13.02.2026
Şirəliyev Kamran Tacəddin oğlu həyat yoldaşının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.
Duzxeber.az: - Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həyat yoldaşı Şirəliyev Arzu Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasında çanaq nahiyəsindəki kistanın götürülməsi məqsədilə aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Şikayətçi bildirir ki, əməliyyat zamanı yol verilən ciddi tibbi səhvlər sonradan gizlədilib.
Kamran Şirəliyevin iddiasına əsasən, həyat yoldaşı əməliyyat günü faktiki olaraq həyatını itirib. Lakin bu fakt ailədən gizlədilərək vəziyyət “koma” adı altında təqdim olunub və mərhum 18 gün xəstəxanada saxlanılıb. Şikayətçi hesab edir ki, bu müddət ailəni sakitləşdirmək və baş verənləri ört-basdır etmək məqsədi daşıyıb.
Vətəndaş bildirir ki, əməliyyatda kafedra müdiri Fariz Camalov Hidayət oğlu və ikinci cərrah kimi Fərhad Sultanov iştirak edib. Onun sözlərinə görə, əməliyyatdan iki saat sonra Fərhad Sultanov onu otağına çağıraraq əməliyyatın “həddindən artıq uğurlu keçdiyini” bildirib.
Eyni zamanda şikayətçi qeyd edir ki, paralel olaraq Fariz Camalovun assistenti Nərgiz adlı tibb işçisinə zəng edilərək xəstənin ayaq barmaqlarında reaksiya olub-olmadığının yoxlanılması tapşırılıb. Bu zəngdən qısa müddət sonra isə xəstənin vəziyyətinin kritik olduğu məlum olub.
Kamran Şirəliyev bildirir ki, həyat yoldaşının ölümü əməliyyat zamanı tətbiq olunan tibbi müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, belin boşluq hissəsinə vurulmalı olan iynə ürək nahiyəsinə vurulub. Şikayətçi qeyd edir ki, ailə üzvlərindən biri mərhumun yanına daxil olarkən iynənin bel nahiyəsində deyil, məhz ürək nahiyəsində olduğunu müşahidə edib və bunu şəkil çəkərək sənədləşdirib. Buna baxmayaraq, bu tibbi müdaxiləni kimin etdiyi və hansı əsasla aparıldığı bu günə qədər rəsmi şəkildə açıqlanmayıb. Şikayətçinin iddiasına görə, həyat yoldaşı vəfat etdikdən sonra kafedra müdiri Fariz Camalov onunla söhbət zamanı açıq şəkildə məsuliyyəti inkar edən və cəmiyyət üçün ciddi narahatlıq doğuran ifadələr işlədib. Kamran Şirəliyev bildirir ki, Fariz Camalov ona belə deyib:
“Sən mənə heç nə edə bilmərsən. Kağıza nə yazsam, o da olacaq. Mən çox əməliyyatlar etmişəm, ölənlər olub. O qədər adam olub ki, deyib buranı bomba qoyub partladacam, amma görürsən, 14 mərtəbənin hamısı yerindədir, heç yer partlamayıb”.
Vətəndaş hesab edir ki, bu cür ifadələr təkcə ailəyə qarşı hörmətsizlik deyil, həm də tibb sistemində cəzasızlıq mühitinin açıq göstəricisidir./Patrul/
Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video
Şirəliyev Kamran Tacəddin oğlu həyat yoldaşının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.Duzxeber.az: - Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həyat yoldaşı Şirəliyev Arzu Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasında çanaq nahiyəsindəki kistanın götürülməsi məqsədilə aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Şikayətçi bildirir ki, əməliyyat zamanı yol verilən ciddi tibbi səhvlər sonradan gizlədilib.
Kamran Şirəliyevin iddiasına əsasən, həyat yoldaşı əməliyyat günü faktiki olaraq həyatını itirib. Lakin bu fakt ailədən gizlədilərək vəziyyət “koma” adı altında təqdim olunub və mərhum 18 gün xəstəxanada saxlanılıb. Şikayətçi hesab edir ki, bu müddət ailəni sakitləşdirmək və baş verənləri ört-basdır etmək məqsədi daşıyıb.
