. Daha əvvəl açıqlanan məlumatlara görə, Natıq Əliyev:
2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,
2021–2022-ci illərdə həmin qurumda sanitar həkim,
2020–2022-ci illərdə isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi çalışıb.
Ortaya açıq-aşkar zaman və məkan uyğunsuzluğu çıxır. Bir şəxs eyni illərdə:
Naxçıvanda dövlət tibb müəssisəsində işləyib,
Bakıda xəstəxanada həkim kimi fəaliyyət göstərib,
Paralel şəkildə Türkiyədə iki ayrı universitetdə təhsil alıb,
Üstəlik Azərbaycanda rezidentura keçib.
Bu necə baş verib?
Natıq Əliyev faktiki olaraq harada olub – Naxçıvanda, Bakıda, yoxsa Türkiyədə?
Onun adı bəzi müəssisələrdə sadəcə ştat cədvəlində saxlanılıbmı?
Yoxsa diplom, rezidentura və iş stajı “kağız üzərində” formalaşdırılıb?
Xüsusilə qeyd edilməlidir ki, söhbət pandemiya dövrünü əhatə edən illərdən gedir. Həmin vaxt infeksionist həkimlərin hər gün fiziki iştirakı, növbələri və real xidməti həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə bir həkimin eyni vaxtda üç ölkə, bir neçə şəhər və müxtəlif statuslarda fəaliyyətdə olması inandırıcı görünmür. Redaksiyamıza daxil olan məlumata görə Natiq Əliyevin resdentura təhsili yoxdur.Rezidentura təhsili olmamaq natamam ali təhsil sayılır və belə şəxsin direktor kimi fəaliyyət göstərməsi müvafiq qanunvericiliklə ziddiyət təşkil edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil və rezidentura üzrə səlahiyyətli qurumlar aydınlıq gətirməlidir:
Bu təhsil və iş dövrləri hansı sənədlərlə təsdiqlənib?
Davamiyyət, ezamiyyət və ya distant əsaslar varmı?
Dövlət büdcəsindən ödənilən əməkhaqları real işə uyğun olubmu?
Cəmiyyət isə haqlı olaraq soruşur:
Bir həkim eyni vaxtda bu qədər yerdədirsə, bəs real məsuliyyəti kim daşıyıb?
Bu həkimlərin işə qəbulu hansı əsaslarla aparılıb?
Rezidentura, xarici təhsil və paralel əmək fəaliyyəti necə uzlaşdırılıb?
TƏBİB bu ziddiyyətləri bilə-biləmi görməzdən gəlib?
Əgər bu suallar cavabsız qalacaqsa, deməli problem təkcə ayrı-ayrı şəxslərdə yox, TƏBİB-in səhv və məsuliyyətsiz kadr siyasətindədir.(mediatv.asz)
Araşdırmamaız davam edir...//neqativ.com
TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR -TƏFSİLAT
Duzxeber.az: Son illər səhiyyə sahəsində aparılan islahatların mərkəzində dayanan TƏBİB-in kadr siyasəti ciddi suallar doğurur. Məqsəd şəffaflıq, peşəkarlıq və xidmət keyfiyyətinin yüksəldilməsi olsa da, reallıqda baş verənlər bunun tam əksini göstərir.Redaksiyamıza daxil olan məlumatlar və apardığımız araşdırmalar göstərir ki, TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrində peşəkarlıq yox, yaxınlıq və loyalıq əsas meyar kimi götürülür. İllərlə bu sahədə çalışan, ixtisaslı və təcrübəli həkimlər kənarda saxlanılır, onların yerinə isə idarəetmə təcrübəsi olmayan, tibblə əlaqəsi zəif şəxslər rəhbər vəzifələrə gətirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bəzi vəzifələrə təyin olunan şəxslərin nə müvafiq ixtisası, nə də sahə üzrə real iş təcrübəsi var. Bu isə təkcə idarəçilik problemi deyil, birbaşa vətəndaşların sağlamlığına yönəlmiş təhlükədir. Çünki səhv qərarlar, düzgün qurulmayan iş prosesi, məsuliyyətsiz yanaşma sonda həkim–pasiyent münasibətlərində gərginlik yaradır və tibbi xidmətin keyfiyyətini aşağı salır.Xüsusilə ayrı-ayrı həkimlərin təhsil və əmək fəaliyyətində müşahidə olunan zaman, məkan və status uyğunsuzluqları bu siyasətin ciddi boşluqlarla müşayiət olunduğunu göstərir.Belələrindən biri də Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevdir.
