17.02.2026
Duzxeber.az: - Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar sektorda koordinasiya və dövlət–özəl əməkdaşlığının qurulmasında mühüm rol oynayır. Bu baxımdan turizm bazarında mövcud olan strukturların fəaliyyəti və onların dövlət qurumları ilə münasibətləri diqqət mərkəzindədir.
Turizm sektorunda nə baş verir? - FUAD NAĞIYEVƏ MÜRACİƏT
Duzxeber.az: - Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar sektorda koordinasiya və dövlət–özəl əməkdaşlığının qurulmasında mühüm rol oynayır. Bu baxımdan turizm bazarında mövcud olan strukturların fəaliyyəti və onların dövlət qurumları ilə münasibətləri diqqət mərkəzindədir.Hazırda turizm agentliklərini birləşdirən əsas qurumlardan biri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası(ATAA)dır. 170-dən artıq turizm şirkətini öz ətrafında birləşdirən Assosiasiya turizm sahəsində dövlətin mərkəzi icra hakimiyyəti olan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. ATAA-nın əsas məqsədi ölkə turizminin inkişafına töhfə vermək, üzv şirkətlərin hüquqlarını qorumaq, Azərbaycanı xarici bazarlarda turizm destinasiyası kimi tanıtmaq və ölkəyə turist axınını artırmaqdır.
Son illər Assosiasiya müxtəlif dövlət qurumları, beynəlxalq tərəfdaşlar, aviadaşıyıcılar və xarici təşkilatlarla çoxsaylı görüşlər keçirib. Bu görüşlər əsasən turizmin bərpası, yeni əməkdaşlıqların qurulması və bazarın genişləndirilməsi istiqamətində olub. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyəti ATAA-nı formalaşmış və qəbul olunan platforma kimi qiymətləndirir. Qurumun sədri Göydəniz Qəhrəmanovdur.
Bununla yanaşı son vaxtlar Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası adlı yeni qurumun fəallaşması diqqət çəkir. Assosiasiyanın rəhbəri Nizaməddin Hüseynzadə mediada dövlətin turizm siyasəti və ölkədə turizmin mövcud durumu ilə bağlı açıqlamalar verir, eyni zamanda Türkiyə və digər ölkələrə səfərlər edərək turizm sahəsində əməkdaşlıqla bağlı görüşlər keçirdiyini bildirir.
Məhz bu məqamda turizm agentlikləri və otel sahibləri arasında narahatlıq yaranıb. Editor.az-a müraciət edən sahibkarlar qeyd edirlər ki, dövlətin dəstəklədiyi və uzun illərdir fəaliyyət göstərən ATAA-nın üzvləridirlər. Lakin son dövrlər Nizaməddin Hüseynzadə açıq formada himayə edilir və şirkətlər müxtəlif rəsmi və qeyri-rəsmi dairələr tərəfindən rəhbərlik etdiyi assosiasiyaya üzv olmağa təşviq edilirlər. Bu isə sektorda çaşqınlıq yaradır.
Şirkət təmsilçiləri bildirir ki, Nizaməddin Hüseynzadə turizm sektorunda iri biznez şəbəkəsinə sahibdir. İndi isə onun ümumi sektoru nəzarətə götürmək cəhdləri sağlam rəqabət mühiti üçün ciddi təhdid törədir.
Mütəxəssislər hesab edirlər ki, turizm kimi strateji sahədə paralel assosiasiyaların fəallaşması, səlahiyyət bölgüsünün aydın olmadığı şəraitdə bazarda qeyri-müəyyənlik yarada bilər. Bu cür vəziyyət həm şirkətlərin fəaliyyətinə, həm də dövlət–özəl sektor münasibətlərinə mənfi təsir göstərə bilər.
Sektor nümayəndələri yaranmış vəziyyətlə bağlı Fuad Nağıyevin rəhbərlik etdiyi Dövlət Turizm Agentliyindən məsələyə aydınlıq gətirilməsini və turizm sahəsində vahid mövqenin qorunmasını gözlədiklərini bildirirlər. Onların fikrincə, turizmin inkişafı üçün parçalanma deyil, koordinasiya və birlik daha effektiv nəticə verə bilər.
Editor.az məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin mövqeyini dərc etməyə çalışacaq.// Editor.az
Xəbər lenti
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü
-
5.08.2026Şirvan kanalı bərpa edildi - FOTO
-
5.08.2026Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
-
5.08.2026Kiyevdə matəm elan edildi
-
5.08.2026“Bar-bar bağırdı ki, mən sənin...” -Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!"
-
5.08.2026Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ
-
5.08.2026İlon Maskın raketi Ayın səthinə çırpıldı: Yeni krater yarandı
-
5.08.2026Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
-
5.08.2026Rahat Marketdə satılan “Pınar” kolbasası müzakirə yaratdı - Tarix niyə silinmiş görünür?
-
5.08.2026İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu
-
5.08.2026Məhkumun gizlətdiyi silah üzə çıxdı - BİRGƏ ƏMƏLİYYAT
-
5.08.2026“Məni narahat edən rəqib yox, özümüzük” – Qurban Qurbanov
-
5.08.2026Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatları yayıldı
-
5.08.2026Xocavəndə növbəti köç karvanı mənzil başına çatdı - YENİLƏNDİ
-
5.08.2026Hikmət Hacıyevdən önəmli AÇIQLAMA: "Azərbaycan heç vaxt öz ərazisinin..."
-
5.08.2026Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər...
-
5.08.2026“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
5.08.2026Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
5.08.2026İldırım kabusu: 13 nəfər saniyələr içində öldü
-
5.08.2026Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
-
5.08.2026Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
-
5.08.2026Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
-
5.08.2026Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
5.08.2026Rusiya Azərbaycan vətədaşlarını deport etdi
-
5.08.2026Dünyanın yenidən bölünməsi və ya:biz tarixi tələyə düşmüşük
-
5.08.2026Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın - Video
-
5.08.2026DYP-dən sürücülərə MÜRACİƏT
-
5.08.2026Bu günün valyuta məzənnələri
-
5.08.2026Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
-
5.08.2026Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...