Vətəndaş bildirir ki, əməliyyatda kafedra müdiri Fariz Camalov Hidayət oğlu və ikinci cərrah kimi Fərhad Sultanov iştirak edib. Onun sözlərinə görə, əməliyyatdan iki saat sonra Fərhad Sultanov onu otağına çağıraraq əməliyyatın “həddindən artıq uğurlu keçdiyini” bildirib.
Eyni zamanda şikayətçi qeyd edir ki, paralel olaraq Fariz Camalovun assistenti Nərgiz adlı tibb işçisinə zəng edilərək xəstənin ayaq barmaqlarında reaksiya olub-olmadığının yoxlanılması tapşırılıb. Bu zəngdən qısa müddət sonra isə xəstənin vəziyyətinin kritik olduğu məlum olub.
Kamran Şirəliyev bildirir ki, həyat yoldaşının ölümü əməliyyat zamanı tətbiq olunan tibbi müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, belin boşluq hissəsinə vurulmalı olan iynə ürək nahiyəsinə vurulub. Şikayətçi qeyd edir ki, ailə üzvlərindən biri mərhumun yanına daxil olarkən iynənin bel nahiyəsində deyil, məhz ürək nahiyəsində olduğunu müşahidə edib və bunu şəkil çəkərək sənədləşdirib. Buna baxmayaraq, bu tibbi müdaxiləni kimin etdiyi və hansı əsasla aparıldığı bu günə qədər rəsmi şəkildə açıqlanmayıb. Şikayətçinin iddiasına görə, həyat yoldaşı vəfat etdikdən sonra kafedra müdiri Fariz Camalov onunla söhbət zamanı açıq şəkildə məsuliyyəti inkar edən və cəmiyyət üçün ciddi narahatlıq doğuran ifadələr işlədib. Kamran Şirəliyev bildirir ki, Fariz Camalov ona belə deyib:
“Sən mənə heç nə edə bilmərsən. Kağıza nə yazsam, o da olacaq. Mən çox əməliyyatlar etmişəm, ölənlər olub. O qədər adam olub ki, deyib buranı bomba qoyub partladacam, amma görürsən, 14 mərtəbənin hamısı yerindədir, heç yer partlamayıb”.
Vətəndaş hesab edir ki, bu cür ifadələr təkcə ailəyə qarşı hörmətsizlik deyil, həm də tibb sistemində cəzasızlıq mühitinin açıq göstəricisidir./Patrul/
Oxşar xəbərlər
-
31.01.2026Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi -
30.01.2026Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi -
14.01.2026Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT -
24.12.2025Prezident İlham Əliyevin doğum günüdür -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
25.06.2026Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var
-
25.06.2026Vinisius Ançelottidən hədiyyə gözləyir
-
25.06.2026Aqşin Fatehin restoranı yenə bağlandı
-
25.06.2026Bakıdakı metro stansiyalardan birində lift olacaq
-
25.06.2026Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi
-
25.06.2026Ötən gün 62 cinayətin üstü açılıb
-
25.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026Türkiyədə binada yanğın: Ölənlər var
-
25.06.2026“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
-
25.06.2026“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
-
25.06.2026Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır
-
25.06.2026Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
25.06.2026Ukrayna strateji bölgəni azad etdi
-
25.06.2026Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı
-
25.06.2026Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ
-
25.06.2026İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
25.06.2026Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
-
25.06.2026II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək
-
25.06.2026“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
-
25.06.2026Azərbaycanın bank sektorunun aktivləri artıb
-
25.06.2026Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
-
25.06.2026Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar
-
25.06.2026"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
25.06.2026TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
25.06.2026“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub
-
25.06.2026Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
25.06.202660 yaşlı kişi mağazada öldü
-
25.06.2026Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat
-
25.06.2026Dollar almaq istəyənlərin nəzərinə