Natıq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illəri ciddi suallar doğurur. Sənədlərə əsasən, o, 2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018–2022-ci illərdə isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.
Eyni zamanda bildirilir ki, Natıq Əliyev:
2019–2020-ci illərdə Türkiyənin *“Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”*ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində,
2020–2022-ci illərdə isə *“Marmara Üniversitesi”*ndə təhsilini davam etdirib.
Buraya qədər sadalananlar artıq özü-özlüyündə sual yaradır:
Rezidentura təhsili Azərbaycanda davam edərkən, eyni vaxtda Türkiyədə iki ayrı universitet və klinikada necə təhsil almaq mümkündür?
Məsələ bununla da bitmir. Daha əvvəl açıqlanan məlumatlara görə, Natıq Əliyev:
2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,
2021–2022-ci illərdə həmin qurumda sanitar həkim,
2020–2022-ci illərdə isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi çalışıb.
Ortaya açıq-aşkar zaman və məkan uyğunsuzluğu çıxır. Bir şəxs eyni illərdə:
Naxçıvanda dövlət tibb müəssisəsində işləyib,
Bakıda xəstəxanada həkim kimi fəaliyyət göstərib,
Paralel şəkildə Türkiyədə iki ayrı universitetdə təhsil alıb,
Üstəlik Azərbaycanda rezidentura keçib.
Bu necə baş verib?
Natıq Əliyev faktiki olaraq harada olub – Naxçıvanda, Bakıda, yoxsa Türkiyədə?
Onun adı bəzi müəssisələrdə sadəcə ştat cədvəlində saxlanılıbmı?
Yoxsa diplom, rezidentura və iş stajı “kağız üzərində” formalaşdırılıb?
Xüsusilə qeyd edilməlidir ki, söhbət pandemiya dövrünü əhatə edən illərdən gedir. Həmin vaxt infeksionist həkimlərin hər gün fiziki iştirakı, növbələri və real xidməti həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə bir həkimin eyni vaxtda üç ölkə, bir neçə şəhər və müxtəlif statuslarda fəaliyyətdə olması inandırıcı görünmür. Redaksiyamıza daxil olan məlumata görə Natiq Əliyevin resdentura təhsili yoxdur.Rezidentura təhsili olmamaq natamam ali təhsil sayılır və belə şəxsin direktor kimi fəaliyyət göstərməsi müvafiq qanunvericiliklə ziddiyət təşkil edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil və rezidentura üzrə səlahiyyətli qurumlar aydınlıq gətirməlidir:
Bu təhsil və iş dövrləri hansı sənədlərlə təsdiqlənib?
Davamiyyət, ezamiyyət və ya distant əsaslar varmı?
Dövlət büdcəsindən ödənilən əməkhaqları real işə uyğun olubmu?
Cəmiyyət isə haqlı olaraq soruşur:
Bir həkim eyni vaxtda bu qədər yerdədirsə, bəs real məsuliyyəti kim daşıyıb?
Bu həkimlərin işə qəbulu hansı əsaslarla aparılıb?
Rezidentura, xarici təhsil və paralel əmək fəaliyyəti necə uzlaşdırılıb?
TƏBİB bu ziddiyyətləri bilə-biləmi görməzdən gəlib?
Əgər bu suallar cavabsız qalacaqsa, deməli problem təkcə ayrı-ayrı şəxslərdə yox, TƏBİB-in səhv və məsuliyyətsiz kadr siyasətindədir.(mediatv.asz)
Araşdırmamaız davam edir...//neqativ.com
Oxşar xəbərlər
-
1.01.2026Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT -
29.12.2025Xaçmazda icra sükutu: vətəndaş qapı döyür, məmur görünmür - VİDEO -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
17.12.2025Ekranlarda əxlaqi tənəzzül: Susqun nəzarət, açıq zərər və məsuliyyətdən qaçış -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib



